Fənn: Baytarlıq mikrobiologiyası “Baytarlıq” ixtisası Mövzu




Скачать 218.99 Kb.
НазваниеFənn: Baytarlıq mikrobiologiyası “Baytarlıq” ixtisası Mövzu
страница1/2
Дата конвертации09.06.2013
Размер218.99 Kb.
ТипДокументы
  1   2
AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYI

AZƏRBAYCAN DÖVLƏT AGRAR UNIVERSITETI


Fakültə: Baytarlıq təbabəti və əczaçılıq


Kafedra: Epizootologiya, mikrobiologiya və parazitologiya


Fənn: Baytarlıq mikrobiologiyası


“Baytarlıq” ixtisası


Mövzu:

MIKROORQANIZMLƏRIN BIOLOGIYASI (MORFOLOGIYASI, FIZIOLOGIYASI VƏ GENETIKASI)


Mühazirəçi: dos. Ələsgərov Z.Ə.


Gəncə- 2009


PLAN


1. Canlı aləmdə mikroorqanizmlərin yeri

2. Prokariot və eykariotlar. Prokariaotların sistematikası

3. Mikroorqanizmlərin ölçüsü və forması

4. Mikroorqanizmlərin kimyəvi tərkibi

5. Mikroorqanizmlərin qidalanması

6. Mikroorqanizmlərin tənəffüsü

7. Mikroorqanixmlərin inkişafı və çoxalması

8. Mikroorqanizmlərdə irsiyyət və dəyişkənlik


Ədəbiyyat siyahısı


1.R .A. Qədimov, M.Ə. Tağızadə “Baytarlıq mikrobiologiyası”, “Maarif”, Bakı, 1986.


2.R.A.Qədimov “K/t heyvanları və quşlarının infeksion xəstəliklərinin bakterioloji diaqnoz üsulları”,Bakı, Azərnəşr, 1984


3.V.N.Kislenko,N.M.Koliçev “Baytarlıq mikrobiologiyası və immunologiya”.Moskva, “Kolos”- 2006


4. V.N.Kislenko “Baytarlıq mikrobiologiyası və immunologiyasından praktikum.Moskva, “Kolos”,2005


MİKROORQANİZMLӘRİN MORFOLOGİYASI

Bakteriyaların morfologiyası. Bakteriyalar xarici formasına görә 3 әsas qrupa bölünür: kürәvarı (kok), çöpvarı (bakteriya, basil, klostridi) vә qıvrım formalı (vibrion, spiril).

Koklar bu qrupa daxil olan mikrobların әksәriyyәti kürәvarı olur. Bәzilәri bir, yaxud da hәr iki ucundan yastılanır ki, bu zaman oval, paxla, yumurta vә i.a. forları alır. Böyüklüyü 1-2 mkm olur. Koklar müxtәlif istiqamәtdә bölünür. Bu zaman yeni alınan kok bәzәn ayrılır, bәzәn dә birlәşmiş halda qalaraq, müxtәlif formada yığımlar әmәlә gәtirir.

Buna әsasәn onlar aşağıdakı qruplara bölür:

1.Mikrokoklar, (monokoklar) Micrococcus (yun. Miros - kiçik). Müxtәlif istiqamәtdә bölünür vә bölündükdәn sonra hüceyrәlәr bir-birindәn ayrılır, yaxmada tәk-tәk nizamsız yerlәşir.

2.Diplokoklar-Diplococcus (yun. diplos-ikiqat) -bir istiqamәtdә bölünüb hüceyrәlәrin hәr ikisi bir-birinә birlәşmiş olur.

3.Streptokoklar-Streptococcus (yun.streptos hörülmüş). Bunlarda bölünmә bir istiqamәtdә gedir, yeni әmәlә gәlәn hüceyrәlәr bir-birinә birlәşәrәk uzun zәncir formasını alır.

4.Tetrakoklar-Tetracoccus (yun.tetra-dörd) bir-birinә perpendikulyar iki istiqamәtdә bölünür, dörd hüceyrә bir yerdә qalır.

