AZƏrbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ




Скачать 345.62 Kb.
НазваниеAZƏrbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ
страница1/3
Дата конвертации30.01.2013
Размер345.62 Kb.
ТипДокументы
  1   2   3
AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ


AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ


RADİOLOGİYADAN

METODİK GÖSTƏRİŞ


GƏNCƏ-2010


Zoobaytarlıq və əmtəəşünaslıq fakültəsinin metod komissiyasında müzakirə olunmuş və nəşrinə icazə verilmişdir.


Tərtib edəni: b.e.n.Cəfərov X.X.


GİRİŞ

Radiobiologiya-ionlaşdırıçı şüaların insan, heyvan və bitki orqanizminə təsirini, radioaktiv izoqopların təbiətdə dövr etməsi, onların baytarlıqda, tibbidə bitkiçilikdə istifadə olunmasını izah edən elmdir.

Baytarlıq fakültəsinin tələbələri üçün yazılmış bu metodik göstərişin radiologiya bölməsinə nüvə fizikasının elementləri, radiometriya, ionlaşdırıcı şüaların bioloji təsiri, biologiya sahəsində tədqiqat işlərinin aparılmasında ralio izotopların tətbiqi, baytarlıq məntəqələrinlə radioeksper-tizanın aparılması, radiometriyanın taşkili və radioaktivliyin gigiyenası daxil edilmişdir.

Aşağı kurslarda fizika, kimya, biologiya, fiziologiya patfiziologiya fənlərinin dərindən mənimsənilməsi radiobiologiyanın öyrənilməsinin əsasını qoyur.

Nüvə fizikası və radiobiologiya sahəsində əldə edilən nailiyyətlər radioizotopların və şüaların biologiyada, tibbidə, bitkiçilikdə, baytarlıqda müalicə məqsədi üçün istifadə olunması, həmçinin canlı orqanizmdə gedən fizioloji və patoloji dəyişikliklərin öyrənilməsinə imkan verir. Bu faktorlar heyvanların və bitkilərin məhsuldarlığının, onların boy artımının yüksəldilməsində geniş istifadə olunur.

Beləliklə, atom enerjisinin kənd təsərrüfatında işlədilməsi kənd təsərrüfatı istehsalının əsas mərhələlərinin intensivləşdirilməsi üçun imkan yaradar. Buna baxmayaraq, atom enerjisinin sülh məqsədi ilə geniş istifadəsi, nüvə energetikasının sürətli inkişafı, nüvə qurğularının sınaqdan çıxarılması xarici mühitin radioaktiv maddələrlə çirklənməsi üçun potensial manbəyə çevrilir.

Bununla əlaqədar yemlərin, heyvandarlıq məhsulla-rının və ətraf mühitin başqa obyektlərinin radioaktiv çirklənməsinə qarşı sistematik nəzarətin həyata keçirilməsi lazım gəlir.

Baytarlıq radiologiyasının çoxtərəfli vəzifələrinin yerinə yetirilməsi üçün bütün respublika, ölkə və vilayət baytarlıq laboratoriyalarının nəzdində baytarlıq radiologiyası qulluğu- radioloji şöbələr yaradılmışdır. Bu şöbələr sistematik olaraq baytarlıq nəzarəti obyektlərində (yemlərdə və maldarlığın çiy məhsullarında) sistematik olaraq radioaktivliyin tədqiqatını aparır.


MÖVZU 1. Nüvə fizikasının əsasları.

Mövzunun məzmunu

Atomun quruluşu. Nüvədə protonun, neytronun quruluşu, atomun tərkibinə daxil olanlar (proton, neytron, elektron və s).

Nüvənin çəkisi. Nüvədəki hissəciklərin enerji əlaqəsi. Nuvə maddələrinin sıxlığı.

İzotoplar, izobarlar, izomerlər. Davamlı və davamsızlar. Radioaktivlik hadisəsi. Təbii və süni, radioaktivlik. Nüvə çevrilməsinin növləri: alfa, betta parçalanması. Nüvə şüalarının növləri və onların xarakteristikası. Alfa, betta, qamma və neytron şüaları.

Radioaktivlik ailəsi. Radioaktivlik ailəsinə daxil olmayan təbii radioaktiv izotoplar. Atom nüvələrinin süni yaranması. Sulu radioaktiv izotopların quruluşu və alınması. Radioaktiv parçalanma qanunu. Radioaktiv izotopların aktivliyi. Radioaktivliyin vahidləri.

Alfa və betta şüalarının maddələrlə əlaqəsi. Maddədə betta hissəciklərinin carı hissəsinin azalması.

