AZƏrbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ




Скачать 231.59 Kb.
НазваниеAZƏrbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ
Дата конвертации02.06.2013
Размер231.59 Kb.
ТипДокументы


AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ


AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ


BAYTARLIQ TƏBABƏTİ FAKÜLTƏSİ


“YOLUXMAYAN XƏSTƏLİKLƏR” KAFEDRASI


MÜHAZİRƏNİN MÖVZUSU:


“REAKTIVLIK”


MÜHAZİRƏÇİ:


DOSENT ALLAHVERDİYEV RÜBAİL NƏCƏF OĞLU.


G Ə N C Ə - 2 0 0 9

MÜHAZİRƏNİN PLANI:


  • Reaktivlik haqqında anlayış

  • Reaktivlik və rezistentlik

  • Reaktivlikdə sinir və hormonların rolu

  • Reaktivliyin formaları

  • Faqositoz haqqında təlim

  • Baryerlik

  • İmmunitet

  • Toxuma uyuşmazlığı



MÜHAZİRƏ MƏTNİNƏ MÜVAFİQ ƏDƏBİYYAT SİYAHISI


  1. Allahverdiyev R.N. -Kənd Təsərrüfatı heyvanlarının patoloji

fiziologiyası-Gəncə 1981-ci il

  1. Allahverdiyev R.N. -Ümumi patologiyanın əsasları - Gəncə

1990-cı il

  1. Allahverdiyev R.N. -Heyvanların patoloji fiziologiyası Bakı

2009-cu il


ƏLAVƏ ƏDƏBİYYAT


  1. Ado A.D. -Patoloji fiziologiyası-B.1980-ci il




  1. Məmmədov Y.C. -Patoloji fiziologiya-B.1989-cu il.




  1. Lutinski S.Y. -Heyvanların patoloji fiziologiyası.

M.2005-ci il.


MÜHAZİRƏNİN MÖVZUSU:


“Reaktivlik”

ORQANİZMİN REAKTİVLİYİ VƏ

PATOLOGİYADA ONUN ROLU


Reaktivlik. Reaktivlik canlıların takamül dövründə qazandığı xüsusiyyət olub, heyvanların bütün növlərində mövcuddur. Odur ki, reaktivliyə, ümumiyyətlə bioloji reaktivlik deyilir. Bəs reaktivlik nədir? Reaktivlik (lat. Reactio-əks təsir) orqanizmin müdafiə reaksiyası olub, xarici mühit amillərinin təsirindən həyat fəaliyyətinin dəyişməsinə deyilir. Bu cavab reaksiyasi xəstəliyin mahiyyətinin açılmasında böyuk əhəmiyyətə malikdir.

Reaktivliyi öyrənmək üçün şərti olaraq onu aşağıdakı qruplara bölmək məqsədəuyğun olar: qrup reaktivliyi (bioloji ritm, qış və yay yuxusu) fərdi reaktivlik (fizioloji və patoloji spesifik və qeyri- spesifik, allergiya və immunitet).

Reaktivlik orqanizmin maddələr mübadiləsi, inkişaf və böyümə kimi xüsusiyyətlərindən olub, onlarla bilavasitə əlaqədardır.

Reaktivlik heyvanlarda şərti və şərtsiz reflekslər əsasında qurulmuş müxtəlif bioloji xüsusiyyətlərini birləşdirir.

Burada bioloji ritm prosesləri reaktivliyi başa düşmək üçün daha aydın təsəvvür verir.

Təkamül dövründə heyvanların quruluşu və funksiyası mürəkkəbləşdikcə reaktivliyin forma mexanizmi də mürəkkəbləşmişdir. Əgər sadə birhüceyrəli canlılarda reaktivlik yalnız maddələr mübadiləsinin dəyişməsi ilə nəzərə çarpırsa, sinir sistemi inkişaf etmiş heyvanlarda ətraf mühit amillərinin təsirinə qarşı daha mürəkkəb sistemlərlə müdaxilə olunur.

Rezistentlik. Rezistentlik reaktivlik məvhumunu bir növ tamamlayır. Rezistentlik (lat. Rezisteo-müqavimət müxtəlif xəstəlik törədən amillərin təsirinə qarşı orqanizmin davamlılığı kimi başa düşülür. Rezistentlik heyvan orqanizmində fəal və qeyri-fəal formada meydana çıxır.

Fəal rezistentlik dedikdə orqanizmin patogen amilə qartı spesifik və ya qeyri-spesifik mübarizə formasını başa düşülür. Məsələn, müxtəlif formalı immunitet, zəhərlərin neytrallaşması, orqanizmdən xaric olması, yaranın sağalms intensivliyi və s. göstarmək olar. Qeyri-fəal rezistentlik dedikdə orqanizmin quruluşu ilə bağlı irsi xüsusiyyətləri, inkişaf mərhələləri nəzərdə tutulur. Məsələn, dəri, selikli qişalar əksər mikroblar və zəhərlərin daxilə keçməsinə imkan vermir. Yəni baryerlik göstərir.

Quru dəri-şüalara və elektrikə ciddi müqavimət göstərir. Dərialtı piy toxuması istiliyi pis keçirir, hərəkətli dayaq üzvləri zərbəyə dözümlü olur və s.

Bütün vəziyyətlərdə reaktivlik rezistentliyi təmin edən, onu gücləndirən paralel xüsusiyyət kimi özünü biruzə verir. Lakin bəzən reaktivliklə rezistentlik eyni istiqamətə yönəlmir. Məsələn, hipertermiya, qış yuxusu, aclıq zamanı orqanizmin reaktivliyi zərfləyir, lakin bəzi mikroblara qarşı rezistentliyi güçlənir (Sirotinin M. N).