5.Sarsinlәr-Sarcina (lat.sarcina-birlәşmә) bir-birinә perpendikulyar olan üç müxtәlif istiqamәtdә bölünәrәk 8- 16 vә s. hüceyrəlәr bir yerdә qalaraq «kub», «zәrf» şәklini alır.

6.Stafilokoklar-Starhylococcus (yun.staphylos -üzüm salxımı). Bunlar müxtәlif istiqamәtdә bölünәrәk, üzüm salxımını xatırladan yığımlar tәşkil edir.

Bakteriya-Bakteria (yun.bacteria-çöp)-bunlar, adәtәn, silindr formasında olur (qısa olaraq, Bact. yazılır), ucları yuvarlaq, düz kəsilmiş, yaxud, da sivridir. Ucların formasından asılı olaraq ellipsvarı, ovoid şәklini ala bilir. Bәzi çöpvarı mikroblar şaxәlәnәrәk, köbәlәyi xatırladır. Bunlara Mycobacterium deyilir. Misal olaraq, vәrәm xәstәliyinin törədicisini (M.tuberculasis) göstәrmәk olar.

Bir sıra çöpvarı mikroblar spor әmәlә gәtirir (bu xüsusiyyәt әn çox qrammüsbәt boyanan mikroblarda müşahidә edilir). Belә mikroblar bakteriyalardan fәrqli olaraq Bacillus (qısa olaraq Bac. yazılır) adlanır. Mәsәlәn, Bac.anthracis. Sporların diametri onu әmәlә gәtirәn mikrob hüceyrәsindәn enli olarsa klostridium (Clostridium-qısaşәkilli-Cl. yazılır) adlanır. Misal-Cl.tetani.

Qıvrımvarı bakteriyalar-bunlar qıvrımların (buruqların) sayına, kәskinliyinә, formasına görә fәrqlәnir. Qeyd edilәnlərә әsasәn onları vibrion, spiral vә spiroxetlәrә ayırırlar.

Vibrion-vibrion (lat. vibrio-әyilmәk)-bu mikroblar tam burulmayıb, azca әyilәrәk verkül formasını alır.

Spirillər-Spirillum (yun.spira-bükük, әyri). Bunların hüceyrәlәri bir vә ya bir neçә dәfә burularaq vinti xatırladır, bәzilәri «3» formasını alır.

Spiroxet vә leptosterlәr-xüsusi qrup mikroorqanizmlәr olub, hüceyrənin boyu uzunu çoxlu xırda qıvrımlara malikdir.

Mikrooroqanizmlәrin ölçüsü. Mikroorqanizmlәr böyüklüyünә görә müxtәlif olub, mikro vә nanometrlәrlә (mkm, nm) ölçülür. Әn kiçik mikroorqanizmlәrin ölçülәri 20-350 nm-ә malikdir (virus vә mikoplazmalar), kiçik olanlar 1,5 mkm-ә (tulyaremiyanın törәdicisi), orta böyüklükdә olanlar 1,5- 3 mkm-ә (koli-salmonella qrup bakteriyalar), böyük olan mikroorqanizmlәrin ölçülәri isә 4-10 mkm-ә qәdәr olur, patogen mikroblar daha güclü virulentlidir. Kapsul eyni zamanda mikrobun qurumaya vә digər amillәrin tәsirinә qarşı davamlılığını da artırır.

Kapsulun müdafiә xüsusiyyәti, onun kimyәvi tәrkibindәn vә onu tәşkil edәn maddәlәrin molekullarının optiki konfiqurasiyasından asılıdır.

Kapsulu әmәlә gәtirәn maddәnin tәrkibi, qatılığı, yapışqanlılığı vә onun qalınlığı müxtәlif növ mikroblarda müxtәlifdir. Әsas etibarilә polisaxaridlәrdәn (әn çox koklarda) yaxud da polupeptitlәrdәn (әn çox basillәrdә) әmәlә gәlir. Onların bәzilәrindә azot birlәşmәsi olur, bәzilәrindә isә olmur.

