AZƏrbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ




Скачать 345.62 Kb.
НазваниеAZƏrbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ
страница3/3
Дата конвертации30.01.2013
Размер345.62 Kb.
ТипДокументы
1   2   3

Metodik göstərişlər

Bu mövzunu öyrənən zaman ionlaşdırıcı radiasiyanın heyvandarlıqda və baytarlıqda radioaktiv izotop və nüvə şüalanması şəklində istifada edilməsinə fikir vermək lazımdır.

Radioaktiv izotoplar əsasən maddələr mübadiləsinin gizli proseslərini öyrənmək, heyvan orqanizmində dərman maddələrinin və birləşmələrinin yayılması və təsir mexaniz-minin aşkar edilməsi üçün və radioizotoplar «nişanlanmış atom» metodu ümumi başlığı altında tətbiq edilir. İonlaş-dırıcı radiasiyanın istifadə edilməsinin başqa bir istiqaməti- nüvə şüalanması təsirinin xüsusi məqsəd üçün təqbiq edilməsidir.

Mövzunun bu bölməsi üzərində işlədikdə, nüvə şüalanmasının müxtəlif dozalarının obyektə (stimullaşdırıcı, mutagenli, konservləşdirən, dezinektirləşdirən və sterilizə etmək effekti) təsir edən zaman müxtəlif effektlərinə fikir vermək lazımdır. İonlaşdırıcı şüalanmanın müalicə məqsədi ilə tətbiq edilməsinə diqqət yetirməli. Nüvə şüalanmasının terapevtik üsul kimi tətbiq edilməsinin patologiyanın hansı formalarında daha məqsədəuyğun olmasına fikir verməli.


Yoxlama sualları

1.«Nişanlanmış atom» metodunun mahiyyəti nədir? Heyvandarlıqda və baytarlıqda bu metodun təqbiq edilməsinə konkret misallar gətirin.

2.Nüvə şüalanmasının bu və ya başqa obyektlərə təsiri zamanı müxtəlif nəticələri nədən asılıdır?

3.Hansı patoloji proseslərdə. müalicə məqsədi ilə nüvə şüalanmasının tətbiq edilməsi məysədəuyğundur?


MÖVZU 8. Baytarlıq nəzarəti və xarici mühit obyektlərinin radiometrik ekspertizası.

Mövzunun məzmunu

Baytarlıq radiometriyası ekspertizasının vəzifələri. Ətraf mühitin radioaktiv çirklənməsinin əsas mənbələri. Radioaktiv məhsulları bölmələrinin yem (qida) yolu ilə keçməsi (miqrasiya). Diskriminasiya əmsalı haqda anlayış.

Baytar-radiokimyəvi ekspertiza, onun məqsədi və vəzifələri. Onun yerinə yetirilməsinin ardıcıl mərhələləri.

Nümunə seçmə qaydaları. Nümunələrin zənginləşdirmə metodu. Yekun beta aktivlik haqqında anlayış. Radiometrik ekspertiza obyektlərinin təbii beta-aktivliyinin uçotu (qeydə alınması). Baytar nəzarəti obyektlərini stronsium-90, sezium-137, yod-161, polonium-210 üzrə təyin etdikdə radioaktiv analiz prinsipi.

Atmosfer havası və atmosfer yığıntıları radiometrik ekspertiza obyekti kimi. Radioaktiv yığıntıların təsnifatı.

Heyvanları suvarmaq üçün istifadə olunan açıq nohur (hovuzların) sularının radiometrik ekspertizası. Sıx quru qalıqlarda aktivliyin ölçülməsi.

Bitki mənşəli yemlər, onların təbii beta-aktivliyi. Radioaktiv bölünmə məhsullarının bitki orqanlarında paylanması. Torpaqdan bitkiyə daxil olan əsas RPD-nin azaldılması tədbirləri.

Heyvan mənşəli məhsulların (ət, süd, yumurta və balıq) radiometrik ekspertizası.

Baytar nəzarəti, obyektlərin radiometrik kontrolu məlumatlarının qiymətləndirilməsi.


Metodik göstərişlər

Baytar raliologiyasının bu bölməsini öyrənən zaman baytar radiasiya ekspertizasının vəzifələrini və adi, xüsusi şəraitdə onun əhəmiyyətini aydınlaşdırmalı. Nümunələrin radiasiya ekspertizası üçün seçilməsi və göndərilməsi qaydalarını yaxşı mənimsəmək lazımdır. Bu məqsəd üçün yerlərdə su, müxtəlif növ yem, ət, süd və başqa proqramda göstərilmiş başqa obyektlərin nümunəsinin seçilməsi metodikasını işləyib hazırlamalı. Müxtəlif nümunələrin radiometrik və radilkimyəvi analiz üçün hazırlanması qaydalarına fikir vermək lazımdır. Bölmənin axırında, hər bir konkret halda baytar radioloqun radiasiya vəziyyəti üzrə rəyinin nəyə əsaslandığını təhlil etmək lazımdır.