REAKTİVLİYİN MEXLNİZMİ

7.1.Orqanizmin reaktivliyində sinir sisteminin rolu.

Heyvanların reaktivliyi sinir sistemində tormozlanmanın gücündən bilavasitə asılıdır. Bunlar beyin qabığının funksional vəziyyəti ilə əlaqədardır. Çünki məhz beyin qabığının iştirakı ilə orqanizm xarici mühitlə fəal əlaqə formasında yaşayır. Beyin qabığında oynama ilə tormozlanma arasında müvazinət pozulduqda orqanizmin reaktivliyi zəifləyir. Məsələn, beyin qabı-ğında əmələ gələn gərginlik, yaxud orqanizmdə stress vəziyyəti, orqanizmin zəhərlərə, bakteriya toksinlərinə, antigenlərin təsirinə müvazinətini zəiflədir.

Ali sinir fəaliyyəti zəif olan siçovulları müxtəlif maddələrlə zəhərlədikdə (fenamin, adrenalin, tetreatil qurğuşun, streptokokk və stafilokokk toksinləri ilə) güclü müvazinətli sinir fəaliyyəti olan siçovullara nisbətən daha dərin patoloji nişanələr meydana çıxır.

Beyin qabığı çıxarılmış və ya uzun müddət dərin narkoz edilmiş heyvanlarda reaktivlik dəyişir. Bu cür «talamik» heyvanlarda səbəbsiz həyəcanlanmalara, «yalançı, kin saxlama» hallarına təsadüf edilir.

Heyvanlarda limbik sistemin reaktivliyini təmin edən əsas aparat olması müəyyən edilmişdir. Məs, hippok kampın siçovullarda pozulması şərti refleks-ləri pozur, ətraf mühitin təsirinə laqeydlik yaranır, «qorxu» əlamətləri azalır.

Meymunlarda, pişiklərdə, siçovullarda həmin nahiyənin pozulması onla-rın ciddi narahatlığına səbəb olur: heyvanlar çığırır, miyoldayır, cinsi reaksi-yalar güclənir, yalançı kin əmələ gəlir, «effektiv ekspress» əlamətləri meydana çıxır.

Sinir sisteminin başqa şöbələri də reaktivlikdə iştirak edir. Belə ki, türk yəhərinə şüşə diyircək qoyub qıcıqlandırdıqda ağciyər, mədə-bağırsaq sistemində patoloji əlamətlər meydana çıxır, qan sağıntısı görünür.

Onurğa beyin də reaktivlikdə iştirak edir. Belə ki, əgər göyərçinlərdə onurğa beyin kəsilərsə, onlar qarayara xəstəliyinə həssaslıq göstərir, bədən temperaturu aşağı düşur, maddələr mübadiləsi zəifləyir, antitellərin əmələ gəlməsi ləngiyir, birləşdirici toxumarın müdafiə qüvvəsi tükənir.

Burada ayrı-ayrı sinir liflərinin də (oturaq siniri) üçlü və azan sinirinin əhəmiyyəti vardır. Məsələn, onların sütununa kroton yağı yeritməklə (D.D.Speranski) mədədə; bağırsaqda, gözün billurunda, arciyərdə qan sağıntıları əmələ gəlməsini müşahidə etmək olar.

Orqanizmin reaktivliyinə vegetativ sinir sisteminin də güclü təsiri vardır. Belə ki, parasimpatik sinir sisteminin oyanması artdıqda antitellərin əmələ gəlməsi güclənir, qaraciyərin və limfa vəzlərin baryer xüsusiyyəti fəallaşır.

Sinir sisteminin simpatik şöbəsinin oyanması noradrenalin və adrenalin əmələ gəlməsini gücləndirir, maddələr mübadiləsini sürətləndirir və orqanizmin reaktivliyini yüksəldir.

Qəribə burasıdır ki, vegetativ sinirlərdən məhrum edilmiş toxumanın reaktivliyi bəzi zulallara, bakteriya antigenlərinə, hormonlara, alkaloidlərə qarşı yüksəlir. Çünki normal halda həmin qıcıqlar oyanmaya adekvat olur:


Reaktivlikdə endokrin vəzlərinin rolu. Orqanizmin reaktivliyini təmin edən amillərdən sinir sistemi ilə yanaşı daxili sekresiya vəzilərinin də əhəmiyyəti böyükdur. Bu prosesdə ən fəal iştirak edən hipofiz, böyrəküstü vəzi, qalxanabənzər və mədəaltı vəzidir. Hipofiz vəzi xüsusilə onun ön payının trop hormonları reaktivlikdə daha təsirli xüsusiyyətlərə malikdir. Çünki trop hormonu böyrəküstü vəzin qabıq maddəsinə, cinsiyyət və qalxanabənzər vəz hormonlarına stimuledici təsir göstərir. Xüsusilə adrenokortikotrop hormon reaktivliyə böyrəküstü vəzilərin qlükokortikoid hormonları kimi təsir edir.

Reaktivlikdə böyrəkustu vəzlərin hormonu olan kortikosteroidlərin (qa-bıq maddə sintez olur) əhəmiyyəti böyukdur. Təkcə onu göstərmək kifayətdir ki, böyrəküstü vəziləri cıxarılmış heyvanlar, müxtəlif təsirlərə bakterial tok-sinlər, elektrik cərəyanı və başqa təsirlərə az müqavimətli olur. Lakin həmin heyvanlara böyrəküstü vəzilərin hormonunu yeritdikdə bu əlamətlər aradan götürülür. Orqanizmə qlükokortikoidlərin yeridilməsi zülalların karbohidratla-ra çevrilməsini sürətləndirir, birləşdirici toxuma hüceyrələrinin çıxalmasını ləngidərək (poliferasiya) iltihabın əksinə təsir edir. Bu zaman qanda qamma-qdobulinlərin sintezi ləngiyir, immunitet zaifləyir və immunobioloji reaktivlik müqavimətsiz olur. Böyrəküstü vəzidə sintez o1an mineralokovtikosid, aldesteron gortizolun əksinə təsir edir. Yəni toxumadan suyun və kaliumun qana keçməsinə kömək edir, lakin iltihabı gücləndirir.