Kapsulun hidrolizi zamanı ondan qlükoza, qalaktoza, fruktoza, arabinoza ayrılır. Bağırsaq çöpünün kapsulunda 80% heksoza vә qlükuron turşusu olur. Qarayaranın törәdicisinin kapsulunda 7,4-8% qlükoproteinlәrә aid olan azot birlәşmәsi vardır.

Kapsul kimyәvi tәrkibi ilә әlaqәdar olaraq, yüksәk spesifikliyә malikdir.

O, bәzi mikrobların tanınmasına kömәk edir vә diaqiostik әhәmiyyәti vardır. Mәsәlәn, basilәrdәn ancaq Bac.anthracis, klostridiumlardan isә Cl.perfringens kapsulu әmәlә gәtirir.

Kapsulun әmәlә gәlmәsinә mikrobun inkişaf etdiyi mühit dә tәsir edir. Mәsәlәn, Bac.anthracis, Cl.perfringens pnevmokoklar kapsulu orqanizmdә әmәlә gәtirir.

Enterobacteriaceae ailәsinә mәnsub olan bakteriyalardan bәzilәri ancaq orqanizmdә yox, xüsusi şәraitdә (süni qidalı mühitlәrdә) dә kapsul әmәlә gәtirir.

Kapsul, bakteriya hüceyrәlәrinә müxtәlif kimyәvi birlәşmәlәrin daxil vә ondan xaric olmasına, eyni zamanda metobolizm prosesinә әsaslı tәsir göstәrmir.

Hüceyrә divarı-bu qılafın orta qatı olub kapsul ilә sitoplazma membranı arasında yerlәşir. O qılafı formalaşdırıb, eyni zamanda hüceyrәyә dә mexaniki möhkәmlik verir. Hәm dә osmotik tәzyiqә qarşı davamlı olub, hipertonik mәhlulda sitoplazmanın lizisә uğramasının qarşısını alır. Odur ki, yüksәk tәzyiq mikrob hüceyrәlәrinin yaşamasına, artıb çoxalmasına mәnfi tәsir göstәrmir. Belә ki bakteriyalar öz daxili osmotik tәzyiqlәrindәn on dәfәlәrlә çox osmotik tәzyiqә malik olan mühitdә inkişaf edә bilir.

Bakteriyanın hüceyrәsi karkas formasını alır. Bu, dartınıb uzadılmış kisә kimi olduqda hüceyrә çöpvarı, yuvarlaq olduqda isә kürәvarı olur.

Qrammәnfi bakteriyaların hüceyrә divarı daha mürәkkәb quruluşlu olub, kimyәvi tәrkibcә bir-birindәn fәrqlәnәn dörd tәbәqәdәn ibarәtdir. Sitoplazma membranı ilә bilavasitә yanaşı, sәrt peptidoqlikan qatı yerlәşir. Bunun qalınlığı qram mәnfi mikroblarda 2-3 nm, qrammüsbәtlәrdә isә 10- 50 nm-dir. Qrammәnfi bakteriyalarda peptidoqlikan mikro-fibrillәrinin әlaqәsi daha zәifdir. Odur ki, bunlarda peptidoqlikan torcuğundakı mәsamәlәr qrammüsbәt bakteriyalara nisbәtәn geniş olur.

Hüceyrә membranı. Bu, hüceyrә divarı ilә sitoplazma arasında yerlәşir. İkiqat fosfolipid tәbәqәsindәn ibarәtdir. Tabәqәlәrin arasında tam vә ya ara bir zülal, yaxud polipeptid molekulları yerlәşir. Tәbәqәlәrin eni 20-30 A°-dir. Membranın quru çәkisinin 30%-i fosfolipid, 50%-dәn çoxu isә zülaldır. Әksәr bakteriyaların membrandakı lipidin tәrkibi yağ turşularından ibarәtdir.

