AZƏrbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ




Скачать 345.62 Kb.
НазваниеAZƏrbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ
страница2/3
Дата конвертации30.01.2013
Размер345.62 Kb.
ТипДокументы
1   2   3

MÖVZU 4. Radioaktiv maddələrin toksikologiyası. Mövzunun məzmunu

Radiotoksikologiyanın fənni. Heyvan orqanizminə radioaktiv maddələrin daxil olma yolları. Radioaktiv izotopların orqanizmdə hərəkət tərzi (rəftarı). Orqanizmdə radionuklidlərin yayılma tipləri-bərabər, skeletdə, qara ciyərdə, böyrəkdə, tireotropik. Koritik orqan haqda anlayış. Kritik orqan qrupları.

Radioaktiv izotopların zəhərliliyinə (radiotoksikliyə) görə təsnifatı. Radionuklidlərin zəhərliliyi şərtlərinin əsas faktorları.

Radioaktiv maddələrin yarım çıxarılmasının bioloji və effektliv dövrü. Radioaktiv maddələrin orqanizmdən çıxarılmasının tezləşdirilməsi.

Bir sıra ən təhlükəli radionuklidlərin stronsium =90, yod-1,1, sezium-187, polonium-210 və s. orqanizmdə rəftarı və bioloji təsiri.


Metodik göstərişlər

Radioaktiv izotoplar heyvan orqanizminə düşdükdə şüa zədələnməsi baş verir. Ona görə də radioaktiv maddələrin heyvan orqanizminə düşmə yollarını və heyvan orqanizmində rəftarını bilmək vacibdir. Bu radioaktiv elementlərin yalnız fiziki-kimyəvi xassələri ilə deyil, həm də orqanizmin fizioloji vəziyyətindən asılıdır. Bu zaman, orqanizmdə əmələ gələn radioaktiv izotopların birləşmə formaları verilmiş bioloji mühitdə olan fiziki-kimyəvi şəraitlərdən asılıdır. Radioaktiv izotopların toxuma suyu ilə qarşılıqlı təsirinə və bu zaman yaxşı parçalanan və pis parçalanan birləşmələrin yaranmasına fikir verməli. Axırıncılar orqanizmdə əsasən kolloid şəklində olur. Bu hal ona görə vacibdir ki, orqanizmdə radiokolloidlər faqositoza məruz qalır, ona görə də retikul-endotelial hüceyrələrlə zəngin olan orqan və toxumalarda toplanır. Bununla əlaqədar olaraq, orqanizmdə radioaktiv elementlərin toplanmasında RES-in azaldılmış udma qabiliyyətinin əhəmiyyətini aydınlaşdırmaq lazımdır, həmçinin qeyd etmək lazımdır ki, bu və ya başqa orqanda toplanmış radioaktiv maddənin miqdarı, heç də öz-özluyündə patoloji dəyişmənin inkişafını müəyyən etmir. Bu halı təsdiq edən misallar göstərin.

Qana sorulmuş radionuklidlərin davranışı (hərəkət tərzi) bir sıra amillərlə müəyyən edilir. Bununda əlaqədar olaraq orqanizmdə radioaktiv elementlərin beş tipi (forması) ayrılır (seçilir).

Radioaktiv maddələrin müxtəlif orqanlarda toplanma-sının seçmə qabiliyətini qeyd etməli, onun nədən asılı olduğunu və nə ilə izah edilməsini göstərməli. Kritik orqan nədir və kritik orqanların qrupları necədir?

Radioaktiv izotopların radiotoksik (zəhərləyici) olması məsələsinə fikir vermək lazımdır. Radionuklidlərin daxili şüalanmanın potensial mənbəyi kimi, bioloji təsir dərəcəsinə görə dörd qrupa bölünmələrini aydınlaşdırmalı, bu zaman yadda saxlamaq lazımdır ki, radioaktiv maddələrin bioloji aktiv miqdarı çox az çəkiyə malik olur. Bununla birlikdə, radioaktiv maddələrin orqanizmə təsiri və intoksikasiya prosesinin inkişafı onların fiziki-kimyəvi xassəsindən çox asılıdır. Bu, həmçinin enerjidən, şüalanma tipindən, ionlaşmanın xüsusi sıxlığından, bu maddənin aparıcı ilə və ya aparıcısız daxil olmasından asılıdır.