Qalxanabənzər vəzinin reaktivlvkdə rolu hipofiz və böyrəküsü vəzinin hormonları ilə qarşılıqlı sürətlə əlaqəlidir. Tireoektomiya hipofizar adrenokor-tikotropların sekresiyasını gücləndirir. Belə vəziyyətdə heyvan orqanizminin anafilaksiyaya, zəhərlənməyə qarşı müqaviməti artır. Hipertireoidizm, əksinə hipofizar adrenokortikotrop hormonun sekresiyanı ləngidir. Heyvanların inyeksiyalara, zəhərlənmə və anafilaksiyaya həssaslığını artırır. Mədəaltı vəzin insulin hormonu çatışmadıqda heyvanların vərəm çöpünə, irintörədici mikroblara qarşı müqaviməti azalır.

Reaktivliyin təsnifatı




Xəstə və sağlam orqanizmin reaktivliyi əsasən bioloji reaktivlik formasında meydana çıxır. Müxtəlif növ heyvan da bu xüsusiyyət bir-birindən fərqli sürətdə özünu biruzə verir. Ekaloji faktorların təsiri, ilin fəsli dəyişməsi, heyvan növlərini özünəməxsus xüsusiyyətləri nəzəri cəlb edir. Bunları nəzərə alaraq heyvanların bioloji reaktivliyi yuxarıdakı sxemdə təsvir olunmuşdur.

Qrup reaktivliyi. Bioloji reaktivliyin bir növu olan qrup reaktivliyi müxtəlif növ heyvanların qrup xüsusiyyətlərini müəyyən edir. Sadə canlılarda bu proses istiqamətli hərəkət-taksis (müsbət, mənfi, foto, ximoaksis) formasında təzahür edilirsə, ali canlılarda biolojı ritm şəklində meydana çıxır. Heyvanlarda bioloji ritm sutqalıq (sirkad), aylıq və fəsli (yerdəyişmə, qış və yay yuxusu) formasında meydana çıxır.

Bioloji ritmin sirkad forması bir növ işıq və temperatur təsirləri ilə ontogenez dövrdə orqanizmin qazandığı, «bioloji saatlar» vasitəsi ilə həyata keçirilir. Bu təkcə heyvavlar deyil, bitkilər arasında da mövcuddur.

Xoruzların sübh banı, yarasaların toran düşən kimi yuvadan uçması buna misal ola bilər. Bəzi quşlarda bu ritmə əsasən bədən temperaturu (-3-4°) dəyişir. Yarasalarda gecə humoyoterm, gündüzlər isə poykiloterm hadisəsi müşahidə edilir.

Kənd təsərrüfat heyvanlarının sutkalıq ritmi əsasən hərəkət fəallığının dəyişməsində özünü göstərir. Doğrudur, bədən temperaturunun, tənəffüsün, qan dövranının dəyişməsi fərqi o qədər də böyük, məhsuldarlığın, xüsusi ilə süd məhsuldarlığının dəyişməsi, qidalanma rejiminin pozulması ilə əlaqədar olur. Əgər qaramalda iki fazalı rejim (gecə otarılması) ilə qidalanma aparılırsa süd məhsuldarlığı artır. Toyuqlarda sutkada iki fazalı işıq rejimli qidalanma təyin edilirsə, yumurta məhsuldarlığı- yüksəlir, kökəldilən donuzlarda piy toplanması güclənir.

Aylıq bioloji ritmlər heyvanlar arasında cinsi yumurta hüceyrələrinin yetişməsi (qaramal, at), dəniz xərçənglərində qabarma, çəkilmə ilə əlaqədardır. Yerin Ayla qarşı durması zamanı əmələ gələn aylıq qabarma xərçənglərin fəallaşması, çəkilmə isə süstləşməsi ilə nəticələnir. Heyvanlarda fəsli ritm əsasən iki formada meydana çıxır, birinci fəsli yerdəyişmə, ikinci qış və yay yuxusu (anabioz) formasında baş verir. Bunların səbəbi ətraf mühitin temperatur fərqi, işıq rejimi, şüalarının yerdə elektromaqnit hadisəsinin dəyişməsi, yemləmə rejiminin dəyişməsidir. Bu zaman cinsiyyət vəziləri və qalxanabənzər vəzin funksiyasında dəyişkənlik baş verir. Ən çox dəyişmə qan sistemində, ümumi mübadilə, temperatur tənzimi və həzm sistemində gedir. Bunlarla əlaqədar olaraq heyvanlarda qaz mübadiləsi qışa nisbətən 40% artır.

Qış yuxusuna getməyən heyvanlarda ən yüksək qaz mübadiləsi yaz fəslində cinsi fəaliyyət gücləndikdə müşahidə edilir. Yayda isti ilə əlaqədar olaraq maddələr mübadiləsinin intensivliyi azalır, payızda bir qədər yüksəlir və qışa getdikcə zəifləyir. Bu, xüsusilə kənd təsarrüfatı heyvanlarına aiddir. Belə ki, yazda fizioloji vəziyyətdən (boğazlıq, sağılma, saxlama şəraiti) asılı olmayaraq inəklərdə maddalər mübadiləsi güclənir, qışda zəifləyir.

