AZƏrbaycan respublikasinda iCTİMAİ İnformasiyalarin açiqlanmasi və ƏLDƏ olunmasi vəZİYYƏTİNİn monitoriNQİ




Скачать 209.99 Kb.
НазваниеAZƏrbaycan respublikasinda iCTİMAİ İnformasiyalarin açiqlanmasi və ƏLDƏ olunmasi vəZİYYƏTİNİn monitoriNQİ
страница1/6
Дата конвертации18.03.2013
Размер209.99 Kb.
ТипДокументы
  1   2   3   4   5   6
WWW.OSI-AZ.ORG WWW.CIT.AZ

Açıq Cəmiyyət İnstitutu – Azərbaycan “Multimedia”

İnformasiya Sistemləri vəTexnologiyaları Mərkəzi


İnformasiya və Fikir Azadlığı, Açıq Cəmiyyət Ədalət Təşəbbüsü, Budapeşt

HTTP://WWW.JUSTICEINITIATIVE.ORG


AZƏRBAYCAN RESPUBLİKASINDA İCTİMAİ İNFORMASİYALARIN AÇIQLANMASI VƏ ƏLDƏ OLUNMASI VƏZİYYƏTİNİN MONİTORİNQİ


HESABAT


Bakı – 2008


Ümumi redaktə və tərtibat: Osman Gündüz

Ələsgər Məmmədli


Monitorinqi həyata keçirən əsas heyət:


Osman Gündüz – layihənin koordinatoru

Sahib Məmmədov – ekspert
İnqilab Əhmədov – ekspert

Qubad İbadoğlu – ekspert
Azər Mehtiyev – ekspert
Ələsgər Məmmədli – hüquqşünas-ekspert
Rafiq Ömərov – proqramçı


Azərbaycanda ictimai informasiyaların əldə edilməsi vəziyyətinin monitorinqinin nəticələrini özündə əks etdirən bu nəşr “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin həyata keçirdiyi və ACİ-Yardım Fondu və İnformasiya və Fikir Azadlığı, Açıq Cəmiyyət Ədalət Təşəbbüsü (Budapeşt) tərəfindən maliyyələşdirilən “İctimai informasiyaların açıqlanmasının və əldə edilməsinin monitorinqi” Layihəsi çərçivəsində nəşr olunub.


“Multimedia” Mərkəzi
Ünvan: Bakı, AZ1001, M.Əfəndiyev küçəsi, 5
Tel.: (994 12 )492 44 44, (994 50 ) 311 70 45
Email : osman@cit.az
Veb . www.cit.az , www.informasiya.org

ISBN 978-9952-809-78-7



© “Multimedia” Mərkəzi
© ACİ-YF



İCTİMAİ İNFORMASİYALARIN AÇIQLANMASI VƏ
ƏLDƏ OLUNMASI VƏZİYYƏTİNİN MONİTORİNQİNİN QİYMƏTLƏNDİRİLMƏSİ


İctimai informasiyaların açıqlanması və əldə olunması vəziyyətinin analizi və qiymətləndirilməsi üçün monitorinq sisteminin yaradılması layihəsi “Multimedia” Mərkəzi tərəfindən həyata keçirilmişdir. Layihə vətəndaşların informasiya azadlığının effektiv və çevik qurulması üçün, informasiya azadlığının inkişaf etdirilməsi üçün yeni qəbul edilən “İnformasiya əldə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun reallaşdırılması istiqamətində zəruri addımların atılmasına yönəlib.

Layihənin məqsədi öncəliklə:

  • İnformasiya azadlığı sahəsində vəziyyəti müntəzəm olaraq analiz etməyə və nəticələri ümumiləşdirməyə imkan verən ictimai nəzarət mexanizminin yaradılması;

  • Vətəndaş cəmiyyətinin ictimai informasiya subyektlərinin informasiya açıqlığı üzərində nəzarətinin gücləndirilməsi;

  • İnformasiyaya çatım sahəsində monitorinq aparılması və nəticələrin müxtəlif parametrlər üzrə ümumiləşdirilərək cəmiyyətə təqdim edilməsi olmuşdur.


