Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi




Скачать 145.56 Kb.
НазваниеAzərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi
Дата конвертации08.05.2013
Размер145.56 Kb.
ТипДокументы
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi


Azərbaycan Dövlət Aqrar Universiteti


MÖVZU XXI: Türkçülük, türk dünyası və

müasir siyasi proseslər


GƏNCƏ – 2009


P L A N


– XX əsrin əvvəllərində türkçülük ideologiyasının və ictimai fikrin inkihafı.

– Türk xalqlarının siyasi, iqtisadi və mənəvi yaxınlaşmalarının tarixi zəruriliyi.

– Müasir türk dünyası: inteqrasiya, inkişaf və perspektivlər.


Ədəbiyyat


– Türkdilli ölkələrin Dövlət başçılarının zirvə toplantılarının sənədləri. Bakı, 1999-cu il.

– Əliyev H.Ə. Türkiyə Respublikasına rəsmi səfərlərinin sənədləri (1993-2003-cü illər. Sənədlər toplusu).

– Azərbaycan tarixi 7 cilddə, VII cild, Bakı, 2003-cü il, səh.472-481.

– Məmmədov İ. Məmmədov Ç. Siyasi tarix. 13. 20045. 320-329.

– Siyasi tarix (mühazirə kursu) II h., B. 1995. s. 135-146.

– Siyasi tarix (dərs vəsaiti) II hissə, B. 1998. s. 329-349.


.


.


XX əsrin əvvəllərində türkçülük ideologiyası və ictimai fikrin intibahı dünyada baş verən ictimai-siyasi və iqtisadi inkişafla bağlıdır.

Türkdilli xalqların yaşadıqları ərazilərdə kapitalist münasibətlərinin inkişafı, Rusiyada baş vermiş ilk burcua-demokratik inqilabı milli hərəkatın formalaşmasına təkan verməyə bilməzdi.

Bu nöqteyi-nəzərdən bir çox tədqiqatçıların belə bir fikirilə razılaşmamaq mümkün deyildir ki, türkçülük ideologiyası əvvəlcə Rusiyada yaranmış və oradan Türkiyəyə keçmişdir.

Amerika tədqiqatçıları o cümlədən, U.Y.Hostler yazır: «1907-ci ildən sonra Rusiyada liberalizmin təqibi ilə əlaqədar türk-tatar liderlərinin mühacirəti nəticəsində… pantürkizmin ağırlıq mərkəzi Rusiyadan Türkiyəyə keçdi».

XIX əsrin sonu XX əsrin əvvəllərində Rusiyada türkçülük ideologiyasının formalaşması hər şeydən əvvəl Rusiyanın milli rayonlarında, o cümlədən türkdilli xalqlarda milli burcuaziyanın meydana gəlməsi və inkişafı ilə bağlı idi.

Bakıda H.B.Zərdabinin nəşr etdiyi «Əkinçi» qəzetində, sonra isə Baxçasarayda (Krım vilayəti) İsmayıl bəy Qaspiralının «Tərcüman» qəzetin­də geniş intişar tapan türkçülük ideyaları rusiyadakı türk xalqlarının milli şüurunun formalaşmasında və inkişafında mühüm rol oynadı. «Dildə, işdə, fikirdə birlik» devizi ilə çıxan «Tərcüman» qəzeti öz səhifələrində dərc etdiyi materiallarla türkçülük və turançılıq ideyalarının cücərməsi üçün zəmin yaradırdı.

Türkçülük və Turançılıq ideyaları get-gedə daha sistemli və daha dərinliklə işıqlandırılmağa başlandı.

Məmmədtağı Şahtaxtinskinin Tiflislə nəşr etdiyi «Şərqi-rus», Əlimərdan bəy Topçubaşovun Bakıda nəşr etdirdiyi «həyat», Əhməd bəy Ağayevin nəşr etdirdiyi «fuyurat», islamı Yaponiyada yaymış Əbdurrəşid İbrahimovun Peterburqda nəşr etdirdiyi «Ülfət», Fateh Kərimovun Orenburqda nəşr etdiyi «Vaxt» və i.a. qəzet və curnalların səhifələrində türk xalqlarının maarifçilik, dilçilik, iqtisadi inkişafı və ədəbi həyatı, sosial problemləri geniş şərhini tapırdı.