Membranın lipid tәbәqәsindә yerlәşәn zülal molekulları әsasәn qida maddәlәrini mikrob hüceyrәsinin daxilinә daşınmasında iştirak edir. Burada hәm permeaz, hәm dә lipidin sintezindә iştirak edәn fermentlәr vardır. Bunlar da metobolitlәrin daşınmasında iştirak edir.

Hüceyrә membranının özünәmәxsus mürәkkәb quruluşlu olması vә onda hәyat üçün mühüm әhәmiyyәtli fermentlәrin yerlәşmәsi, onu hüceyrәdә osmotik tәzyiqi saxlayan çәpәr edir. Belә hüceyrә membranının tәsirindәn bakteriya hüceyrәlәri turqor vәziyyәtindә qalaraq, lazımi qidaları mühitdәn alıb, lazımsızları isә xaricә ifzar edir.

Hüceyrә divarının özünәmәxsus sәrt quruluşunda dәyişkәnlik olduqda, bakteriya formasını itirir. Bәzi xarici amillәrin tәsirindәn hüceyrә divarının biosintezinin pozulması ilә әlaqәdar olaraq, peptidoqlikan tamamilә, yaxud da onun müәyyәn hissәsi әmәlә gәlmir. Hüceyrә xarici formasını dәyişir. Belә dәyişikliyә uğramış bakteriya hüceyrәlәri Z- forma adlanır. L-forma 1935-ci ildә Levidati tәrәfindәn ilk dәfә müşahidә edilmişdir. Sonra Londonda Lister adına institutda Klineberir-Nobel tәrәfindәn L-forma әtraflı öyrәnilmiş vә Listerin şәrәfinә, ona L-forma adı verilmişdir.

Qrammüsbәt boyanan mikroorqanizmlәrlә (stafilakok, mikrokok, sarsina, basillәr) lizosim, penisillin vә başqa bu kimi maddәlәr tәsir etdikdә, onların hüceyrә divarını tәşkil edәn kimyәvi birlәşmәlәr (qlikopeptid) pozulduğundan L-formasına keçir. Hazırda bunu laboratoriya şәraitindә müşahidә etmәk olar.

Turnalar vә ya qamçılar. Turnalar, yaxud qamçılar çox nazik, diametri 0,02-0,05 mkm olub uzunluğu 30 mkm-ә çatır, yәni mikrob hüceyrәsindәn bir neçә dәfә uzun olur.

Turnalı mikroblar hәrәkәt edir. Hәrәkәt isә halqacıqların nisbi fırlanmasından әmәlә gәlir. Bununla әlaqәdar olaraq, turnalar әz oxu әtrafında fırlanır. Bu da hüceyrənin hәrәkәtә gәlib, yerini dәyişmәsinә sәbәb olur.

Turnalara bakteriya hüceyrәsinin ucunda, yaxud hüceyrənin bütün xarici sәthindә rast gәlinir.

Turnalar hüceyrәdә aşağıda qeyd edilәn dörd tipdә yerlәşir.

1.Monotrixlor (monotricha)-bakteriyanın bir qütbündә bir qamçısı olur;

2.Amfitrixlәr (amphytricha-hüceyrənin hәr qütbündә bir qamçı olur;

3.Lofotrixlәr (lophotricha)- bakteriyanın ucunda dәstәli qamçılar olur,

4.Peritrixlәr (peritricha) -hüceyrəni qamçılar hәr tәrәfdәn әhatә edir.

1960-cı ildә Leyfson qamçıların bir, yaxud çox olmasına әsaslanaraq, yeni tәsnifat tәklif edir, onları monotrix (bir qamçılar) vә multitrixlәrә (çox qamçılılara) bölür.

Turnalar mikrobların tәfriqinә kömәk edir.

Kirpiklәr (saçaqlar). Bunlar da protoplazmaya birlәşib, hüceyrә divarından xaricә çıxır. Turnalara nisbәtәn qısa hәm dә nazik olur (diametri 80-100A°). Çoxusu dartılmış sapı xatırladır.

Kirpiklәr adi, sadә vә cinsi-(seks) enterobakteriyalarda olaraq üç yerә bölünür.