Orqanizmə daxil olmuş radioaktiv izotoplar orqanizmdən maddələr mübadiləsi nəticəsində nəcislə, sidiklə, südlə, yumurtalarla və başqa yollarla ixrac olunur. Təcrübi hesablamalarda yarımixracın bioloji və effektiv dövrlərindən istifadə edilir. Yarımçıxarılmanın müddəti aşağıdakı düsturla təyin edilir:




Burada: Tb-verilmiş izotopun yarımixrac dövrü,

Tf-həmin izotopun yarımparçalanma dövrü.

Düstur izotopun orqanizmdə qalma müddətini müəyyən edən amilləri nəzərə alır. Uzun müddət yaşayan izotoplar üçün, məsələn, C11 -(T=5500 ildi), Teff əsasən yarımixrac dövrü ilə təyin edilir. Yarımparçalanma dövrü çox olmayan, məsələn C42 (T=12,5 saat), yarımparçalanma dövrü həlledici əhəmiyyət kəsb edir.

Həmçinin, kənd təsərrüfatı heyvanları və insanlar üçün daha təhlükəli radionuklidlər olan yod-131, sironsium- 90, sezium-137, polonium—210 və s. metobolizmi və toksikologiyası məsələlərini də yaxşı araşdırmaq lazımdır.


Yoxlama sualları

1.Orqanizmə daxil olan hansı radioaktiv maddələr daha təhlükəlidir?

2.Radioaktiv maddələrin orqannzmə daxil olmasının hansı yollarını bilirsiniz?

3.Radioaktiv maddəlarin orqanizmdə yayılması və toplanması xarakteri nədən asılıdır?

4.Radioaktiv maddələrə nisbətən hansı orqan kliniki radiobiologiyada kritiki hesab edilir?

5.Hansı kritiki orqan qrupları tanıyırsınız?

6.Radioaktiv maddələrin orqanizmdən yarımixrac dövrü, bioloji yarımixrac dövrü və effektiv yarımixrac dövrü nədir və onlar necə hesablanır?

7.Radioaktiv maddələrin toksikoloji xarakteristikasını verin.

8.İonlaşdırıcı radiasiya və radioaktiv birləşmələrin heyvan orqanizminə zəhərləyici (toksiki) təsiri hansı şaraitlərdəm asılıdır?


MÖVZU 5. İonlaşdırıcı şüalanmanın bioloji təsiri

Mövzunun məzmunu

İonlaşdırıcı radiasiyanın bioloji təsirinin öyrənilməsi haqqında qısa tarixi məlumat.

İonlaşdırıcı şüalanmanın bioloji obyekt ilə qarşılıqlı təsiri. İonlaşdırıcı şüalanmanın təsiri zamanı canlı hüceyrələrdə baş verən fiziki-kimyəvi proseslər. Şüalanmanın bioloji təsir nəzəriyyəsi. Şüalanma zamanı orqanda baş verən patofizioloji və patomorfoloji dayişmələr. İonlaşlırıcı radiasiyanın hüceyrə səviyyəsində bioloji təsir mexanizmi haqda müasir təsəvvür. Bioloji təsirin şüalanma dozası, doza gücü, ionlaşdırma sıxlığı, şüalanma sahəsi, eləcə də orqanizmin fizioloji vəziyyətindən və başqa şəraitlərdən asılılığı. İonlaşdırıcı şüalanmanın maddələr mübadiləsinə, sinir sistemi funksiyasına, həzm etməyə, qanyaranmaya, istehsal (hasil) etmə funksiyasına və irsiliyə təsiri. Radiasiyanın orqanizmin immunobioloji reaksiyasına təsiri kiçik dozalı radiasiyanın təsiri problemi, radiohəssaslıq və kompensator prosesi.