Qamma şüasının maddələrlə əlaqəsi. Fotoeffektlik. Kompton effektliyi. Elektron-pozitron parının yaranması.

Birinci mövzuya o suallar daxil edilmişdir ki, onların öyrənilməsinə xüsusi diqqət yetirilməlidir. Ona görə bu mövzuların dərindən mənimsənilməsi radiobiologiya və radiologiya bəhsində rast gələcəyimiz mövzuların yaxşı-başa düşülməsinə zəmin yaradacaqdır. Bu mövzuları öyrənməyə başlayan zaman tələbənin fizika və kimya sahəsində müəyyən qədər biliyi olmalıdır. Bu bölmədə fizikanın və kimyanın hazırkı dövrdə əldə etdiyi nailiyyətlər əsasında, atomun quruluşunun düzgün və dəqiq öyrənilməsi: hər bir element atom nüvəsində paylanan elektronların sxemini aydın vermiş N.Borun teoreminin əsası ilə tanış olmaq; fizika və kimya kursundan, atomun quruluş sxeminin müxtəlif qatlarında elektronların paylanma qanuna uyğunluğunu yada salmaq və onu D.İ.Mendeleyevin dövri, sistem qanunu ilə əlaqələndirmək. Nüvə parçalanma qanununun əsasını xüsusi ilə dəqiq öyrənmək. Elementar hissəciklərin xarakteristikasını bilmək, nüvədə hər hansı elementin pozitronunu, neytronunu təyin etməyi bacarmaq və s. Atomun kütləsini, nüvə maddəsinin sıxlığını, nüvənin enerji əlaqəsi, kütlə ilə enerji arasında münasibət anlayışını dəqiq aydınlaşdırmaq.

İzotop, izobar, izomerlərin mənasını dəqiq izah etmək və onların tərifini vermək (bir neçə misal göstərmək).

Radioaktivlik hadisəsinin öyrənilməsinə xüsusi diqqət yetirmək.

Radioaktivlik hadisəsinin yaranma tarixini və bu sahədə A.Bekker, M.Kyüri, P.Küyrinin xalq üçün gördüyü işin əhəmiyyətini bilmək lazımdır. Məlumdur ki, radioaktiv çevrilmə atom nüvəsinin xüsusiyyətidir. Hansı ki, bu çevrilmə həm təbii, həm də süni olub, radioaktiv çevrilmə hadisəsinin müəyyən qanununa tabedir.

Radioaktiv, uran, torium və plutonium ailəsi ilə tanış olmaq, bunlardan birini ətraflı izah etmək və bir elementin başqa elementə çevrilməsi mahiyyəti ilə tanış olmaq lazımdır.

Nüvə çevrilmələrini (alfa, betta parçalanmalarının K-tutumunun) bilmək və quruluşunu yazmağı baçarmaq.

Radioaktivlik hadisəsini öyrənən zaman (alfa, beta, qamma və s.) nüvə şüalarının növlərini özün üçün izah etmək, həmçinin onların təbiətdə, enerjilərinə, yüklərinə «getmə» uzunluğuna, keçicilik və ionlaşma qabiliyyətinə fikir vermək.

Nüvə reaksiyası növündən asılı olmayaraq, radioaktiv elementlərin parçalanması qanun əsasında gedir, buna uyğun olaraq bu və ya digər izotopların aktivliyi müəyyən vaxt çərçivəsində eyni miqdarda azalır. Ümumiyyətlə radioaktivlik hadisəsinin düzgün anlaşılması üçün radioaktiv parçalanma prosesi haqqında aydın təsəvvürün çox böyük əhəmiyyəti olduğuna görə bu bölməni əsaslı işləmək tələb olunur.

Yarım parçalanmadan istifadə edilməsini öyrənmək, onların nədən asılı olduğunu və nə ilə təyin olunduğunu müəyyən etmək. Radioaktiv parçalanma qanununun riyazi hesablanmasını və ondan istifadə qaydasını bilmək. Radioaktivliyin ölçü vahidlərinə fikir vermək. Onlardan istifadə etməyi öyrənmək, radioaktiv preparatın aktivliyinin dəyişilməsini Küpm ilə ifadə etmək. Materialı möhkəmlətmək üçün bir neçə sadə tipli məsələlərin izahını araşdırmaq, radioaktiv parçalanma qan-nuna düzəliş qaydasını öyrənmək.