Türkçülük ideologiyasının yaranmasında və formalaşmasında Qahirədə Əli Kamal bəyin nəşr etdiyi «Türk» qəzetinin xidmətini də xüsusi qeyd etmək lazımdır.

Türkçülük və Turançılıq ideyalarının yarandığı ilk mərhələni M.Ə.Rəsulzadə «Romantik pantürkizm» dövrü adlandırmışdı və göstərirdi ki, «Romantik pantürkizm» mədəniyyət sahəsində, türk xalqlarının mədəni irsini qoruyub saxlamaq uğrunda mübarizədə öz əhəmiyyətli rolunu saxlayır və saxlayacaqdır.

Birinci rus inqilabının məğlubiyyətindən sonra bir çox görkəmli türkçülər Rusiyadan xaricə, xüsusilə Türkiyəyə mühacirət etməli olurlar. Onların içərisində tatar Yusif Axçura oğlu, azərbaycanlı türkləri Əlibəy Hüseynzadə, Əhməd bəy Ağayev və başqaları var idi.

1905-ci ildən sonra İstanbulda digər türkçülərin, o cümlədən Ziya Göy Alpın meydana gəlməsinə şərait yaratdı.

1910-1913-cü illərdə Cenevrədə, Parisdə və bir sıra şəhərlərdə «türk yurdu» adlı klublar meydana gəldi və bu adda curnal nəşr edildi. Həmin curnalın redaksiya heyətində Ziya Göy Alpda iştirak edir. Curnalın rəhbərliyi ilə Yusif Axçura oğlu öz üzərinə götürdü.

1921-ci ilin dekabrında Mustafa Kamal Atatürk Türkiyə Böyük Millət Məclisində çıxışında qeyd etdi ki, türklər müsəlman xalqı olmaq etibarı ilə öz din qardaşlarının taleyi ilə həmişə maraqlanacaq, bütün müsəlman xalqlarının müstəmləkəçilikdən azad olmasını, daha da çiçəklənməsini, xoşbəxtliyini arzu edəcəkdir.

Atatürk çıxışını bu sözlərlə yekunlaşdırmışdır. «Cənablar, biz müstəqil olmaq və yaşamaq istəyən bir millətik. Biz həyatımızı ancaq bu məqsədə həsr edəcəyik».

Türkçülüyün gerçəkləşməsi uğrunda mübarizədə onun türk xalqlarına aşılanmasında Ziya Göy Alp xüsusilə fərqlənirdi.

O, türkçülüyə «Türk millətini yüksəltmək deməkdir» tərifini vermiş, bu yüksəltməyin proqramını, yollarını və prinsiplərini işləyib hazırlamışdı.

Türkçülük ülgüsünü – məfkurəsini böyüklüyünə görə Ziya Göy Alp üç dərəcəyə bölür:

- Türkiyəçilik;

- Oğuzçuluq və ya türkmənçilik;

- Turançılıq.

Milli duyğuların yaxınlığı baxımından birləşə bilənlər məhz oğuzlar ola bilərlər.

Türkiyə, Azərbaycan, İran və Orta Asiya türkləri oğuz soyundandırlar.

Türkçülüyün uzaq ülgüsünü Göy Alp Turançılıq hesab edir.

Turan yer üzündə olan bütün türklərin birləşməsidir – Böyük Turanistandır.

Turan adı ilə birləşəcək bütün türk xalqlarının (oğuzlar, tatarlar, özbəklər, qırğızlar, yakutlar, qazaxlar və s.) dil, ədəbiyyat mədəniyyət baxımından yaxınlaşması üçün lazımi zəmin vardır. Bu gün xəyal kimi görünən Turanın gerçəkləşməsi mümkündürmü? Sualına cavab: - Bunu ancaq gələcək göstərəcəkdir.