Yazda və qışda eritrositlərin sayı artır, hemoqlobin çoxalır, yayda əksinə azalır.

Bütün cüt və təkdırnaqlı heyvanlarda payızda dəstə bağlamaq, sürüləşmə əlamətləri müşahidə edilir. Qışda zəifləmiş heyvanlar yazda və payızda fəallaş-mış, mikroorqanizmlərə ciddi müqavimət göstərə bilmir. Odur ki, bu dövrdə residiv, reinfeksiya və xroniki xəstəliklərin ağırlaşmalarına təsadüf olunur.

Qış yuxusu zamanı orqanizmin həyat fəaliyyəti ölgünləşir, maddələr mübadiləsi zəifləyir, oksigenə olan tələbat azalır. Məsələn, bu zaman sünbül-qıranın düz bağırsağında temperatur 5°C qədər aşağı düşür. Belə vəziyyətdə sünbudqıranı taun, vərəm, qarayara və başqa törədicilərlə yoluxdursaq, onlar xəstələnmir, mikrooranizmlər isə bütün qışı bədəndə qalır. Deməli, qış yuxusu orqanizmin növ reaktivliyi olmaqla, müdafiə tormozlaşması kimi başa düşülməlidir. Qış yuxusu zamanı yaraların sağalması ləng gedir, faqositoz və antitellərin sintezi zəifləyir.

Yay yuxusuna bəzi sünbülqıranlar, sürünənlər, Madaqaskarda meymuna-bənzər lemurlar gedir. Yay yuxusu da gedişinə görə qış yuxusuna bənzəyir. Orta Asiya səhralarında yaşayan sarı sünbülqıran yay və qış yuxusuna gedir. Beləliklə ilik 8-8,5 ayını yuxuda keçirir.

Qış yuxusunun əmələ gəlməsi haqqında müxtəlif nəzzəriyyələr mövcuddur. Onlardan ən əsaslısı sinir sistemi ilə bağlıdır. Belə ki, böyük beyin yarımkürə-lərin və aralıq beyinin pozulması qış yuxusunun gedişini pozur. Yalnız mərkəzi sinir sistemi tam olan heyvanları qış yuxısundan oyatmaq olur. Bundan başqa müəyyən olub ki, qış yuxusu istilik tənzimi mərkəzi ilə bilavasitə əlaqədardır.

Mirasiya- Fəsli ritmə aid olan miqrasiya heyvanların bir yerdən başqa yerə keçməsinə deyilir. Quşlar, məməlilər, balıqlar arasında reaktivliyin bu növü müşahidə edilir. Qışda yüksək dağ məməliləri (turlar, dağ keçiləri) dağın ətəyinə enir, yayda isa yenidən zirvəyə qalxır.

Quşların miqrasiyası endogen və endogen amillərin təsirindən baş verir. Endogen amillər temperatur dəyişməsi, işığın təsiri, günün uzunluğu və s. Endogen amillər hipotalamusda neyrosekretin artması ilə əlaqədardır. Günün uzunluğunun dəyişməsi hipotalamusa təsir edərək neyrosekretin və cinsiyyət hormonlarının əmələ gəlməsini gücləndirir.

Balıqların miqrasiyası da fəsli ritmə aid edilib qrup reaktivliyinə əsaslanır. Kiçik balıqların çaylardan dənizə gəlib dəstə düzəltməsi və bəzi balıqların əksinə çaya qayıtması, bundan sonra balıqların sürü ilə bir yerdən başqa yerə miqrasiyası, hipotalamusun honodotrop hormonlar hasil etməsi və duz-su mübadiləsi ilə tamamlanır.

Fərdi reaktivlik. Fərdi reaktivlik heyvanın konstitusiyası, cinsi, cinsiyyəti, irsiyyəti, yemləmə şəraiti, ətraf mühitin temperaturu, oksigenin potensial təzyiqi və günəş şüalarının təsir müddətindən asılıdır.

Bəzən müəyyən qrup heyvanlar eyni amilin təsirinə məruz qalır. Lakin qrupda olan heyvanlar bu qıcığa qarşı eyni cavab reaksiyası vermir. Fərdi reaktivlik bu zaman çox aydın nəzərə çarpır. Məs, kütləvi peyvənd zamanı heyvanların bəzisində bədən temperaturu xeyli yuxarı qalxır, o birində azacıq, başqasında heç bir dəyişkənlik olmur. Buna da uyğun olaraq antitellərin əmələ gəlməsi, immunitetin gərginliyi təmin olunur. Yaxud epizootiya (heyvanların kütləvi xəstələnməsi) zamanı heyvanların bir qismi ağır, ikinci qrupu yüngül xəstələnir, üçüncü qrupu isə ya heç xəstələnmir, ya da infeksiyagəzdirici olur. Bütün bunlar heyvanların fərdi reaktivliyi ilə bağlıdır. Fərdi reaktivlik fizioloji və patolojı ola bilər.

Patoloji reaktivlik. Heyvana qeyri-adekvat qıcıq faktoru təsir etdikdə xəstə və sağalmaqda olan orqanizmin uyğunlaşma qabiliyyəti zəifləyir. Bununla yanaşı xəstəlik zamanı orqanizmin bəzi funksiyası güclənir. Məs, qızdırma, tərləmə, ürək döyünməsi və s. Bu xüsusiyyətlər uyğunlaşma-müdafiə reaksiyası kimi də meydana çıxır (faqositoz, antitellərin sintezi və s.). Bunlar əsasən spesifik reaktivlik kimi özünü göstərir.