Layihənin hüquqi qiymətləndirilməsi


İlkin dövrdə neft gəlirləri sahəsində şəffaflıq, büdcə xərclərində şəffaflıq və neft gəlirlərinin ətraf mühitə və sosial sahəyə təsirləri sahəsindəki vəziyyət monitorinq olunub. Neft gəlirləri ilə bağlı sahədə monitorinq EITI Koalisiyası, büdcə xərcləri ilə bağlı monitorinq Milli Büdcə Qurumu və neft gəlirlərinin ətraf mühitə və sosial sahəyə təsirləri sahəsindəki vəziyyət Vətəndaş Nəzarəti Şəbəkəsi tərəfindən aparılıb. Nəticələr “Multimedia” Mərkəzində kompüterlərdə İnformasiya və Fikir Azadlığı, Açıq Cəmiyyət Ədalət Təşəbbüsü (Budapeşt) tərəfindən təqdim olunan proqram təminatından istifadə edilərək yenidən işlənib.

Layihə çərçivəsində müxtəlif dövlət qurumlarına, dövlət şirkətlərinə və neft şirkətlərinə 69 yazılı informasiya sorğusu göndərilib və bu sorğularda 220 adda informasiya tələb olunub. Bu sorğular yuxarıda qeyd edilən 3 fərqli qrup tərəfindən müəyyənləşdirilib, hüquqi ekspertizadan keçirilərək əlaqəli qurumlara ünvanlanıb. Hər sorğu blankında bir və birdən çox sual yerləşdirilib. “İnformasiya əldə etmək haqqında” qanunun tələbinə əsasən, informasiya sahibləri tərəfindən açıqlanmalı, yaxud tələb edildikdə sorğu ilə təqdim edilməli olan informasiyalar sorğularda tələb edilib. İnformasiya əldə etmək hüququ sənədlərə çatım imkanı versə də, suallar əsasən informasiya almağa və sənədlərin əldə olunmasına yönələn mahiyyətdə olub. Sualların bir hissəsi statistik bilgilərin alınmasına, bir hissəsi şəffaflığın ölçülməsinə, bir hissəsi sənədlərin əldə olunmasına, bir hissəsi maliyyə xərcləmələrinin öyrənilməsinə və bir hissəsi ətraf mühitin vəziyyətinin aydınlaşdırılmasına istiqamətləndirilib.

Birinci qrupun qiymətləndirməsi


Layihə daxilində sorğuların hazırlanması və göndərilməsi, qeyd edildiyi kimi, 3 fərqli qrup tərəfindən həyata keçirilib.

1-ci qrupun işi Sahib Məmmədovun rəhbərliyi ilə neft gəlirlərinin ətraf mühitə və sosial sahəyə təsirləri sahəsindəki vəziyyətə Vətəndaş Nəza­rəti Şəbəkəsi tərəfindən ətraf mühitə təsirin ölçülməsi və bu istiqa­mətdə cəmiyyətin bilgiləndirilməsinə verilən diqqətin qiymətləndirilməsini əhatə edib. Bu qrup 30 yazılı sorğu hazırlayıb, rəsmi poçt vasitəsilə müxtə­lif informasiya sahiblərinin ünvanlarına göndərib.

Sorğular aşağıda göstərilən nazirliklərə, komitələrə, dövlət idarə­lərinə, məhkəmələrə, habelə dövlət büdcəsindən maliyyələşən qurumlara və dövlətin təsis etdiyi şirkətlərə ünvanlanmışdır. 12 sorğu nazirliklərə, 1 sorğu nazirliyin tabeliyində olan müfəttişliyə, 5 sorğu komitələrə, 2 sorğu komi­tə­nin rayon şöbələrinə, 1 sorğu Dövlət Reyestr Xidmətinə, 4 sorğu məhkə­mələrə, 1 sorğu AMEA-nın tabeliyindəki instituta, 2 sorğu dövlət şirkətinə və 2 sorğu “bp Azərbaycan” şirkətinə ünvanlanmışdır (Sxem 1-ə bax):