Türkçülük ideologiyasının millətə tərif vermək cəhdləri də çox maraqlıdır. Ziya Göy Alp hesab edir ki, Millət-dil, din, əxlaq, estetika baxımından ortaq olan, yəni eyni tərbiyəni görmüş insanların toplusudur.

Əhməd Ağaoğlu göstərirdi ki, İslam türk üçün sadəcə din deyil, «milli və irqi dindir». Odur ki, türkçülük hərəkatına qoşulan hər bir kəs islamı qəbul etməlidir.

Ziya Göy Alp yazırdı: «Türkçülüyün qayəsi müasir (çağdaş) bir is­lam türkçülüyüdür. Türkləşmək, islamlaşmaq ülgüləri-məfkurələri arasında bir çatışma – ziddiyyət olmadığı kimi, bunlar ilə müasirləşmək ehtiyacı arasında da bir uyuşmazlıq ola bilməz».

Ziya Göy Alp «Türkləşmək, islamlaşmaq, müasirləşmək, kimi üç düşüncəni uzlaşdırmağa çalışır. O, həmçinin hesab edirdi ki, müasirləşmək şəkilcə və həyat tərzi ilə avropalılara bənzəmək demək deyildir».

Müasirlik ehtiyacı Avropadan yalnız və əməli biliklərin alınmasını bizdən tələb edir. Dindən və millətindən doğan mənəvi ehtiyaclarımızı Qərbdən almağa ehtiyac yoxdur.

Eyni zamanda xalqa mədəniyyət, yəni çağdaş dünyanın mədəni nailiyyətlərini çatdırmalıdırlar. Qərbə doğru ona görə getmək lazımdır ki, Qərbin ən yeni elm və texnikasını, metodikasını öyrənib bunların vasitəsilə milləti yüksəltmək lazımdır.

Ziya Göy Alp bütün bu məsələləri araşdıraraq belə bir nəticəyə gəlir ki, türkçülük ilə beynəlmiləlçilik arasında heç bir ziddiyyət yoxdur, hər bir türkçü eyni zamanda beynəlmiləlçidir.

Türklər həmişə başqa xalqlara münasibətdə mehriban və canıyanan olmuşdur. Bu milli xarakter türklərin mənəvi sərvətlərində də öz əksini tapmışdır.

Ziya Göy Alpın bu tarixi xidmətlərinə yüksək qiymət verən Atatürk eyni zamanda ona böyük hörmət bəsləyirdi. «Ətimin və sümüyümün atası Əli Rza Əfəndiyevdirsə, fikrimin atası Ziya Göy Alpdır».

Türkçülüyün ideoloqları bir qayda olaraq türk aləminin hüdudlarını müəyyən etməyə, türkdilli xalqların yaşadıqları ölkələri sadalamaqla ərazi amilinə tez-tez müraciət edirlər.

Bu cəhətdən Əhməd Ağaoğlunun (Ağayevin) «Türk yurdu» curnalında nəşr etdirdiyi «Türk aləmi» məqaləsi xüsusilə diqqəti cəlb edir:

«Asiyanın ürəyində ucalan Altay dağlarından axıb gələn türklər dünyanın şimali və cənubuna, şərqi və qərbinə yayılmışdılar. Türklər Çinin ən ucqar bucaqlarından Finlandiyaya, Polşa, Macarıstan və Şimali Afrikayadək müxtəlif ərazilərə səpələnmişdir.

Ağaoğlunun fikrincə türk aləminin ərazisi təxminən Avropa və Ame­rikanın ərazisinə bərabərdir və bu ərazidə 70-80 milyon əhali yaşayır. Türk dünyasının sərhədlərini müəyyən etməyə səy göstərən Yusif Axçura oğlu türk ruhunu Qafqazda, Sibirdə, Turan çöllərində (şərqi Türküstan) axtarırdı.