Patoloji qeyri-spesifik reaktivlik heyvanlarda şok, narkoz və epilepsiya zamanı baş verir. İtlərdə qıcıqlanma zamanı mərkəzi sinir sisteminin fəaliyyətinin və reaktivliyin ciddi dəyişməsi müşahidə olunur (İ.P.Pavlov). Qıcıqlanmadan əvvəl beyin qabığının ən incə stəricisi olan təfriqetmə xüsusiyyəti pozulur. Sonra şərti reflekslər sönür va şərtsiz reflekslər itir. Bu zaman vətər, damar, bəbək refleksləri sönur, getdikcə parez və ifliclər əmələ gəlir və hissiyyat yox olur. Epilepsiya zamanı və ondan sonra hind donuzla-rında anafilaksiya şoku əmələ gətirmək olmur.

Heyvanlarda şok vəziyyəti də patoloji reaktivliyə aid edilə bilir. Əmələ gəlmə səbəbindən asılı olmayaraq şok zamanı reaktivlık dəyişir. Orqanizmin yoluxmaya müqaviməti azalır, faqositoz və dəri allergik reaksiyaları zəifləyir.

Narkoz zamanı da reaktivlik zəifləyir. Bakteriyalarla tez yoluxur. Heyvan narkoz vəziyyətində olursa xəstəlik ağır gedir. Dərin narkoz antitellərin əmələ gəlməsini zəiflədir və leykositlərin faqositar fəallığını aşağı salır. İltihab narkoz zamanı inkişaf edir, dərin pozğunluqlar əmələ gətirir, nekroz və sepsis yaradır.

Reaktivlik yaş. Yeni doğulan və körpə heyvanlarda reaktivlik zəif olur. Çünki bu zaman sinir sistemi tam inkişaf etmir, baryer sistem formalaşmır, odur ki, körpə heyvanlarda bəzi xəstəliklərə tez-tez təsadüf edilir (dispepsiya, kolibakterioz, salmanelloz, paratif, raxit, qasproenterokolit). Körpələr temperatur dəyişməsinə çox həssas olur.

Lakin yeni doğulmuş küçüklər, dovşanlar, siçan balaları, yaşlı heyvanlara nisbətən dovşancıq toksini, yad zülal, histamin və başqa patogen amillərə qarşı yaşlı heyvanlara nisbətən az həssaslıq göstərirlər.

Cinsin yetkinlik dövründə orqanizmin reaktivliyi yüksək olur, belə ki, bu zaman sinir və baryer sistemlər formalaşır, antiellərin sintezi güclənir, faqositez fəallaşır.

Yaşlı heyvanlarda yenidən reaktivlik zəifləyir. Mərkəzi sinir sistemində funksiya pozulur, baryerlik zəifləyir.

Odur ki, yaşlı heyvanlar bir çox xəstəliklərə pnevmoniya, dəri və selikli qişaların irinli iltihabı, yoluxucu xəstəliklərə tez-tez tutulurlar.


İMMUNOLOJİ REAKTİVLİK

Reaktivliyin bu növü orqanizmin həssaslıq xüsusiyyətini təmsil etməklə ümumi bioloji reaksiya kimi meydana çıxır.

İmmunoloji reaktivlik immunitet sözündən (immunitas-azad olmamaq) əmələ gəlsə də, təkcə qəbul etməməzliyi ifadə etmir. Burada orqanizmin müxtəlif reaktivlik formaları öz əksini tapmışdır. Onlardan immunitet (yoluxucu xəstəliklərə tutulmamaq), bioloji toxuma uyuşmazlığı, həsasslığın yüksəlməsi reaksiyalari (anaflaksiya, allergiya) və müxtəlif zəhərlərə uyğunlaşma (vərdiş etmək) xüsusiyyətlərini göstərmək olar.

Bütün bunlar orqanizmə yad qıcıq amili daxil olduqda müşahidə edilir. Həm də bu reaksiyalar sözün əsil mənasında orqanizmin müdafiə reaksiyalarıdır.


İmmunitet və onun növləri

Orqanizmi canlı və cansız xəstəlik törədən amillərin təsirindən qoruyan bioloji xüsusiyyətlərin macmuuna immunitet deyilir.

Heyvandar arasında növ və qazanılmış immunitet daha aydın hiss edilir. Bununla yanaşı orqanizmdə qeyri-spesifik immunitet də mövcuddur. Bunlardan properdin zülalını göstərmək olar. Ey-qlobulinlərdən olan bu zülal qanda 0,03% ola bilir.

Növ immuniteti. Bu, heyvanların irsi xüsusiyyətləri ilə əlaqədardır. Ona görə də onlar bəzi yoluxucu xəstəliklərə ciddi müqavimət göstərirlər. Məsələn, qaramal manqo xastəliyinə, atlar dovuzların qızıl yel xəstəliyinə, itlərin taun xəstəliyinə tutulmur. Görünür müvafiq yoluxucu amillərin inkişafı üçün həmin orqanizmlərdə uyğun şərait yoxdur. Bu baxımdan növ immuniteti mütləq və nisbi olmaqla iki qrupa bölünür.

Mütləq immunitet anlayışı elə immunitet haqqında təsəvvür verir ki, orqanizmin yaşayış şəraitinin dəyişməsindən asılı olmayaraq bir qrup yoluxucu xəstəliklərə orqanizm öz müqavimətini saxlayır. Məs, aclıq, soyuq, isti, sinir sisteminin pozulması az başqa təsirlər itlərin, dovşanların polimielit virusuna, qaramalın manqo mikrobuna qarşı müqavimətini qıra bilmir.