Məsələn: Tapşırıq 1. 01 yanvar 1975-ci ildə CO60 aktivliyi 10 mk Küriyə bərabər olmuşdur. 01 aprel 1984-cu ildə CO60 –nun aktivliyini təyin etmək tələb olunur. T60-CO=5,3 gün. Ona görə T və t-ri aylara vermək yaxşı olar (t=III ay T=64 ay). Buna görə də CO60-ın aktivliyi 1 aprel 1981-ci ildə aşağıdakı qədər olacaqdır:





Məsələ 2. Hal-hazırda R32-nin aktivliyi 10 milli Küriyə bərabərdir. Onun aktivliyi 5 gündən, 5 həftədən, 5 aydan sonra necə olacaq?

Bu mövzu radioaktiv şüalanmanın tapılması və kəmiyyətinin təyin edilməsi prinsipinin başa düşülməsi ila əlaqədardır. Bu mövzu üzrə materialları öyrənən zaman müxtəlif növ şüalanmaların qarşılıqlı təsirini yaxşı təsəvvür etmək lazımdır. Müxtəlif növ şüalanmaların maddədən keçən zaman fiziki-kimyəvi dəyişmələrə uğramasına fikir vermək lazımdır. Şüalanmanın zəifləməsi qanununun mahiyyətini başa duşməli.


Yoxlama sualları

1.Atomun tərkibini təşkil edən elementar hissəcikləri söyləyin. Onların xassələrini (kütlə, elektrik yükü, ölçü) göstərin.

2.Üzərində eləktron fırlanan təbəqənin nüvədən uzaqlaşması ilə elektronların enerji səviyəsi necə dəyişir?

3.İzotoplar, izobarlar, izomerlər nədir?

4.Sabit izotoplar radioaktiv (sabit olmayan) izotoplardan nə ilə fərqlənir?

5.Eyni bir elementin izotoplarının atom nüvəsinin müxtəlif kütləsi nədən asılıdır?

6.Radioaktivlik nədir (təbii və süni)?

7.Radioaktiv parçalanma qanununun xarakteristikasını verin. Perçalanma sabitliyi və yarımparçalanma.

8.Radioaktiv çevrilmələrin növlərini göstərin və onların xarakteristikasını verin.

9.Radioaktiv fəsilələri göstərin və onlardan birinin xarakteristikasını verin.

10.Fəallığın tərifini söyləyin, alfa və beta-fəallıq və qamma-fəallıq vahidlərini göstərin.

11.Radioaktiv izotopların xüsusi fəallığı nəyə deyilir?

12.İzotopların ionlaşma və rekombinasiya proseslərinin mahiyyəti nədədir?

13.Alfa- beqa- hissəciklərin və qamma - kvantların maddələrlə qarşılıqlı təsir xarakterini göstərin.

14.Yarımboşalma qatı nəyə deyilir?


MÖVZU 2. İonlaşdırıcı şüalanmanın dozimetriyası və radiometriyası

Mövzunun məzmunu

Radiometriya az dozimetriya haqqında anlayış, onların məqsəd və vəzifələri.

İonlaşlırıcı şüalanmanın aşkar edilməsi və qeyd edilmə-sinin metodları və vasitələri Şualanmanın maddə ilə qar-şılıqlı təsirinin ilk effektinə əsaslanan dalğatutma (detektor) metodu. İonlaşdırma kamerinin voltamper xarakteristikası. İonlaşdırıcı kamera və qazboşaldıcı sayğaclar, onların quruluş və iş prinsipi. Sayğacların təsnifatı. Şüalanmanın işıqsaçma metodu ilə qeydə alınması və ölçülməsi. İşıqsaçmalar haqqında anlayış. Fotoelektron artırıcı.

Şünlanmanın maddə ilə qarşılıqlı təsirinin ikinci effektliyinə əsaslanan detektor metodları-fotoqrafik, kimyəvi və kalorimetrik.

Dozimetrik və radiometrik cihazların təsnifatı. Onların quruluşu və vəzifəsi. Dozimetrlər. Rentgenometrlər. Radiometrlər (indikatorlu, sahə, stasionar).

Radioaktivliyin əsas ölçülmə üsullarının prinsipləri-müqayisəli, hesablama və mütləq üsullar. Preparat qatının qalınlığı haqqında anlayış. Hesablamanın daha faydalı vaxının seçilməsi. Hesablamanın mütləq və nisbi səhvinin təyini.

Şüalanmanın dozası və dozanın gücü haqda anlayış. Ekspozisiya, udulmuş, səthi, dərinlik, inteqral və ekvivalent dozaları. Şüalanmanın nisbi bioloji effektliyi. Dozanın ölçü vahidi. Xarici və daxili şualanma zamanı dozanın hesablanma prinsipi. Şüalanmanın aktivliyi və dozası arasında əlaqə.