Metodik göstərişlər

Bu bölmədə ionlaşdırıcı şüalanmanın heyvan orqanizminə təsirinin nəzəri məsələlərini aydınlaşdırmaq lazımdır: kiçik, orta və böyük dozalı ionlaşdırıcı radiasiyanın təsiri zamanı orqanizmdə baş verən biofiziki və biokimyəvi irəliləyişləri aydınlaşdırmalı.

İonlaşdırıcı şüalanmanın bioloji təsir mexanizminə ciddi fikir vermək lazımdır: bu zaman hüceyrələrə nüfuzedici şüalanmanın təsiri zamanı atomların oyanması və ionlaşdırıcı psosesini qeyd etmək lazımdır.

Aydınlaşdırmaq lazımdır ki, bioloji effektin ilk hissəsi, onun adətən orqanizmdə zülali və qeyri-üzvi birləşmələrlə qarşılıqlı təsiridir. Bu zaman son dərəcə aktiv atom və molekullar yaranır ki, bu da öz mürəkkəb zəncirvari inkişafı ilə orqanizmdə müşahidə ediləcək dəyişikliyə gətirib çıxarır.

Şualanmanın biosubstrata, o cümlədən mikroorqanizmə təsiri nəzzriyyəsini aydınlaşdırmalı və xarakteristikasını verməli. Radiohəssaslıq anlayışını təsvir etməli, onun heyvan növundən, yaşından, şüalanma anında orqanizmin fizioloji vəziyyətindən (mərkəzi sinir-sistemi, mübadilə proseslərinin intensivliyi, endorkin aparatının fəaliyyəti), həmçinin ətraf mühit şəraitindən (temperatur, oksigen rejimi, pəhriz və s.) asılı olduğunu göstərməli.

Şüa zədələnməsinin patogenezini öyrənərkən, bu məsələnin hazırlanmasında vətənimizin alimlərinin rolunu qeyd etmək lazımdır. Məşhur Tribondo və Bertonye qaydasını öyrənmək və dərk etmək vacibdir. Bu qaydada deyilir: «Hüceyrələrin şüalanmaya qarşı həssaslığı onların bölünmə qabiliyyəti ilə düz mütənasib, fərqlənmə səziyyəsi ilə tərs mütənasibdir». Bu nöqteyi-nəzərdən, heyvan orqanizminin hansı toxumalarının ionlaşdırıcı radiasiyaya qarşı daha həssas olduğunu qeyd etmək lazımdır. Bu zaman sinir sisteminin həssaslığı məsələsini xüsusi qeyd etməli, bu qaydanın hansı istisnaları olmasını göstərməli.

Maddələr mübadiləsində baş verən (nukleoproteid, karbohidrogen, piy və s.) əsas dəyişmələri təsvir etmək lazımdır. Patoloji prosesin inkişafında orqanizmin reaktivliyinin əhəmiyyətini aydınlaşdırmalı, heyvan orqanizminə ionlaşdırıcı radiasiya təsir etdikdə orqanizmin müdafiə reaksiyası hansı dəyişikliyə məruz qalır. Şüalanmış orqanizmdə təbii və süni immunitetin hansı dəyişikliyə məruz qaldığını qeyd etməli. Bu dəyişikliklərin dozanın miqdarından və doza gücündən asılılıqları necədir?


Yoxlama sualları

1.Orqanizmə ionlaşdırıcı şüalanma təsir etdikdə onda baş verəl dəyişikliklərin əsas səbəbi nədir?

2.Heyvan orqanizminin hansı toxuma və hüceyrələri ionlaşdırıcı radiasiyaya daha həssasdır və bunun səbəbini izah edin.

3.İonlaşdırıcı şüalanmanın bioloji təsir mexanizmini izah edin.

4.Müxtəlif növ şüa enerjisinin patogenetik xüsusiyyətləri nədən asılıdır?

5.İonlaşdırıcı şüalanmanın bioloji təsiri hansı xarici faktorlardan asılıdır və bu zaman orqanizmin fizioloji vəziyyətinin əhəmiyyətini göstərin.

6.Radiohəssaslıq anlayışının xarakteristikasını verin.