Nisbi immunitet. Bir qədər az davamlı olub, xarici mühit amillərinin təsirindən dəyişə bilir. Məsələn, toyuqlar, göyərçinlər adi şəraitdə qarayara xəstəliyinə tutulmur. Lakin onların bədən temleraturunu aşağı saldıqda, baş-beyin yarımkürələrini çıxartdıqda, ac saxladıqda asanlıqla qarayara xəstəliyinə tutulur.

Həyatda qazanılmış immunitet. İmmunitetin bu növunün iki cür müxtəlifliyi mövcuddur; təbii və süni . azanılmış immunitet. Təbii qazanılmış immunitet heyvan müxtəlif yoluxucu xəstəliklərə tutulub sağaldıqdan sonra əmələ gələn immunitetə deyilir. Bu həm də fəal qazanılmış immunitet adlanır, çünki xəstəliyə qarşı orqanizm bioloji fəal zülallar, antitellər hazırlayır. Antitellər orqanizmi həmin xəstəliyə təkrar yoluxmadan qoruyur. Qazanılmış immunitetin qeyri-fəal forması da mövcuddur. Belə ki, boğaz olanda yaranmış immunitet qan və süd vasitəsi ilə balaya keçə bilir. Bu bəzən müvəqqəti olmasına baxmayaraq, müəyyən müddət balanı xəstəlikdən qoruyur.

Süni qazanılmış immunitet heyvanlarda yoluxucu xəstəlikdarin qarşısını almaq üçün geniş istifadə edilən üsullardan biridir. Bu zaman heyvanlara öldurülmüş, zəiflədilmiş mikrob kulturası, bakteriyatoksini (anatoksin) və ya zərərsizləşdirilmiş virus vurulur. Həmin bioloji preparatlara vaksinlər deyilir. Vaksinlərə qarşı orqanizm reaksiya verir və immunitet yaradır. Belə immunitetə fəal qazanılmış immunitət deyilir. İlk dəfə süni fəal peyvənd Cenner tərəfindən aparılmışdır. O, qaramalın çiçək virusu ilə uşaqları peyvənd etmişdir. Bu proses peyvənd, alınmış preparat isə vaksin (latın sözu olub, assa-inək deməkdir) adlanmışdır.

Qeyrifəal qazanılmış immunitet. Heyvanlarda müalicə məqsədi ilə istifadə olunan immunitetin bu forması adlətən qan zərdabı vasitəsilə aparılır. Həmin qan zərdabı immunlaşdırılmış heyvandan alınır. Belə zərdabda mikroba, onun toksininə və ya virusa qarşı hazır antitellər olur. Odur ki, o qeyri-fəal qazanılmış immunitet adlanır.


İmmunitetin mexanizmi

İmmunitet əsasən antigen və antitellərin əlaqəsindən bilavasitə asılıdır.

Yoluxucu amil antigen adlanır. Antigen mikrob, toksin, yad zülal və s. ola bilər. Doğrudur antigen sözü o qədər də münasib söz deyil (çünki o nəyinsə əksinə yönəlmir), hər halda orqanizmdə antitellərin sintezinə sabəb olur.

Antitellər yoluxucu amilə qarşı yaranmaqla qanda toplanan immunoqlobulinlərdən ibarət alub, yoluxucu amilin təsirini dayandırır. Kimyəvi tərkib etibarı idə antigenlər qan zərdabında olan qamma-qlobulinlərə çox yaxındır.

Antigenlərin təsirindən immunofəal orqanlarda spesifik antitellər əmələ gəlir. Onların birləşməsi bütün səthlər vasitəsilə deyil, determinat və fəal mərkəzlər vasitəsilə həyata keçirilir. Belə ki, antigenlərdə determinat mərkəzlər (əsasən təbii zülal və polisaxaridlərdən ibarətdir) olmaqla, necə deyərlər çox «valentli», tipik 7S antitellər isə iki «valentli» olur.

Antigenlərin xarakterindən asılı olaraq antitoksiki və anqibakterial immunitet mövcuddur. Antitoksiki immunitet mikrobların zəhərlərinin neytrallaşmasına, antibakterial immunitet isə mikroorqanizmlərin məhv edilməsinə yönəlir. Antibakterial immunitetdə müxtəlif müdafiə mexanizmləri iştirak edir (antitellər, faqositoz, toxuma reaktivliyi) əlbəttə burada həlledici rolu antitellər görür.

Virus əleyhinə immunitetdə onları neytrallaşdıran antitellər, virus hissələrinin faqositozu, virusun çoxalmasının qarşısını alan hüceyrədaxili amillər, nahayət limfoid hüceyrələrinin hazırlığı qeyri-spesifik interferon virusların çoxalmasının və təsirinin qarşısını alır.


Faqositoz

Bu anlayış iki sözdən (Phaq-yeyirəm və cytos-hüceyrə) əmələ gəlmişdir. Prosesin mahiyyəti ondan ibarətdir ki, orqanizmə düşmüş mikroorqanizmlər yad heyvanı hüceyrələr, zülallar və s. birləşdirici toxuma hüceyrələri olan faqositlər tərəfindən udulur və həzm edilir. Bu nəzəriyyəni dahi rus alimi İ.İ.Meçnikov irəli sürmüş və beləliklə də faqositoz və immunitet haqqıda nəzəriyyənin bünövrəsini qoymuşdur.

İ.İ.Meçnikov faqositoz prosesinin ilk dəfə onurğasız heyvanlarda (məs, bağırsaqboşluqlarda) endo və mezoderm hüceyrələrinin qida maddələrini udması misalında müşahidə etmişdir. Sonralar faqositoz iltihab prosesində əsas müdafiə xüsusiyyəti kimi aydınlaşdırılmışdır. Mikroorqanizmlərin faqositlər tərəfindən tutulub udulması müxtəlif xəstəliklərdə sübut edilmişdir. Faqositlərin formaları orqanizmdə çoxdur. Qanda olan polimorf nüvəli hüceyrələr, mikrofaqlar mikrobları və kiçik hissəcikləri udur.