Metodik göstərişlər

İkinci movzuya radioaktiv şüalanmanın aşkar edilməsi prinsipinin və kəmiyyət təyininin başa düşülməsi ilə əlaqədar olan suallar daxildir. Başa düşmək lazımdır ki, radioaktiv şualanmanın aşkar edilməsi və ölçülməsi, şualanmanın maddə ilə qapşılıqlı təsiri nəticəsində yaranan effektə əsaslanır. Bu hadisəni geniş mənada başa düşmək lazımdır, müxtəlif şüalanmaların maddələrlə qarşılıqlı təsininin ətraflı izah edilməsi lazımdır. Xüsusən, şüalanmaların maddənin fiziki-kimyəvi mahiyyətinin əhəmiyyətli olub-olmadığına cavab verməli.

Rıdioaktiv şüalanmanın ölçülmə metodlarını öyənən zaman ionlaşma; lüminiset metodları ilə ətraflı tanış olmalı və həmçinin, başqa ölçmə metodlarının mahiyyətini aydınlaşdırmalı (fotokimyəvi, bioloji və kalorimetrik).

Şüalanma dozası, doza gücü, dozanın uçulmasının tərifini verməli və mahiyyətini başa düşməli; onların nə ilə ölçülməsini və hansı vahidlə ifadə olunmasını göstərməli. Radioaktiv şüalanma dozasını hansı üsul və şərtlər hesabına buraxıla bilən hüduda qədər azaltmağın mümkün olmasını yadda saxlamaq lazımdır. Dozanın alfa-betta-və qamma şüalanması üçün hesablanmasını öyrənmək lazımdır. Bu anlayışları yaxşı mənimsəmək lazımdır, çünki bunların şüalanmadan mühafizə hesabatına birbaşa təsiri vardır. Materialın öyrənilməsini möhkəmlətmək üçün xarici şüalanma dozasını təyin etmək üçzrə bir neçə məsələ həll etmək lazımdır.

Məsələn:

Məsələ 1. Doza və doza gücünü (rentgenlə) dəqiq mənbədən CO60 5.Ki aktivliyi ilə 5 dəqiqə iş ərzində 0,5 metr məsafədən təyin etməli Ky CO60=13,5 üçün sabitdir.

Həlli:






Deməli, göstərilən şərtlər zamanı CO60-dan şüalanma dozası 2,7 p bərabərdir

Məsələ 2. 1 sm2 parçada 5 mikroküri, 0,01 milliküri, 0,1 milliküri 32 P, 535 və 4235 vardır. 1 saat və 8 saat ərzində göstərilən radioaktiv izotopların tam parçalanması müddətində həmin parçanın aldığı dozanı hesablamalı.

Məsələ 3. İşçi stolu üzərində aktivliyi 10 mq-ekv. radium olan Fe59 vardır; Göstərilən şüalanma mənbəyi ilə gündə 6 saat ərzində hansı məsafədə işləmək olar? Nəzərə almaq lazımdır ki, doza gücünün hüdudu həftədə 0,1 p-a barabərdir.


Yoxlama sualları

1.Radioaktiv şüalanmanın aşkar edilməsi və ölçülməsinin əsası nədir?

2.Şüalanma dozası və şüalanma dozasının güçü anlayışlarının tərifini söyləyin.

3.Rentgen, rad, radın bioloji ekvivalenti anlayışlarının tərifini söyləyin.

4.Şüalanma dozasını nəyin hesabına buraxıla bilən hüduda qədər azaltmaq olar?

5.Hansı dozimetriya üsullarını tanıyırsınız, onların xarakterikasını verin.

6.İonlaşdırıcı kameranın və qazboşaldıcı sayğacın iş prinsipinin xarakteristikasını verin.

7.Radiometrik və dozimetrik cihazların adlarını deyin. Onların iş prinsipini ümumi halda təsvir edin. Radiometrik və dozimetrik cihazlar arasındakı fərqi göstərin.


MÖVZU 3. İonlaşdırıcı şüalanmanın və xarici mühitin ralioaktiv çirklənməsinin ehtimal olunan mənbələri

Mövzunun məzmunu

İonlaşdırıcı şüalanmanın təbii mənbələri. Kosmik şüalar, onların fiziki xassələri, onun yaratdığı doza gücünün miqdarı və onun orqanizmə təsiri. Təbiətdə radioaktiv maddələr, onların yayılması, bitkilərdə və heyvan orqanizmində onların miqdarı.