Sxem 1 (1-ci qrup üzrə informasiya sahiblərinin təsnifatı)





Sorğular sıra ilə aşağıdakı informasiya sahiblərinə ünvanlanmışdır:


  1. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə

  2. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə

  3. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə

  4. Azərbaycan Respublikası Yanacaq və Energetika Nazirliyinə

  5. Azərbaycan Respublikası Yanacaq və Energetika Nazirliyinə

  6. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə

  7. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə

  8. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə

  9. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə

  10. Azərbaycan Respublikası Təhsil Nazirliyinə

  11. Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinə

  12. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə

  13. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Baş Dövlət Əmək Müfəttişliyinə

  14. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə

  15. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə

  16. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə

  17. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə

  18. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kürdəmir Rayon Şöbəsinə

  19. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Hacıqabul Rayon Şöbəsinə

  20. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə

  21. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə

  22. Azərbaycan Respublikası Bakı şəhəri Səbayel Rayon Məhkəməsinə

  23. Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə

  24. Azərbaycan Respublikası Bakı şəhəri Əzizbəyov Rayon Məhkəməsinə

  25. Azərbaycan Respublikası Bakı şəhəri Xətai Rayon Məhkəməsinə

  26. Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutuna

  27. “Azəriqaz” Dövlət QSC-yə

  28. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə

  29. bp Azərbaycan” şirkətinə

  30. bp Azərbaycan” şirkətinə



Sorğulara cavab

4 aylıq müşahidələrdən sonra, göndərilən yazılı informasiya sorğularına cavab olaraq, aşağıdakı nəticələr əldə olunmuşdur:


  1. 30 sorğudan 18 sorğuya cavab verilib.

  2. 12 sorğu isə 4 ay müddətində cavablandırılmayıb (Sxem 2-yə bax):


Sxem 2 (1-ci qrup üzrə informasiya sorğularına reaksiya)




Beləliklə, sorğuların 60%-i cavablandırılıb, 40%-i isə cavablandırılmayıb.


Cavabsız qalan informasiya sorğuları


Aşağıda göstərilən informasiya sahibləri yazılı informasiya sorğularına cavab verməyərək “İnformasiya əldə etmək haqqında” qanunun müddəalarını və İnzibati Xətalar Məcəlləsinin müvafiq müddəalarını kobud şəkildə pozmuşlar:

  1. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi

  2. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi – 2 sorğu

  3. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi

  4. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi

  5. Azərbaycan Respublikası Bakı şəhəri Səbayel Rayon Məhkəməsi

  6. Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi

  7. Bakı şəhəri Əzizbəyov Rayon Məhkəməsi

  8. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kürdəmir Rayon Şöbəsi

  9. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti

  10. bp Azərbaycan” şirkəti – 2 sorğu

Ümumiyyətlə, bu qrup üzrə informasiya sorğularını cavabsız qoyan informasiya sahiblərinin 83%-i dövlət qurumları, nazirliklər, məhkəmələr və s., 17%-i bp neft şirkəti olmuşdur (Sxem 3):


Sxem 3 (1-ci qrup üzrə cavablandırılmayan sorğuların təsnifatı)





Cavablandırılan sorğularda informasiya təminatı


4 aylıq müddət ərzində cavablandırılan 18 informasiya sorğusundan:

  1. 10 sorğu tam cavablandırılıb və tələb olunan informasiya qaneedici formada təqdim edilib. Bu, cavablandırılan sorğuların 55%-ni təşkil edir.

  2. 1 sorğuda tələb olunan informasiya hələ hazır olmadığı və hazırlanmaqda olduğu, həmin sorğunun ikinci hissəsində isə qismən başqa təşkilata yönləndirmə müşahidə edilib. Bu, cavablandırılan sorğuların 6%-ni təşkil edir.