7.İonlaşdırıcı radiasiya orqanizmin immunobioloji reaksiyasına necə təsir göstərir?

8.Heyvan orqanizminin qızdırma reaksiyasının hansı xüsusiyyətləri vardır?


MÖVZU 6. Şüa xəstəliyi

Mövzunun məzmunu

Şüa xəstəliyi və onun formaları kəskin və xroniki.

Kəskin şüa xəstəliyi. Radiasiyanın təsir fazası, təyini, patogenezi. Şüa zədələnməsi nəzəriyyəsi. Orqan və toxumalarda funksional və morfoloji dəyişikliklər. Şüa zədələnmələrinin sindromu: pansitopenik, babasilli, mədə-bağırsaq, immunobioioji.

Yüngül, orta və son dərəcə ağır şüa zədələnməsinin kliniki təsviri. Xəstəliyin gedişi dövrləri. Qanın morfoloji və kliniki dəyişmələri. Şüa xəstəliyinin müxtəlif ağırlaşmaları zamanı orqan və toxumalarda patoloqoanatomik dəyişikliklər. Müxtəliv növ heyvanlarda şüa xəstəliyinin gedişi xüsusiyyətləri. Şüa xəstəliyinin diaqnozu, proqnozu və nəticəsi. Müalicə yardımı və profilaktikası prinsipləri. Radioaktiv maddələrin orqanizmə düşməsi nəticəsində kəskin şüa xəstəliyi zamanı kliniki təsvir və patoloji-anatomik dəyişikliklərin xüsusiyyəti.


İlk yardım və müalicə

Xroniki şüa xəstəliyi. Əmələgəlmə səbəbləri. Xarici və daxili şüalanma zamanı xəstəliyin inkişaf xüsusiyyətləri və gedişi. Radioaktiv maddalərin şüalanma növünün təsiri. Diaqioz, proqnoz, xəstəliyin nəticəsi. Profilaktika və müalicə.


Metodik göstərişlər

Bu mövzunun öyrənilməsinə yalnız qabaqkı fəsillərin materialları ilə yaxşı tanış olduqdan sonra başlamaq lazımdır. Çünki bu, şüa xəstəliyinin və şüa zədələnmələrinin mahiyyətini dərindən başa düşməyə kömək edir. Şüa xəstəliyinin şüa zədələnmələrinin öyrənilməsinə etioloji faktorların araşdırılmasından başlamaq lazımdır. Qeyd etmək lazımdır ki, şüa xəstəliyinin əmələ gəlməsinə yalnız şüalanma dozası təsir etmir, bu zaman orqanizmin vəziyyətinin və ətraf mühitin təsirinin də böyük əhəmiyyəti vardır. Bir faktı yaxşı yadda saxlamaq lazımdır ki, ionlaşdırıcı radiasiya yalnız radioaktiv maddələrin orqanizmə düşdüyü vaxt deyil, həm də radioaktiv maddalərin orqanizmdən kənarda olduğu vaxt da təsir edir. Ona görə də hər bir konkret halda şüa xəstəliyinin inkişafı xüsusi xarakter daşıyır.

Bununla əlaqədar olaraq şüa xəstəliyinin və şüa zədələnməsinin müxtəlif formalarını yaxşı bilmək lazımdır: a) qamma-kvanq, rentgen şüaları, yoluxmuş hissəciklərin xarici şüalanması ilə yaranan şüa xəstəliyi; b) radioaktiv maddalərin birləşdirilməsi nəticəsində meydana gələn şüa xəstaliyi; v) yönəldilmiş şüa xəstəliyi.

Bu məsələni aydınlaşdırdıqdan sonra şüa xəstəliyinin patogenezinin öyrənilməsinə keçmək olar. Bunun öyrənilməsinə, şüalanma təsir edən zaman orqan və toxumalarda baş verən ilkin dəyişmələrin aydınlaşdırıl-masından başlamaq lazımdır. Bu zaman dəyişmə intensivliyini ionlaşdırıcı radiasiya dozası, təsir yeri, orqanizmin vəziyyəti, ətraf mühit şəraiti və s. kimi faktorlarla-əlaqələndirmək lazımdır ki, bunlardan orqanizmdə şüa xəstəliyi zamanı inkişıf edən patofizioloji irəliləmə (hərəkət) xeyli dərəcədə asılıdır.