Sadә kirpiklәr yüzlәrlә olub nukleoiddәki DNT ilә kodlaşdırılır. Kirpiklәrlә mikrob hәrәkәt etmir, o müәyyәn substrat-göbәlәklərә, bitkilәrә, heyvan toxumasını tәşkil edәn hüceyrәlәrә, o cümlәdәn, epiteli hüceyrәsinә yapışır. Mәsәlәn, bağırsaq çöplәri, Klebsiella-nın nümayәndәlәri sacaqları ilә eritrositә yapışıb, onları aqlyutinasiya edir.

Cinsi kirpiklәr sadә kirpiklәrә nisbәtәn az olur (1-5 әdәd) hәm dә bakteriyaların konyuqasiyasında iştirak edir. Bu üsulla çoxalan mikroblarda genetik amillәr xromosomdan asılı olmayaraq, gәlәcәk nәslә verilir.

Sitoplazma-qılafın daxilindә yerlәşәn rәngsiz, qliserin qatılığında, yüksәk yapışqanlığa malik olan kolloidal kütlәdәn ibarәtdir.

Sitoplazmada kimyәvi tәrkib vә quruluşca bir-birindәn fәrqlәnәn külli miqdarda dәnәlәr yerlәşir. Onların çoxu zülalın әmәlә gәlmәsindә iştirak edәn ribosomlardan ibarәtdir. Dәnәlәr sferik formada olub, 150-350A° diametrә malikdir. Onların bakteriya hüceyrәlәrindә miqdarı olduqca çoxdur (on minlәrlә).

Ribosomlar bakteriyanın inkişaf mәrhәlәsi ilә әlaqәdar olaraq, daha da çoxala bilәr, lakin, stasionar mәrhәlәdә onlar azalır. Ribosomun 60%-ә qәdәri RNT vә 40%-ә qәdәri isә zülaldan ibarәtdir. Bunlardan başqa, onların tәrkibindә kation vә poliaminlәr vә üzvi maddәlәrin yığımından әmәlә gәlәn dәnәlәr vardır. Sitoplazmanın hәr tәrəfinә bərabәr yayılan dәnәlәr ehtiyat qida maddәlәrindәn ibarәtdir. Bunların çox hissәsi enerji mәnbәyi olan azotsuz üzvi birlәşmәlәr vә karbohidratlardır. Belә maddәlәrdәn polisaxaridlәri, nişastanı, qlikogen, poliefir B-oksi yağ turşusunu, poli-B-oksi butiratı göstәrmәk olar. Şәraitdәn asılı olaraq bәzәn ehtiyat qida maddәlәrinin miqdarı bakteriyanın quru çәkisinin yarısına qәdәr artır.

Volyutin dәnәlәri Spirillum vilutans-da daha aydın nәzәrә çarpdığı üçün, hәmin tәrkibli dәnәlәrә «volyutin» dәnәlәri deyilir. Bunun tәrkibi әsasәn qeyri-uzvi birlәşmә polifosfatdır. Güman edilir ki, bunlar hüceyrәdә fosfatın ehtiyat mәnbәyidir. Metilen abısı ilә hüceyrəni boyadıqda tünd-göy rәngdә boyanır, ona görә bunlara metoxromatik dәnәlәr dә deyilir. Bәzi bakteriyalarda müәyyәn şәraitdә volyutin dәnәlәri daima olduğu üçün, bu dәnәlәr diaqnostik әhәmiyyәtә malikdirlәr. Belә dәnәlәr difteriya, qarayara vә s. xәstәliklәrin törәdicilәrindә müşahidә edilir. Bunlardan başqa bәzi mikroorqanizmlәrdә kükurd, kalsium-karbonat (kükürd bakteriyalarında) vә protein dәnәlәrinә (B.cereus) tәsadüf edilir.