İonlaşdırıcı şüalanmaların süni mənbələri. Nüvə partlayışlarının məhsulu, onların fiziki xassələri, onların ətraf mühiti çirkləndirməsi. Radioaktiv izotop işlədən atom sənayesi müəssisələrinin və qurğularının tullantıları.


Metodik göstərişlər

Bu mövzunu öyrənən zaman aydınlaşdırmaq lazımdır ki, heyvan orqanizmi daim ionlaşdırıcı şüalanmanın təsirinə məruz qalır. Bu təsir həm xarici, həm də daxili olur. Ona görə də ionlaşdırıcı şüalanmanın təbii mənbəyi anlayışının hansı komponentlərdən ibarət olduğunu bilmək lazımdır. heyvanat aləminin həyatı üçün kosmik şüalanmanın (birinci və ikinci) əhəmiyyətini aydınlaşdırmalı. Təbii və radioaktiv maddələri araşdıran zaman nəzərə almaq lazımdır ki, məşhur radioaktiv təsnifatı (cərgə) təşkil edən radioaktiv maddələrdən başqa təbiətdə bu təsnifata daxil olmayan radioaktiv elementlər vardır. Bu axırıncıları öyrənən zaman bitki və heyvanat aləminə daxil olanlara fikir verməli, onların biosferada miqrasiya (dövretmə) yolunu aydınlaşdırmalı. Şüalanmanın «fovu dozası» anlayışını dərk etməli, hansı komponentlərdən (tərkibdən) ibarətdir və hansı şəraitdən asılıdır. Nüvə partlayışı nəticəsində yaranan süni şüalanma mənbələrinə xüsusi fikir verməli. Bitki və heyvanat aləmi üçün nüvə partlayışı məhsullarının hansının daha təhlükəli olmasını konkret aydınlaşdırmalı. Blosferada stronisium-90 və sezium-137-nin miqrasiyasına xüsusi fikir verməli. Biosferanın nüvə partlayışı məhsulları ilə çirklənməsini azaltmaq üçün hansı tədbirlərdən istifadə edilməsini aydınlaşdırmalı.


Yoxlama sualları

1.Təbii şüalanma mənbələrinə hansılar daxildir?

2.Hansı kosmik şüalanmalar birinci və ikinciyə aiddir?

3.Təbii radioaktiv fon nədir və o nə ilə təyin edilir?

4.Ralioaktiv təsnifata daxil olmayan təbii radioaktiv maddələrin adını söyləyin və onların xarakteristikasını.

5.Biosfera üçün ən çox təhlükəli olan nüvə partlayışı məhsullarını deyin və onların xarakteristikasını verin.

  1   2   3

Добавить документ в свой блог или на сайт

Похожие:

AZƏrbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ iconAZƏrbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ

AZƏrbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ iconAzərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi
«1907-ci ildən sonra Rusiyada liberalizmin təqibi ilə əlaqədar türk-tatar liderlərinin mühacirəti nəticəsində… pantürkizmin ağırlıq...
AZƏrbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ iconAZƏrbaycan kənd təSƏRRÜfati nazirliyi

AZƏrbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ iconAZƏrbaycan kənd təSƏRRÜfati nazirliyi

AZƏrbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ iconAzərbaycan Respublikası Təhsil Nazirliyi
Хайман Д. М. Современная микроэкономика: анализ и применение в двух томах. М., Финансы и статистика, 1992
AZƏrbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ iconAZƏrbaycan respublikasi adindan
Гулийев Фариз Яли oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152 1-ъи maddəси ilə təqsirləndirilməsinə dair materiala...
AZƏrbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ iconAZƏrbaycan respublikasi adindan

AZƏrbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ iconAZƏrbaycan respublikasi adindan
Ширван Инзибати-Игтисади Мящкямясинин 09 август 2012-ъи ил тарихли гярарындан ъавабдещ Мустафайев Азад Исраил оьлу вя онун вякили...
AZƏrbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ iconAzərbaycan Respublikası adından Сурят
Зярдаб район məhkəməsinin 01 декабр 2011-cи IL tarixli 2(036)-327/2011 №-ли qətnaməsindən iddiaçı Mikayılova Mulxisə Bağı qızı вя...
AZƏrbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ iconAzərbaycan Respublikası adından
Сцлейманов Салещ Оъагверди оьлу və Ъамалов Етибар Яли oğlundan ibarət tərkibdə, Мустафайева Таълы Ябдцлящяд гызынын katibliyi ilə,...
Разместите кнопку на своём сайте:
Библиотека


База данных защищена авторским правом ©kk.docdat.com 2013
обратиться к администрации
Библиотека
Главная страница