«Türk aləmində» məqaləsində o, türk dünyasının üç hissədən ibarət olduğunu qeyd edirdi:

a) Müstəqil Osmanlı imperiyası;

b) Çar Rusiyasının və qismən Çinin tabeliyində olan ərazilər;

v) İranın şimalı və şimali qərbi.

Türk xalqlarının yaşadıqları coğrafi ərazi hazırda Qərbdə Aralıq Dənizi sahillərindən Şərqdə Elzin-Qol çayına (Çin səddinə qədər) kimi, şimalda Buzlu okean sahillərindən cənubda Kunluk dağlarına qədər geniş bir sahəni tutur. Sahəsi 10,5 milyon km-dən çoxdur ki, bu da Avroasiya materikinin 1/5 deməkdir. Əhalinin təqribən sayı 200 milyon nəfərə çatır.

Əsrin əvvəllərinə nisbətən türklərin sayı 3 dəfəyəcən artmışdır. Dünya siyasətçilərini və türk xalqlarının bədxahlarını qorxudan da elə budur. Dünyada demokratik dəyişikliklər açıq-aydın türk xalqlarının, eyni zamanda müsəlmanların xeyrinədir.

Sonuncu onillikdə Azərbaycan türklərinin orta illik artımı 2,1 faiz, özbəklərin 3 faiz, qazaxların 2,2 faiz, türkmənlərin 3 faiz, qırğızların 2,9 faiz və i.a. təşkil etdiyi halda Fransada əhalinin orta illik artımı 0,8 faiz, B.Britaniyada 0,1 faiz, İsveçrədə 0,3 faiz, İsveçdə 0,08 faiz, AFR-də 0,1 faiz, Yaponiyada 0,9 faiz və i.a. olmuşdur.

Müxtəlif ölkələrdə əhalinin artım surətinin bu cür davam etməsi qarşımızdan gələn illərdə ciddi Demoqrafik fərqlərin yaranacağından xəbər verir.

İndi Birləşmiş Millətlər Təşkilatında altı türk dövləti təmsil edilmişdir. Türk dilli xalqların təmsil etdikləri müstəqil və muxtar dövlət qurumları ciddi siyasi, iqtisadi, hərbi, ərazi potensialına malikdirlər.

Altı müstəqil türk dövlətinin (Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Türkmənistan) və Rusiya Federasiyasının daxilində olan altı muxtar qurumun (Tatarıstan, Başqırdıstan, Çuvasiya, Saxa, Tuva, Qaraçayçərkəz) ərazisi 8,2 milyon kvadrat kilometrdir, əhalisinin sayı 116 milyondur. Buraya Çin Respublikasının sahəsi 1,7 milyon kv.km, əhalisi 155 milyona yaxın olan Sinsezyan-Uyğur muxtar rayonunu da daxil etsək səhv etmərik.

Bütün bunlarla yanaşı qeyd edilməlidir ki, türk dünyasının qabaqcıl ölkələrin inkişaf axınına qoşulması yolunda ciddi çətinliklər və maneələr mövcuddur. Türk dünyasının oyanması həm Qərbi, həm də Şərqi ciddi narahat etmişdir. Odur ki, indiki şəraitdə türk dünyası ölkələrinin dünya siyasətinə daxil olmaları asanlıqla mümkün olmayacaqdır.

Türk xalqlarının yaxınlaşmasına, əməkdaşlıqlarının genişlənməsinə maneçilik törədən obyektiv və subyektiv səbəblər hələlik çoxdur.

Hələ əsrin əvvəllərində Əhməd bəy Ağaoğlu türk xalqlarını bir-birindən təcrid edən, onların yaxınlaşmasını çətinləşdirən üç mühüm səbəb göstərmişdi:

  1. Siyasi müxtəliflik və mühitdən asılılıq;

  2. Sünnülər və şiyələr arasında dini təriqət çəkişməsi;

  3. Milli şüurun və milli dərketmənin olmaması.

Bütün bu çətinliklərə və maneələrə baxmayaraq yaşadığımız günlər türk dünyası ölkələrinin yaxınlaşması, türkdilli xalqların özünə qayıtması ilə əlamətdardırlar. Hadisələrin və proseslərin təhlili türk dünyası ölkə və xalqlarının yaxınlaşmasında iki meyli müşahidə etməyə imkan verir.