Leykositlər, harəkətli faqositlər bu prosesdə daha fəal iştirak edir.

Mezenxim mənşəli faqositlərə, yeni makrofaqlara orqanizmdə qaraciyərin torlu endoteli hüceyrələrini, dalaq, sümük iliyi, böyrəküstü və limfa vəzləri, birləşdirici toxumanın hərəki hüceyrələrini (sitositlər, plazmositlər) və qanın mononuklear hüceyrələrini göstərmək olar.

Müəyyən olunmuşdur ki, mikrofaqlar əsasən iti gedişli xəstəliklərin törədicilərini stroptokokk, stafilokokk, pnevmokokk və s. makrofaqlar isə xronik xəstəliklərin törədicilərini (vərəm və s.) faqositoz prosesinə uğradır. Faqositoz prosesində iştirak edən hüceyrələrin oksigenə olan tələbatı artır, oksidləşmə və maddələr mübadiləsi güclənir. Bu proses qlikogen, AÜF və adenil turşusunun enerjisi hesabına gedir.

Qlikogenolizi zəiflədən (mərgümüş turşusunun kalium duzu, florizmdin) faqositozu ləngidir, adenil turşusu isə əksinə gücləndirir.

İ.İ.Meçnikov sübut etmişdir ki, orqanizmdə faqositoz prosesi nə qədər güclü olarsa, immunitet də bir qədər güclü olar. Lakin müxtəlif üsullarla orqapizmdə faqositoz prosesini gücləndirmək və zəiflətmək mümkündür. Məs., peyvənd edilmiş heyvanlarda faqositoz prosesi daha güclü müşahidə edilir.

Faqositozla yanaşı hüceyrə membranının mayedə həll olunmuş maddəri özünə çəkməsi prosesi də mövcuddur ki, buna pinositoz deyilir. Pinositozun sonrakı mərhələləri faqositozda olan kimi davam edir (şəkil 7, 8).



Şəkil 7.



Şəkil 8.

Orqanizmin baryerlik xüsusiyyətləri

Baryerlik orqanizmin xarici və daxili patogen amillərə qarşı keçməzlik səddi olub, toxumaların fiziki, kimyəvi və biokimyəvi xüsusiyyətlərinə əsaslanır.

Orqanizmdə xarici və daxili baryerlər mövcuddur. Xarici baryerlərə dəri, selikli qişalar və ondarın hasil etdikləri sekretlər aiddir. Dəri etibarlı xarici baryer olub, toxumalara mikroorqanizmlərin, kimyəvi və fiziki amillərin daxil olmasının qarşısını alır. Yalnız çox kiçik bioloji amillər tər və piy vəzlərinin axarlarından keçə bilir. Dərinin sekreti (əsasən piy, vətər vəzilərinin sekreti) bir sıra mikroblara (bağırsaq çöpü, hemolitik sterptokokk) bakteriosit təsir göstərir. Dərinin mikroba öldürücü təsiri tər vəzilərinin turşuluğundan, piy vəzlərinin tərkibindəki lipidlərin antiseptik təsirindən asılıdır. Dərinin müdafiə reaksiyasında onun reseptor aparatının da rolu az deyildir. Burada müdafiə refleksi böyük rol oynayır. Dərinin reseptor aparatının pozulması onda keçiriciliyin artmasına, maddələr mübadiləsinin dəyişməsinə, patogen amilə qarşı müqavimətin zəifləməsinə səbəb olur. Xarici baryerlərə həm də gözün, burun-udlağın, tənəffüs və həzm sisteminin sidik cinsiyyət yollarının selikli qişalarını misal göstərmək olar. Həmin selikli qişaların ifraz etdiyi sekret yad maddələri zərərsizləşdirir, kimyəvi maddələrin qatılığını azaldır, mikroblara bakteriosid təsir göstərir. Bu sekretlərin təsir mexanizmi də müxtəlifdir. Məs., lizosim maddəsi fermentativ təsirə malik olduğu üçün bəzi mikrobları parçalayır (məs, vəba vibrionunu). Tənəffüs yollarında olan kirpikli epiteli traxeyaya duşmüş yad maddələrin xaricə atılmasını təmin edir. Müdafiə reflekqləri də bu işdə fəal iştirak edir: asqırma, öskürmə və başqaları.

Mədə şirəsi, öd və bağırsaq şirələri də antiseptik təsirə malikdir. Odur ki, xaricdən orqanizmə daxil olmüş mikrobların əksəriyyəti həzm sistemində inkişaf edə bilmir. Əlbəttə burada həzm sistsmində olan mikroblara da özünəməxsus rol oynayır, mikroorqanizmlər arasında antoqonizm mövcud olduğundan həzm sisteminin daimi sakinləri o mühitə uyğunlaşmış olur və yeni daxil olmuş patogen mikroblar üzərində dominantlıq edərək onların inkişafına mane olur.

Daxili baryerlər daha mürəkkəb mexanizmlərə patogen amillərə qarşı müdafiə xüsusiyyətləri göstərir.

Daxili baryerlərdən limfa düyünləri orqanizmə düşmuş mikrobları folli-kulalarda tutub, zərərsizləşdirir və spesifpk immunntetin yaranmasında iştirak edir. Timus vəzi ilə birlikdə T və B limfositlərin yaranmasında iştirak edir.

Kupfer hüceyrələri qanyaradan toxumadan əmələ gəlməklə qaraciyər, dalaq və başqa orqanlarda barayerlik xüsusiyyəti göstərir.