Nüvә (nukleid) bu nәhәng xromosom olub, heyvan vә bitki toxumalarını әmәlә gәtirәn hüceyrәlәrin nüvәlәrindәn (eukariot-dan) fәrqli olaraq, sitoplazmadan membranla ayrılır, lakin nüvә xüsusiyyәtlәri daşıyır vә nukleid adlanır. Xromosomda ikiqat zәncirdәn tәşkil olunmuş DNT yerlәşir. Bu zәncirlәr özunә mәxsus yığım tәşkil edib hәlqә kimi bağlanır (burulmuş saman hörüyünә oxşayır). DNT-nin uzunluğu 1-mm-ә yaxındır. Lakin o, kip yığıldığından hüceyrәdә çox çüzi yer tutur. Sitoplazmada nukleoidin DNT-si әtrafında xromosomdan kәnar olan episom-plazmid DNT-si yerlәşir. Bu DNT-lәrdә ikiqat zәncirdәn ibarәtdir, lakin bu zәncirin uzunluğu nukleoid DNT-sinin zәncirindәn 100 dәfәlәrlә kiçikdir. Bunlar bakteriya hüceyrәsindә bir neçә olub, onun çoxalmasını, dәrman maddәlәrinә davamlılığını patogenliyini vә s. xüsusiyyәtlәrini nizamlayır.

Hüceyrәdә müәyyәn irsi xüsusiyyәtlәrin icra olunmasında plazmidlәr dә iştirak edir. Bunu nәzәrә alaraq, bakteriyalarda nüvә yox, nüvә aparatı (nukleid vә plazmidlәr) adlandırmaq daha mәqsәdәuyğun olardı.

Spor. Bәzi növ mikroorqanizmlәr (әsasәn basil vә klostridi) hәyat fәaliyyәtlәri zamanı mәnfi tәsirә mәruz qaldıqda, mәsәlәn, havanın temperaturu mәnfi 10-43°C olduqda spor halına keçir. Spor әmәlә gәlmәsinә tәsir edәn amillәrdәn: mühitin qurumasını, mühitdә qida maddәlәrinin azalmasını, onun pH-nın dәyişmәsini vә s. göstәrmәk olar. Әn çox çöpvarı aerob vә anaerob mikroblar, nadir halda isә kürәvarı vә spiralvarı mikroorqanizmlәr dә spor әmәlә gәtirә bilәr.

Spor halına keçmә zamanı mikrob hüceyrәsindә mürәkkəb bioloji proses gedir. Yeni әmәlә gәlәn spor, quruluşuna, fiziki-kimyәvi vә bioloji xüsusiyyәtinә görә onu әmәlә gәtirәn bakteriya hüceyrәsinin vegetativ formasından kәskin fәrqlәnir.

Spor, bakteriya hüceyrәsinin sitoplazmasında (yәni daxilindә) әmәlә gәlir. O, formalaşdıqca bakteriya hüceyrәsinin kimyәvi tәrkibi vә quruluşu dәyişir: onda maqnezium vә kalsium kationları artır. Spora mәxsus olan dipikolinat turşusu sintez olur vә o kalsiumla birlәşib, kalsiumdipikolnat әmәlә gәtirir ki, bu da gәlәcәkdә sporun cücәrmәsindә iştirak edir. Sporlarda olan pepitidoqlikan, onun vegetativ formasının hüceyrә divarında olan peptidoqlikandan fәrqlidir vә o, mikrobların ayrı-ayrı növlәri üçün az spesifikdir.

Sporun xarici qatındakı amin turşuları hidrofil olduğuna vә kükürdlә birlәşdiyinә görә proteoliz prosesinә çox davamlıdır. Sporun әmәlә gәlmәsindә iştirak edәn kimyәvi birlәşmәlәrin tәrkibindә suyun miqdarı az olur.

Basillәr üzәrindә aparılan müşahidә nәticәsindә müәyyәnlәşdirilmişdir ki, mikrob stasionar çoxalma dövrünә keçdikdәn sonra spor әmәlә gәlmәyә başlayır. Spor әmәlәgәlmә prosesi dә ardıcıl olaraq bir neçә mәrhәlәyә bölünür.