Patofmorfoloji dəyişiklikləri yaxşı öyrənib- dərk etməli və şüa xəstəliyində ümumi inkişaf mexanizmi ilə bütöv anlayış kimi əlaqələndirməli. Sonra müxtəlif forma və müxtəlif patoloji proseslər dövründə bu və ya başqa patoloji yayınmaların yaranma xüsusiyyətlərini qeyd etməli, onları xəstəliyin kliniki təzahürü ilə hər bir konkret hal üçün ayrılıqda əlaqələndirməli. Şüa xəstəliyinin klinikasını öyrənən zaman xəstəliyin gedişinin formalara ayrılmasının, dövrlərinin və ağırlığının nəyə əsaslandığını aydınlaşdırmalı. Xəstəliyin kliniki təzahürunü şüa zədələnməsi mexanizmi və maddələr mübadiləsi və qan yaratma orqanları sinir-endokrin requlyasiyası və s. ilə əlaqələndirməli. Bu zaman orqanizmdə patoloji dəyişikliklərin inkişafında toksimi-yanın böyük əhəmiyyətini göstərməli. Çoxlu miqdar kliniki və morfoloji dəyişikliklərdən analiz prosesi zamanı da diaqnozun qoyulmasında bilavasitə əhəmiyyəti olanları və həmçinin, radiasiya zədələnməsi haqda mülahizələri göstərməli.

Terapiyanın metod və nümunələrini öyrənən zaman aydınlaşdırmaq lazımdır ki, terapiya kompleksdə olmalıdır. Həkim müdaxiləsi kompleksinə hər şeydən əvvəl orqznizmin detoksikasiyasını əmələ gətirən üsulları. Həmçinin, infeksiya və autoinfeksiyanın qarşısını alan üsulları daxil etmək lazımdır. Şüa zədələnməsi terapiyasında sonrakı hissə (mərhələ) simptomik (əlamət) müalicənin düşünülmüş tətbiqi hesab edilməlidir. Bu məqsədlə tətbiq ediləcək vasitələr ehtiyatı (arsenal) böyükdür. Bu şüa xəstəliyinə tutulmuş orqanizmin funksiyasının dərin diskoordinasiyası və mübalilə proeesi ilə izah edilir. Şüa xəstəliyi profilaktikası məsələsini araşdıran zaman radiasiya zədələnməsindən mühafizə məqsədilə tətbiq edilən kimyəvi vəsaitlərə fikir verməli. Bu zaman bu və ya başqa kimyəvi profilaktiki vasaitin seçilməsinin nə ilə əsaslandırıldığını aydınlaşdırmalı. Radiomühafizə preparatlarının maddələr mübadiləsinin əsas proseslərinin gedişinə, bəzi funksiyaların sinir və qumorad requlyasiyasına təsirini öyrənməli. Şüaya qarşı vəsaitlərin quruluşu və mühafizə təsiri- araşıdakı asılılığı aydınlaşdırmalı.


Yoxlama sualları

1.Şua xəstəlikləri (kəskin və xroniki) və şüa zədələnmə-lərinin etioloji faktorlarını deyin və xarakteristikasını verin.

2.Kəskin şüa xəstəliklərinin gedişinin hansı variantlarını bilirsiniz?

3.Kəskin şüa xəstəliyinin inkişafında dövrlərin xarak-teristikasını verin.

4.Xroniki şüa xəstəliyinin gedişi kəskin şüa xəstəliyi gedişindən prinsipcə nə ilə fərqlənir?

5.Xroniki şüa xəstəliyinin gedişi dövrlərini deyin və xarakterizə edin.

6.Müxtəlif növ heyvanlarda şüa xəstəliyinin gedişi xüsusiyyətlərini söyləyin.

7.Hansı dəlillərə əsasən şüa xəstəliyinə diaqnoz qoyulur?