  3. 1 sorğuya cavabda informasiya verməkdən imtina edilib və informasiyanın nə məqsədlə istənildiyinin əsaslandırılması tələb olunub. Bu, cavablandırılan sorğuların 6%-ni təşkil edir.

  4. 6 sorğuya cavabda isə informasiyanın onlarda olmadığı bildirilməklə bərabər, hansı orqana və ya quruma müraciət olunması göstərilib. Bu, cavablandırılan sorğuların 33%-ni təşkil edir (Sxem 4-ə bax):


Sxem 4 (1-ci qrup üzrə cavablandırılan sorğuların təsnifatı)




Ümumilikdə, bu qrup üzrə göndərilən 30 sorğudan:

  1. 10 sorğu cavablandırılaraq informasiya təqdim edilmiş;

  2. 12 sorğuya informasiya sahibləri heç bir reaksiya göstərməmiş və cavabvermə məsuliyyəti hiss etməmiş;

  3. 6 sorğuya cavabda informasiya vermək yerinə informasiya əldə etmək üçün başqa mənbəyə müraciət edilməsi tövsiyə olunmuş;

  4. 1 sorğuya cavab verilsə də, cavab ittiham xarakterli olmuş və ictimai informasiyanı əldə etmək istəyən subyektin nizamnaməsinin surəti və nə məqsədlə bu informasiyanı əldə etmək istədiyi soruşulmuş;

  5. 1 sorğuya cavabda isə informasiya hazırlanmaq mərhələsində olduğundan verilə bilməyəcəyi bildirilmişdir (Sxem 5-ə bax):


Sxem 5 (1-ci qrup üzrə göndərilən 30 sorğunun ümumi təsnifatı)





Beləliklə, bu qrup üzrə göndərilən 30 ədəd yazılı informasiya sorğularının 33%-i cavablandırılaraq informasiya təqdim edilmiş, 41%-də sorğuya informasiya sahibləri heç bir reaksiya göstərməmiş və cavabvermə məsuliyyəti hiss etməmiş, 20% sorğuya cavabda informasiya vermək yerinə informasiya əldə etmək üçün başqa mənbəyə müraciət edilməsi tövsiyə olunmuş, 3% sorğuya cavabda informasiya hazırlanmaq mərhələsində olduğundan verilə bilməyəcəyi bildirilmiş, 3% sorğuya cavab verilsə də, cavab ittiham xarakterli olmuş və ictimai informasiyanı əldə etmək istəyən subyektin nizamnaməsinin surəti və nə məqsədlə bu informasiyanı əldə etmək istədiyi soruşulmuşdur. Bu cavab Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən daxil olmuşdur. İnstitutun rəhbərliyi “İnformasiya əldə etmək haqqında” qanunun tələblərini kobud şəkildə pozmuşdur. Belə ki, qanunun 15.5-ci maddəsi “Sorğuçu bu qanunun 15.3-cü, 21.2.1-ci, 22.4-cü və 24.3-cü maddələrində göstərilən hallardan başqa, informasiya əldə olunmasının zəruriliyini əsaslandırmağa borclu deyildir” deməklə fərdi informasiyalar istisna olmaqla, informasiyanın nə məqsədlə tələb olunmasının əsaslandırılmasının informasiya sahibləri tərəfindən tələb edilməsinin yolverilməz olduğunu bildirmişdir.

Sorğuya bu formada qanunazidd cavab verən Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun rəhbərliyi və yaxud varsa, informasiya məsələləri üzrə məsul şəxsi İnzibati Xətalar Məcəlləsinin 181-3-cü maddəsində nəzərdə tutulan “İnformasiya sahibi tərəfindən açıq informasiyanı əldə etmək hüququnun məhdudlaşdırılması və ya sorğuçuya bilərəkdən yanlış informasiya verilməsinə görə” məsuliyyət daşıyır.