1.Spor әmәlәgәlmә prosesinin başlanğıcında nukleoid, bölünür vә çox keçmәdәn yenidәn birlәşib, çöpvarı forma alır. Hüceyrәdә lipoprotein dәnәsi әmәlә gәlir vә onun bir ucuna tәrәf çәkilir.

2.Spor hüceyrənin lipoproteinsiz tәrәfindә әmәlә gәlir. Bu zaman hüceyrә membranı mezosomla birlikdә, spor әmәlə gәlәn sahәni eninә hasarlayıb, sitoplazmanın müәyyәn hissәsini vә DNT-ni lipoproteindәn vә hüceyrənin başqa tәrkib hissәlәrindәn ayırır.

3.Hәmin ayrılan sahәni membran әhatә edәrәk, ikinci qat əmәlә gәtirir vә prospor yaranır. Prospor isә ana hüceyrənin eitoplazması ilә әhatә olunur.

4.Qısa müddәtdәn sonra sporun membranı ilә ana hüceyrənin membranı arasındakı sahә genişlәnib necә deyәrlәr, qın (karteks) yaranır. Bununla әlaqәdar olaraq, sporda optik sıxlıq fәrqlәnir.

5.Qın xarici membranı üstdәn örtür, sporun qılafı әmәlə gəlir vә o, tam yetişir. Bәzi mikroblarda sporun qılafını üstdәn nazik yumşaq qat-ekzosporium örtür. Bu, klostridilәrdə mәsamәli olur.

Bundan başqa sporlarda oksidlәşmә-reduksiya prosesi tamamilә dayanmır. Sporlarda bir sıra fermentlәr vardır. Məsәlәn, Bac.anthracis-in sporunda alanin-rasemaza, nukleozid-ribozidaza, adenazin-dezaminaza kimi fermentlәr olur. Bu fermentlәr fәal olduğu üçün, güman edirlәr ki, sporlarda zәif dә olsa tәnәffüs prosesi davam edir. Sporlarda bir sıra qeyri-fәal fermentlәr dә var ki, onlar bәzi amillәrin tәsiri ilә (aktivatorlarla-mәsәlәn, termiki şok, L-alanin, adenozin vә i.a) fәallaşır. Bunlara karbohidratları oksndlәşdirәn fermentlәr aiddir.

Spor hüceyrənin vegetativ hissәsinin mәrkәzindә, yaxud mərkəzdənkәnar (ekssentr) yerlәşә bilәr. Basillәr adәtәn mәrkəzdә yerlәşir və diametri hüceyrənin diametrindәn böyük olmur. (Bac.anthracis) Klostridilәrdә isә mәrkәzdәnkәnar yerlәşir vә onun sporun böyüklüyü hüceyrənin diametrindәn böyük olur. Spor mәrkәzlә hüceyrә qütbü arasında yerlәşdikdә subterminal (Cl.perfringens), hüceyrənin ucunda yerlәşdikdә isә terminal (Cl.tetani) adlanır.

Sporların diametri 0,5- 2 mkm arasında dәyişә bilir. Sporun diametri çöpvarı mikrobun diametrinә nisbәtәn böyük olduqda sporla hüceyrә birlikdә dükcәni xatırladır. Odur ki, bunlara dükcәvarı bakteriyalar-Closrtidum (qısa Cl.) deyilir. Spor әmәlә gәtirәn çöpvarı mikroblar Bacilus (qısa Bac), әmәlә gәtirmәyәnlәr isә Bacteria (qısa Bact.) adlanır. Sporlar şarvarı, ovalvarı vә s. formada ola bilir. Sporla hüceyrənin vegetativ forması birlikdə olduqda sporun forma vә yerlәşmә sahәsindәn asıli olaraq hüceyrә iyi (Cl.perfringens) limonu, bülöv daşını (Cl.chavoei), tәbil çubuğunu (Cl.tetani) vә s. xatırladır.

Klostridiumların bu xüsusiyyәtindәn, onların tәfriq olunmasında istifadә edilir.