8.Şüa xəstəliyi və şüa zədələnmələri zamanı proqnoz.

9.Heyvan orqanizminin hansı sahəlari geniş şüalanma zamanı daha təhlükəlidir?

10.Neytron axımı ilə yaranmış (əmələ gəlmiş) şüa xəstəliyi radioaktiv maddələrin birləşməsindən əmələ gəlmiş şüa xəstəliyindən nə ilə fərqlənir?

11.Şüa xəstəliyi və şüa zədələnmələrinin terapiyası və profilaktikası prinsiplərini söyləyin.

12.Terapiyanın detoksikasiya, bakterisid, stimullaş-dıran, simptomatik və başqa növlərinin meqod və vasitələrini deyin.

13.Radiomühafizə vəsaitlərinin mühafizə təsiri mexanizminin mahiyyəti nədədir?


MÖVZU 7. Heyvandarlıqda və baytarlıqda ionlaşdırıcı radiasiyanın istifadəsi

Mövzunun məzmunu

Heyvanlarda maddələr mübadiləsini, dərman maddə-lərinin formakodinamikasını öyrənmək üçün orqanların funksional vəziyyətini və orqanizmin sistemini tədqiq edən zaman radioindikasiya metodunun «nişanlanmış atom» tətbiqi. Metodun toksikologiyada, mikrobiologiyada, virusologiyada və s. istifadə edilməsi. Neytron-aktivasion analiz metodu. Heyvan və quşların böyümə, inkişaf və məhsuldarlığını stimullaşdırmaq, orqanizmin irsi xüsusiyyətlərini dəyişmək üçün ionlaşdırıcı şüalanmanın bioloji təsirinin istifadə edilməsi,

Yem və heyvan məhsullarının konservləşdirilməsi üçün alətləri, sarğı vəsaitlərini, gön xammalını, yunu, taraları və s. sterilizə etmək üçün, ziyanverici həşəratları məhv etmək üçün ionlaşdırıcı şüalanmanın təqbiq edilmə imkanları.

İonlaşdırıcı şüalanmanın baytarlıq elmində və təcrübəsində terapiki

1   2   3

Похожие:

AZƏrbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ iconAZƏrbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ

AZƏrbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ iconAzərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi
«1907-ci ildən sonra Rusiyada liberalizmin təqibi ilə əlaqədar türk-tatar liderlərinin mühacirəti nəticəsində… pantürkizmin ağırlıq...
AZƏrbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ iconAZƏrbaycan kənd təSƏRRÜfati nazirliyi

AZƏrbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ iconAZƏrbaycan kənd təSƏRRÜfati nazirliyi

AZƏrbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ iconAzərbaycan Respublikası Təhsil Nazirliyi
Хайман Д. М. Современная микроэкономика: анализ и применение в двух томах. М., Финансы и статистика, 1992
AZƏrbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ iconAZƏrbaycan respublikasi adindan
Гулийев Фариз Яли oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152 1-ъи maddəси ilə təqsirləndirilməsinə dair materiala...
AZƏrbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ iconAZƏrbaycan respublikasi adindan

AZƏrbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ iconAZƏrbaycan respublikasi adindan
Ширван Инзибати-Игтисади Мящкямясинин 09 август 2012-ъи ил тарихли гярарындан ъавабдещ Мустафайев Азад Исраил оьлу вя онун вякили...
AZƏrbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ iconAzərbaycan Respublikası adından Сурят
Зярдаб район məhkəməsinin 01 декабр 2011-cи IL tarixli 2(036)-327/2011 №-ли qətnaməsindən iddiaçı Mikayılova Mulxisə Bağı qızı вя...
AZƏrbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ iconAzərbaycan Respublikası adından
Сцлейманов Салещ Оъагверди оьлу və Ъамалов Етибар Яли oğlundan ibarət tərkibdə, Мустафайева Таълы Ябдцлящяд гызынын katibliyi ilə,...
Разместите кнопку на своём сайте:
Библиотека


База данных защищена авторским правом ©kk.docdat.com 2013
обратиться к администрации
Библиотека
Главная страница