Birinci meyl Türkiyənin rolu ilə əlaqədardır. SSRİ dağıldıqdan sonra meydana gəlmiş müstəqil türk dövlətləri, həmçinin digər türk xalqları yeni şəraitdə indiyə qədər yeganə müstəqil dövlət olan və dünya siyasəti və dünya iqtisadiyyatı ilə bilavasitə bağlı olan Türkiyənin ağuşuna atılmaya bilməzdilər.

Bütün bu xalqları ümumi din, eyni etnik qrupa malik xüsusiyyətlər, ey­ni əsasa malik dil, tarixi qohumluq əlaqələri ilə dövlətçilik ənənələri birləşdirdi.

Digər tərəfdən son illərdə Türkiyənin qabaqcıl dövlətlər sırasına çıx­ması, demokratiya yolunda bu ölkədə atılmış uğurlu addımlar Türkiyə inki­şaf modelinin bu ölkələr tərəfindən nümunə kimi qəbul olunmasını zəruri etdi.

Odur ki, 90-cı illərin əvvəllərində türk xalqlarının Türkiyə inkişaf modelinə həvəs göstərməsi, Türkiyə vasitəsilə Qərb iqtisadiyyatına, Qərbin Demokratiya ənənələrinə qovuşması cəhdlərinə təbii baxılmalıdır. Türkiyə Respublikası SSRİ dağıldıqdan sonra Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstanın, Türkmənistanın müstəqilliyini ilk tanıyan dövlətlər sırasında olmuşdur.

Rusiya tərkibində qalan türkdilli xalqlarda iqtisadi, mədəni əlaqələrin genişləndirilməsi sahəsində də addımlar atılmışdır.

Yeni yaranmış türk respublikalarının rəhbər xadimləri, siyasi liderləri Türkiyədə olmuş Türkiyə Respublikasının başçıları Azərbaycanda, Orta Asiya Respublikasında ikitərəfli və çoxtərəfli danışıqlar aparılmış, müqavimələlər imzalanmışdır.

İqtisadi əməkdaşlıq sahəsində ilk addımlar atıldığı bir vaxtda mədə­niyyət sahəsində qarşılıqlı əlaqələr böyük bir miqyasda genişlənməkdədir.

1992-ci il iyunun 19-20-də İstambulda keçirilən türkdilli ölkələrin mədəniyyət nazirlərinin birinci konfransı bu əlaqələrin daha da genişləndirilməsində mühüm addım oldu.

Türk ölkələri arasında təlim, tədris və təhsil sahəsində daha səmərəli əlaqələr yarandı. 1992-1993-cü tədris ilində Türkiyədə yalnız Azərbaycan üçün 600 orta, 1460 ali təhsil üçün yer ayrılmışdır. Türkiyədən isə Azərbaycana oxumağa böyük bir tələbə qrupu gəlmişdir.

1992-ci ilin iyulunda «Türklərin dilləri, maddi mədəniyyətləri və tarixləri: ənənələri və müasirlik» devizi altında Qazanda keçirilmiş Beynəlxalq türkoloci konfrans türk xalqlarının tarixi mədəni irsinin qorunması, müasir həyatla əlaqələndirilməsi üçün çox sərfəli və lazımi tövsiyyələr verdi.

Mənəvəi, iqtisadi əlaqələrin genişlənməsi uzun müddət bir-birindən təcrid edilmiş türk xalqlarının öz soy-köklərinə qayıtması, bir-birinə qarşılıqlı surətdə zənginləşdirilməsi prosesini xeyli sürətləndirmişdir.

Türk xalqlarının yaxınlaşması, onların qarşılıqlı əlaqələrinin genişlənməsi müasir siyasi proseslərin fövqündə baş verir.