Yoxlama sualları

1.Radiasiya ekspertizası üçün nümunələrin seçilməsi və göndərilməsinin ümumi qaydaları haqda danışın.

2.Radiometrik və radiokimyəvi analiz üçün müxtəlif obyektlərin nümunələrinin hazırlanması mahiyyəti nədən ibarətdir?

3.Radiometrik və radiokimyəvi analizlər arasındakı prinsipial fərq nədən ibarətdir?

4.Adi və xüsusi şəraitdə nümunələrin göndərilməsində fərq varmı?

5.Radiasiya şəraitinin qiymətləndirilməsi nəyə əsaslanır?


MÖVZU 9. Radiasiya təhlükəsizliyinin əsasları və radioaktiv maddələrlə işin təşkili

Mövzunun məzmunu

Radioaktiv maddələrlə və başqa ionlaşdırıcı şüalanma mənbələrilə (OSP-72/80) işləməyən əsas sanitar qaydaları. Radiasiya təhlükəsizliyi normaları (NPB-76).

Baytar radioloji laboratoriyalarının (böbələrin) quruluşu, avadanlığı və işinin təşkili. Şüalanmış şəxslərin kateqoriyaları. Sovet qanunvericiliyi tərəfindən qəbul edilmiş PDD, PDP, PQD, DS anlayışı və gigtyenik normativlər (OSP-72/80 və NRB-76).

Radioaktiv maddələr və başqa ionlaşdırıcı şüalanma mənbəlarinin alınması, hesabatı, saxlanması, nəql etdirilməsi. Açıq və qapalı radioaktiv mənbələr.

Ralioaktiv maddələrlə işləyən zaman əsas mühafizə prinsipləri. Xarici və daxili şüalanmadan mühafizə (məsafəsi, vaxtı ekranlaşdırma, çoxaldılma, dezaktivasiya). Mühafizə ekranının qatılığının və radioaktiv mənbələrlə təhlükəsiz işləmək üçün məsafənin hesablanması prinsipi. Mühafizə materialları, onların nisbi effektliyi. Səyyar və stasionar mühafizə və şəxsi gigiyena vəsaitləri. Mühafizənin etibarlılığına nəzarət etmək və radioaktiv çirklənmələri aşkar etmək üçün cihazlar. İş yerinin, xüsusi reјimin, əllərin və s. yol verilə bilən çirklənmə normaları.

Dezaktivasiyanın metod və vəsaitləri. Radioaktiv tullantıların toplanması, təmizlənməsi və zərərsizləşdiril-məsi. Qəza halları zamanı tədbirlər.


Metodik göstərişlər

Bu mövzunun öyrənilməsi radioaktiv maddələr və başqa ionlaşdırıcı şüalanma mənbələri ilə işləyən zaman təhlükəsizlik texnikası, mühafizə üsulları, şəxsi gigiyena tədbirləri ilə tanış etmək məqsədini güdür. Bunun üçün OSP-72/80 və NRB-76 ilə tanış olmaq lazımdır. Aşağıdakı anlayışları araşdırmalı, mümkün olan doza hüdudu (PDD), mümkün olan illik daxilolma həddi (PDP), illik daxilolma həddi (PQD), mumkün olan miqdarı (DS).

İş yerinin təşkili, onun təchiz edilməsi, müxtəlif dərəcəli radiasiya təhlükəliliyi və şəxsi heyətin şüalanma dozasını azaldan başqa faktorları olan radionuklidlərin istifadə edilməsi məsələlərinə xüsusi fikir vermək lazımdır.

Dezaktivasiyanın mahiyyətini dəqiq öyrənməli, onun aparılmasını hansı üsullar təmin edir və o, derazasiya və dezinfeksiyadan nə ilə fərqlənir? Bu zaman mühafizənin etibarlığını və radioaktiv çirklənməni yoxlamaq üçün tətbiq edilən cihazları yada salmaq məsləhət görülür.


Yoxlama sualları

1.NRB-76 hansı radiasiya təhlukəsizliyi prinsiplərini nəzərdə tutur?

2. PDD, PDP, PQP, DS anlayışlarının tərifini söyləyin.

3.Radioaktiv maddələrlə və başqa ionlaşdırıcı mənbələrlə işləyən zaman mühafizə prinsipləri haqqında danışın.