Bu qrup üzrə göndərilən cavabların 20%-də informasiya sahibləri sorğulara cavab versələr də, bu cavablarda informasiya verilməmiş, informasiyanın başqa qurumlarda olduğu bildirilərək, sorğuları o ünvana yönləndirmək tövsiyə edilmişdir. Bu addım da “İnformasiya əldə etmək haqqında” qanunun tələblərinə ziddir. Belə ki, qanuna görə, informasiya sahibi onda olmayan informasiya tələb olunduqda, əgər informasiya sahibi bilirsə ki sorğuya cavab digər qurumdadır, o zaman yazılı informasiya sorğusunu həmin qurum digər quruma göndərməli, bu barədə sorğuçuya bilgi verməlidir. Bu baxımdan, aşağıdakı qurumlar informasiya sahibi olaraq vəzifələrini icra etməyib və qanunu pozublar:


  1. Təhsil Nazirliyi

  2. Səhiyyə Nazirliyi

  3. Yanacaq və Energetika Nazirliyi

  4. Torpaq və Xəritəçəkmə Komitəsi

  5. “Azəriqaz” QSC.


Bu qrup üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin informasiya sorğularına göstərdiyi ciddi və həssas münasibəti xüsusi qeyd etmək lazımdır. Bu nazirlik sorğunu aldıqdan sonra onda olmayan informasiyanı emal etmək məqsədilə xüsusi qrup yaradaraq regiona göndərmiş, monitorinqlər aparılmış, daha sonra informasiya hazırlanaraq təqdim edilmişdir. Doğrudur, bu zaman qanunla müəyyən olunan vaxt başa çatmışdı, lakin informasiya sahibinin məsuliyyətli davrandığını görmək təqdirəlayiq haldır.


İNFORMASİYA SORĞUSUNUN MÜDDƏTİNDƏ CAVABLANDIRILMASI


“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən, informasiya sorğusu ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq icra edilir. Bu müddətdə həmin informasiya öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab verilməlidir.

İnsan həyatı, sağlamlığı, yaxud şəxsin azadlığı üçün real təhlükə yarandığı hallarda axtarılması və hazırlanması müəyyən vaxt tələb edən informasiya 48 saat ərzində (bayram və istirahət günləri istisna olmaqla) təqdim edilir.

Əgər sorğu natamam və ya qeyri-dəqiq tərtib olunubsa, vəzifəli şəxs müəyyən edilmiş çatışmazlıqlar barədə sorğuçuya 5 iş günü ərzində məlumat verir.

İnformasiya sorğusunun bu qanunla müəyyənləşdirilmiş icra müddəti sorğunun qeydə alındığı günün sonrakı iş günündən hesablanır.

Bu qrupda bütün sorğular rəsmi poçt vasitəsilə göndərilmiş və hər birinin informasiya sahibi hesab olunan qurumlara daxil olduğu təsdiq edilmişdir.

Heç bir informasiya sahibindən sorğunun natamam və ya qeyri-dəqiq tərtib olunmasına dair heç bir məktub və ya başqa bilgi daxil olmamışdır. Odur ki, sorğuların rəsmi cavablandırılması üçün lazım olan qanuni müddət, sorğunun qeydə alındığı günün sonrakı iş günündən etibarən 7 iş günündən gec olmamalı idi.

7 günlük iş günü müddətinə 2 gün şənbə və bazar günləri əlavə edilmiş, 1 gün sorğunun daxil olduğu gün nəzərdə tutulmuş, 2 gün isə sorğunun göndərilən ünvana getməsi üçün nəzərdə tutulmuşdur. Beləliklə, qanunda mövcud olan bütün müddətləri son günlər olaraq hesablamaqla maksimum cəmi 12 gün sorğuların cavablandırılması üçün müddət müəyyən edilmişdir. Onu da nəzərə almaq lazımdır ki, sorğuların 90%-i Bakı şəhərinə göndərildiyindən, əslində, 1 gün müddətinə sorğular göndərilən ünvana daxil olmuşdur.