Türk xalqlarının bu günkü, xeyli dərəcədə gələcək inkişafı Rusiyada, Ru­siyada baş verən hadisələrdən asılıdır. SSRİ dağıldıqdan sonra əmələ gəlmiş müstəqil dövlətlər hələlik qırılması çətin olan tellərlə Rusiya ilə bağlıdırlar.

1993-cü il yanvarın 4-də Daşkənddə Orta Asiya Respublikaları rəhbərlərinin görüşü və bu respublikaların regional ittifaq yaratmaq cəhdlərinin siyasi məqsədlərdən daha çox iqtisadi və mədəni sahələr və əlaqələrin genişləndirilməsinə xidmət etməsi göz qabağındadır.

Türkdilli xalqlar birlikdə «Manas Dastanı»nın min illiyini, Əmir Teymurun 660 illiyini, Məhəmməd Füzulinin 500 illiyini qeyd etdilər. 1997-ci ilin aprelində Azərbaycan xalqının milli tarixi və mədəniyyət qaynaqlarından olan «Kitabi-Dədə Qorqud» dastanının 1300 illiyinin qeyd edilməsi fərmanı ilə 2000-ci ilin aprelində Bakıda təntənə ilə qeyd edildi.

Müstəqillik bizə türkdilli xalqlarla daha yaxın və sərbəst əlaqələrimizin inkişafına geniş, sərhədsiz üfüqlər açdı.

Bu gün Ermənistanın açıq-aşkar Azərbaycana qarşı təcavüzünə türk xalqlarının müxtəlif münasibəti, bəzən də torpağımızda təcavüzkarların törətdikləri vəhşiliklərə qarşı xalqların sadəcə biganəlik göstərməsi, bəlkə də, tarixin türk dünyasını çəkdiyi sınağın təzadlıq təzahürlərindən ilkidir.

Bu çətinliklərə sinə gərmək, bu sınaqlardan uğurla çıxmaq türk dünyasından tarixin dərslərini unutmamaq şərti ilə müasir siyasətin əngəlliklərində çeviklik, sərrastlıq, acı həqiqətlərin gözünə düz baxmaq, sizin vədlərə, müvəqqəti güzəştlərə aldanmamaq, dostu düşməndən ayıra bilmək qabiliyyətini tələb edir.



- -



Добавить документ в свой блог или на сайт

Похожие:

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi iconAZƏrbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi iconAZƏrbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi iconAZƏrbaycan kənd təSƏRRÜfati nazirliyi

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi iconAZƏrbaycan kənd təSƏRRÜfati nazirliyi

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi iconAzərbaycan Respublikası Təhsil Nazirliyi
Хайман Д. М. Современная микроэкономика: анализ и применение в двух томах. М., Финансы и статистика, 1992
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi iconAZƏrbaycan respublikasi adindan
Гулийев Фариз Яли oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152 1-ъи maddəси ilə təqsirləndirilməsinə dair materiala...
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi iconAZƏrbaycan respublikasi adindan

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi iconAZƏrbaycan respublikasi adindan
Ширван Инзибати-Игтисади Мящкямясинин 09 август 2012-ъи ил тарихли гярарындан ъавабдещ Мустафайев Азад Исраил оьлу вя онун вякили...
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi iconAzərbaycan Respublikası adından Сурят
Зярдаб район məhkəməsinin 01 декабр 2011-cи IL tarixli 2(036)-327/2011 №-ли qətnaməsindən iddiaçı Mikayılova Mulxisə Bağı qızı вя...
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi iconAzərbaycan Respublikası adından
Сцлейманов Салещ Оъагверди оьлу və Ъамалов Етибар Яли oğlundan ibarət tərkibdə, Мустафайева Таълы Ябдцлящяд гызынын katibliyi ilə,...
Разместите кнопку на своём сайте:
Библиотека


База данных защищена авторским правом ©kk.docdat.com 2013
обратиться к администрации
Библиотека
Главная страница