Qaraciyər bir sıra zəhərli, maddələri neytrallaşdırmaq (ammonyakı, sidik çövhərinə, indolu, indikanı), mikrobları faqositoza uğratmaq qabiliyyətinə malikdip.

Müxtəlif orqaiların torlu endoteli toxuma hüceyrələri qaraciyərdə, dalaqda, limfa düyünlərində, sümük iliyində mövcuddur. Birləşdirici toxumaların histositləri də buraya daxildir. Cift balanı kimyəvi və bioloji pato-gen amillərdən qoruyan güclü daxili baryerlərdən hesab olunur.

Mərkəzi sinir sisteminin daxili kimyəvi sabitliyini təmin edən baryer-hematoensefalik və haramilik (likvor) baryeri adlanır. Bu baryer beyin qişalarını, beyin mədəciklərinin ependimasını, xorionidal əyriliklər və beyinin damarlı endotelisini əhatə edir.


İmmunoloji tolerantlıq.

İmmünoloji tolerantlıq heyvan orqanizminin yad zülali maddəyə qarşı immunoloji cavab verə bilməməsi halına, yaxud orqanizmin antigenlik xüsu-siyyətinə malik olan maddələrin təsirinə qarşı antitel yaratmaq qabiliyətinin itməsinə deyilir. İmmunoloji tolerantlığı heyvan orqtizminə (xüsusilə yeni doğulanlara) dalaq hüceyrəsini vurmaqla almaq olar. Bu zaman toxuma hüceyrələri necə deyərlər «ögey» toxumanı bir növ tanımır. Odur ki, köçürül-müş (translpantasiya olunmuş) toxumanı «doğma» hesab edir. Nəhayət trans-plantantı qoparmaq qabilnyyətini itirir. Belə hal «transplantasiya immuniteti» adlanır.

Orqanizmə yeridilmiş dalaq hüceyrələrinin tolerantlıq yaratmaq qabiliyyəti onunla izah edilir ki, transplantantı qoparmaq üçün cavabdeh, olan hüceyrə aparatı allergik parçalanmaya uğrayır və bu prosesi dalaq hüceyrələrində olan antigenlər həyəta keçirir. Belə antigenlər həm də limfa düyünlərini, sümük iliyi, timus vəzinin hüceyrələri və digər orqanların hüceyrələri ilə əldə edilə bilər.

Tolerantlığı immunoloji fəallığı zəifləyən şüalar vasitəsi ilə də almaq olar. Bu hal rentgen şüası vasitəsi ilə antitel hazırlayan hüceyrəlarə dağıdıcı doza ilə təsir etməklə alınır. Bu zaman transplantasiya uğurlu olur və tez pegenerasiya baş verir.

Təcrübə heyvanlarına 6-merkaptopurinin yeridilməsi tolerantlıq halı yaradır. Onun torelantlıq yaratma mexamizmi immunoloji aparata qeyri-spesifik üzücu təsir göstərməsi izh edilir.


Yoxlama süalları və tapşırıqlar

  1. Reaktivlik və rezistentlik nədir və patologiyanın inkişafında onların rolu.

  2. Qeyri-spesifik müdafiə sistemləri hansılardır?

  3. Baryer sistemləri xarakterizə edin.

  4. Reaktivliyin hansı formaları vardır?

  5. İmmunitet T və B limfositlərin rolu.

  6. Allergiya haqqında məlumat verin.

  7. Allergik xəstəliklər, onların mahiyyəti.

  8. İmmunoloji tolerantlıq haqqında məlumat.

  9. Allergenlər haqqında məlumat.

  10. Baytarlıqda allergiyadan istifadə edilməsi.



Добавить документ в свой блог или на сайт

Похожие:

AZƏrbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ iconAZƏrbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ

AZƏrbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ iconAzərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi
«1907-ci ildən sonra Rusiyada liberalizmin təqibi ilə əlaqədar türk-tatar liderlərinin mühacirəti nəticəsində… pantürkizmin ağırlıq...
AZƏrbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ iconAZƏrbaycan kənd təSƏRRÜfati nazirliyi

AZƏrbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ iconAZƏrbaycan kənd təSƏRRÜfati nazirliyi

AZƏrbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ iconAzərbaycan Respublikası Təhsil Nazirliyi
Хайман Д. М. Современная микроэкономика: анализ и применение в двух томах. М., Финансы и статистика, 1992
AZƏrbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ iconAZƏrbaycan respublikasi adindan
Гулийев Фариз Яли oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152 1-ъи maddəси ilə təqsirləndirilməsinə dair materiala...
AZƏrbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ iconAZƏrbaycan respublikasi adindan

AZƏrbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ iconAZƏrbaycan respublikasi adindan
Ширван Инзибати-Игтисади Мящкямясинин 09 август 2012-ъи ил тарихли гярарындан ъавабдещ Мустафайев Азад Исраил оьлу вя онун вякили...
AZƏrbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ iconAzərbaycan Respublikası adından Сурят
Зярдаб район məhkəməsinin 01 декабр 2011-cи IL tarixli 2(036)-327/2011 №-ли qətnaməsindən iddiaçı Mikayılova Mulxisə Bağı qızı вя...
AZƏrbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ iconAzərbaycan Respublikası adından
Сцлейманов Салещ Оъагверди оьлу və Ъамалов Етибар Яли oğlundan ibarət tərkibdə, Мустафайева Таълы Ябдцлящяд гызынын katibliyi ilə,...
Разместите кнопку на своём сайте:
Библиотека


База данных защищена авторским правом ©kk.docdat.com 2013
обратиться к администрации
Библиотека
Главная страница