4. Müxtəlif növ şüalanmadan qorunmaq üçün hansı materiallardan istifadə edilir və onlara hansı tələbatlar qoyulur?

5.Ekranın mühafizə qatının qalınlığını və radioaktiv mənbələrlə təhlükəsiz işləmək üçün məsafəni necə hesablamalı?

6.Radioloji laboratoriyada işləyən zaman hansı fərdi mühafizə və şəxsi gigiyena tədbirləri lazımdır?

7.Radioaktiv maddələrin dezaktivasiyasının mahiyyəti nədədir?

8.Radioloji müəssisələrin quruluşuna və təchizatına hansı tələbatlar qoyulur?

9.Radioaktiv çirklənmələri yoxlamaq və aşkar etmək üçün istifadə olunan cihazların xarakteristikasını verin.


Ədəbiyyat

  1. Belov A.D., Kirşin V.A.- Radiobioloqiə. Uçebnik dlə veterinarnıx vuzov i fakulğtetov. M., Kolos, 1981.

  2. Kartaşov P.A. i dr. Luçevaə boleznğ selğskoxozəy-stvennıx jivotnıx. M., Kolos, 1978.

  3. Volkov Q.D. i dr. Radiobioloqiə. Uçebnik dlə veterinarnıx vuzov i fakulğtetov. M., Kolos, 1984.

  4. Vekken Q.Q.- Veterinarnaə radiobioloqiə. M., Kolos, 1973.

  5. Raçinskiy V.V.- Kurs atomnoy texniki v selğskom xozəystve. M., Atomizdat.1978.

  6. Vekken Q.Q.- Veterinarnaə radiobioloqiə. Ql.1.1964-1973.

  7. Volkov Q.D., Lapin V.A., Çerkasov D.P. Radiobioloqiə. Ql. IV M., Kolos, 1984.

  8. Normı radiaüionnoy bezopasnosti NRB-76 i osnovnıe sanitarnıe pravila OSP-72/80. M., Gnerqoizdat, 1981.

  9. Ərmoninko S.P. Radiobioloqiə çeloveka i jivotnıx. M., Vısşaə şkola, ql. III, VI, X, 1977.

  10. Belov A.D., Kirşin V.A.- Radiobioloqiə. Ql. VII, 1981.

  11. Kartaşev P.A., Kirşin V.A., İlğin V.Q. i dr. Luçevaə boleznğ selğskoxozəystvennıx jivotnıx. M., Kolos, 1978.

  12. Radiobioloqiə tom XXV, vıpusk 2. İzdatelğstvo «Nauka», 1985.


1   2   3

Похожие:

AZƏrbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ iconAZƏrbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ

AZƏrbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ iconAzərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi
«1907-ci ildən sonra Rusiyada liberalizmin təqibi ilə əlaqədar türk-tatar liderlərinin mühacirəti nəticəsində… pantürkizmin ağırlıq...
AZƏrbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ iconAZƏrbaycan kənd təSƏRRÜfati nazirliyi

AZƏrbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ iconAZƏrbaycan kənd təSƏRRÜfati nazirliyi

AZƏrbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ iconAzərbaycan Respublikası Təhsil Nazirliyi
Хайман Д. М. Современная микроэкономика: анализ и применение в двух томах. М., Финансы и статистика, 1992
AZƏrbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ iconAZƏrbaycan respublikasi adindan
Гулийев Фариз Яли oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152 1-ъи maddəси ilə təqsirləndirilməsinə dair materiala...
AZƏrbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ iconAZƏrbaycan respublikasi adindan

AZƏrbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ iconAZƏrbaycan respublikasi adindan
Ширван Инзибати-Игтисади Мящкямясинин 09 август 2012-ъи ил тарихли гярарындан ъавабдещ Мустафайев Азад Исраил оьлу вя онун вякили...
AZƏrbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ iconAzərbaycan Respublikası adından Сурят
Зярдаб район məhkəməsinin 01 декабр 2011-cи IL tarixli 2(036)-327/2011 №-ли qətnaməsindən iddiaçı Mikayılova Mulxisə Bağı qızı вя...
AZƏrbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ iconAzərbaycan Respublikası adından
Сцлейманов Салещ Оъагверди оьлу və Ъамалов Етибар Яли oğlundan ibarət tərkibdə, Мустафайева Таълы Ябдцлящяд гызынын katibliyi ilə,...
Разместите кнопку на своём сайте:
Библиотека


База данных защищена авторским правом ©kk.docdat.com 2013
обратиться к администрации
Библиотека
Главная страница