Spor cücәrәrkәn nüvә maddәlәri dә müәyyәn dәyişikliyә uğrayır. Әvvәlcә nüvә әtrafındakı sitoplazma yox olur, sonra sporun mərkәzindә xromatin әmәlә gәlib, ümumi kütlәyә qarışir. Sonra bu kütlə böyüyәrәk uzanır, vegetativ formaya çevrilir.

Sporun bioloji əhәmiyyәti. İndiyә qәdәr spor әmәlә gәlmәsinə bakteriyalarin xarici mühitin mәnfi amillәrinin tәsirindәn qorunmasi prosesi kimi baxılırdı. Lakin hazırda bu fikirlə N.A.Krasilnikov (1965) vә digər tәdqiqatçılar razılaşmırlar, Onların fikrinә görә spor mikrob hüceyrәsini xarici mühitin mənfi amillәrinin tәsirindәn qorumaqla yanaşı, o, bioloji (cinsi) bir proses olub, bakteriya hüceyrəsinin tәzәlәnmәsinә vә çoxalmasına sәbәb olur. Bundan başqa, sporun cücәrmә prosesinә hüceyrənin qidalanması üçün әmәlә gәlәn bir proses kimi baxırlar.

Spiroxetlәrin morfologiyası vә quruluşu. Spiroxetlәr-Spirochoeta (lat.spira- әyilmә, yun.chaute-yal, uzun saç) - çox nazik olub, spiralvarı mikroorqanizmlәrdir. Onlar yüksәk elastikliyә malik olub, müxtәlif istiqamәtlәrdә әyilmәlәri ilә başqa növ mikroblardan fәrqlәnir. Belә xüsusiyyәt spiroxetlәrin sitoplazma membranları ilә hüceyrә divarı arasında yerlәşәn mərkәzi elastik fibrillә әlaqәdardır.

Mikoplazmaların morfolokiyası vә quruluşu. Mikoplazmalar (Mycoplasma)-kiçik mikroorqanizmlәr olub, 0,3-0,9 mkm böyüklüyә malikdir. Kәskin polimorfludur. Eyni kolonyalardan belә oxşar hüceyrәlәri müәyyәnlәşdirmәk çәtindir. Xarici görünüşünә görә kürәvarı düz vә ya spiralvarı, sap, üzüm salxımı, halqavarı vә s. formada olub, zәif boyanır.

Tәbiәtdә geniş yayılan bu mikrobların müxtәlif tiplәri patoloji prosesin yaranmasında böyük әhәmiyyәtә malikdir.

Patogen növlәri insan, heyvan vә quşlarda infeksion xәstәlik törәdir. Bunlardan qaramalın peripnevmoniyasını, davarların infeksion aqalaktiyasını, quşların respirator mikoplazmozunu göstәrmәk olar.

  1   2

Добавить документ в свой блог или на сайт

Похожие:

Fənn: Baytarlıq mikrobiologiyası “Baytarlıq” ixtisası Mövzu iconFənn: Baytarlıq mikrobiologiyası “Baytarlıq” ixtisası Mövzu

Fənn: Baytarlıq mikrobiologiyası “Baytarlıq” ixtisası Mövzu iconMövzu : Qan damarlarının, limfa və immun sistemin fiziologiyası

Fənn: Baytarlıq mikrobiologiyası “Baytarlıq” ixtisası Mövzu iconMövzu 23. Atom nüvəsi və elementar zərrəciklər fizikası. Atom nüvəsi

Fənn: Baytarlıq mikrobiologiyası “Baytarlıq” ixtisası Mövzu iconAli və orta tibb ixtisas təhsili müəssisələrinin
«İnyeksion narkotik istifadəçilərində İİV infeksiyası və koinfeksiyalar» mövzusu üzrə tədris proqrammı ali və orta tibb ixtisası...
Разместите кнопку на своём сайте:
Библиотека


База данных защищена авторским правом ©kk.docdat.com 2013
обратиться к администрации
Библиотека
Главная страница