Müxtəlif informasiya sahiblərinə göndərilən 30 sorğudan:

  1. 12 sorğuya heç bir cavab verilməmiş;

  2. 12 sorğuya cavablar 15-60 gün ərzində göndərilmiş;

  3. 6 sorğuya cavablar 4-10 gün ərzində göndərilmişdir (Sxem 6-ya bax):



Sxem 6 (1-ci qrup üzrə sorğuların qanunda göstərilən vaxt baxımından cavablandırılması)





Beləliklə, 30 sorğunun sadəcə 20%-i qanunla müəyyən olunan vaxtda cavablandırılmış, 40%-i sorğu vaxtından xeyli gec cavablan­dırılmış, 40%-i isə ümumiyyətlə cavablandırılmamışdır.

Cavablandırılan 18 sorğunun qanunla müəyyən olunan vaxtda cavablandırılması baxımından nisbət aşağıdakı kimidir (Sxem 7-yə bax):

  1   2   3   4   5   6

Добавить документ в свой блог или на сайт

Похожие:

AZƏrbaycan respublikasinda iCTİMAİ İnformasiyalarin açiqlanmasi və ƏLDƏ olunmasi vəZİYYƏTİNİn monitoriNQİ iconBölmə Azərbaycan Respublikasında əhali arasında vərəm əleyhinə tədbirlərin təşkili
Лечение туберкулеза: рекомендации воз для национальных программ второе издание 1998 г
AZƏrbaycan respublikasinda iCTİMAİ İnformasiyalarin açiqlanmasi və ƏLDƏ olunmasi vəZİYYƏTİNİn monitoriNQİ iconAZƏrbaycan respublikasi adindan
Гулийев Фариз Яли oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152 1-ъи maddəси ilə təqsirləndirilməsinə dair materiala...
AZƏrbaycan respublikasinda iCTİMAİ İnformasiyalarin açiqlanmasi və ƏLDƏ olunmasi vəZİYYƏTİNİn monitoriNQİ iconƏldə etsə, (bilsin ki) qalib gələcək olanlar, tək Allah

AZƏrbaycan respublikasinda iCTİMAİ İnformasiyalarin açiqlanmasi və ƏLDƏ olunmasi vəZİYYƏTİNİn monitoriNQİ iconETİl spiRTİ alinmasinin texnologiyasi iXTİsas: Ətraf müHİTİn mühafiZƏSİ VƏ TƏBİİ ehtiyatlardan səMƏRƏLİ İSTİfadə olunmasi gəNCƏ – 2010

AZƏrbaycan respublikasinda iCTİMAİ İnformasiyalarin açiqlanmasi və ƏLDƏ olunmasi vəZİYYƏTİNİn monitoriNQİ iconAZƏrbaycan respublikasi adindan

AZƏrbaycan respublikasinda iCTİMAİ İnformasiyalarin açiqlanmasi və ƏLDƏ olunmasi vəZİYYƏTİNİn monitoriNQİ iconAzərbaycan Arxeologiyası 2004

AZƏrbaycan respublikasinda iCTİMAİ İnformasiyalarin açiqlanmasi və ƏLDƏ olunmasi vəZİYYƏTİNİn monitoriNQİ iconAZƏrbaycan kənd təSƏRRÜfati nazirliyi

AZƏrbaycan respublikasinda iCTİMAİ İnformasiyalarin açiqlanmasi və ƏLDƏ olunmasi vəZİYYƏTİNİn monitoriNQİ iconAZƏrbaycan kənd təSƏRRÜfati nazirliyi

AZƏrbaycan respublikasinda iCTİMAİ İnformasiyalarin açiqlanmasi və ƏLDƏ olunmasi vəZİYYƏTİNİn monitoriNQİ iconAZƏrbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ

AZƏrbaycan respublikasinda iCTİMAİ İnformasiyalarin açiqlanmasi və ƏLDƏ olunmasi vəZİYYƏTİNİn monitoriNQİ iconAZƏrbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ

Разместите кнопку на своём сайте:
Библиотека


База данных защищена авторским правом ©kk.docdat.com 2013
обратиться к администрации
Библиотека
Главная страница