Fənn: Baytarlıq mikrobiologiyası “Baytarlıq” ixtisası Mövzu




Скачать 280.36 Kb.
НазваниеFənn: Baytarlıq mikrobiologiyası “Baytarlıq” ixtisası Mövzu
страница1/3
Дата конвертации11.08.2013
Размер280.36 Kb.
ТипДокументы
  1   2   3
AZƏRBAYCAN RESPUBLIKASI KƏND TƏSƏRRÜFATI NAZIRLIYI

AZƏRBAYCAN DÖVLƏT AGRAR UNIVERSITETI


Fakültə: Baytarlıq təbabəti və əczaçılıq


Kafedra: Epizootologiya, mikrobiologiya və parazitologiya


Fənn: Baytarlıq mikrobiologiyası


“Baytarlıq” ixtisası


Mövzu:

VƏRƏM VƏ BRUSELLYOZUN TÖRƏDICILƏRI”


Mühazirəçi: dos. Ələsgərov Z.Ə.


Gəncə- 2009


Plan


1.Tarixi məlumat

2.Xəstəliyin törədicisi

3.Davamlılığı

4. Patogenliyi

5. Diaqnoz

6.Təfriqi diaqnoz

7. İmmunitet

8. Müalicə

9. Profilaktika və mübarizə tədbirləri


Ədəbiyyat siyahısı


1.A. A. Konopatkin və başqaları “Epizootologiya və k/t heyvanlarının infeksion xəstəlikləri”, Moskva, “Kolos”,1984.

2. R .A. Qədimov, M.Ə. Tağızadə “Baytarlıq mikrobiologiyası”, “Maarif”, Bakı, 1986.

3. R. A.Kadımov ,A.A. Kunakov, V.A. Sedov «İnfeküionnıe bolezni oveü», «Kolos», Moskva,1987.

4. R.A. Qədimov, İ.B. Məmmədov, S.Ə. Culfayev “Xüsusi epizootologiya”, “Azərnəşr”, Bakı, 1990.

5. R.A. Qədimov, İ.B. Məmmədov, Z.Ə. Ələsgərov “Epizootologiya”, “Elm”, Bakı, 1998.

6. Z.Ə. Ələsgərov “İnsanlar üçün təhlükəli heyvan xəstəlikləri”, “Azərnəşr”, Bakı, 2006.


VӘRӘM TÖRӘDİCİSİ

Vәrәm әn geniş yayılan infeksion xәstәlikdir. Zooantroponoz xәstәlik olan vәrәm bir çox insanların ölümünә sәbәb olur, heyvandarlığa böyük iqtisadi ziyan verir. Bu xәstәliklә mübarizә әsas problem olub, bütün dunya alimlәrini maraqlandırır.

Vәrәm kәnd tәsәrrüfatı vә vәhşi heyvanların, quşların, hәm dә insanların kontagioz xәstәliyi olub, xronik gedişlidir. Bu xәstәlik müxtәlif orqanlarda düyünlәr (tuberkula) әmәlә gәtirmәklә sәciyyәlәnir. Bu xәstәlik әn qәdim zamanlardan müşahidә edilәn xәstәliklәr sırasına daxil olsa da onun infeksion xassәli olması 1865-ci ildә Vilmen tәrәfindәn sübut edilmişdir. O, vәrәmli toxuma ilә ada dovşanını yoluxdurmuşdur. Xәstәliyin törədicisi bu tәcrubәdәn 17 il sonra (1882-ci ildә) R.Kox tәrәfindәn kәşf edilmişdir.

Morfologiyası. Törәdici Mycobacterium tuberculosis polimorfdur. Әsasәn düz, yaxud nisbәtәn әyilmiş formalı 0,2- 0,7X1,5-5 mkm ölçülәrә malik olan nazik çöplәrdir. Yaxmada tәk-tәk, topa (xüsusilә bәlğәmdәm) halında, ikisi-üçü birlәşib 5-ә bәnzәr formada görünur; kolbavarı vә tozvarı da olur.

Mikroskopiya zamanı qeyd edilәnlәrdәn başqa sapvarı, şaxәlәnmiş, adi, çöp, kok vә s. formalarına da tәsadüf edilir.

Sitoplazmasında müxtәlif böyuklükdә Qram üsulu ilә müsbәt boyanan, dәnәlәr yerlәşir. Böyuk dәnәlәr, adәtәn, mikrobun uc hissәsindә yerlәşir. Bunlar 1908-ci ildә ilk dәfә Mux tәrәfindәn müşahidә edildiyi üçün-Mux dәnәlәri adlanır. Mux dәnәlәri sәrbәst halda kulturada, eksudatda, bәzәn bәlğәmdә yerlәşir. Bәzi tәdqiqatçılar bunlara vәrәm çöplәrinin inkişafının müәyyәn bir fazası kimi baxır.

Elektron mikroskopda mikrobakteriyanın sitoplazmasında mikro dәnәlәr vә vakuollar görünür. Mikrodәnәlәr birlәşәrәk makrodәnәlәr әmәlә gәtirir, bәzәn makrodәnәlәrin böyükluyü mikrobun diametrindәn böyük olur. Odur ki, mikrobun sәthi qeyri-hamardır.

Süzulәn vә L-forması. 1910-cu ildә A.Fontes ilk dәfә vәrәm çöplәrinin süzülәn formasının olmasını subut etmişdir. O, müayinә edilәn materialın filtratını, dәniz donuzuna passaj etdikdә mikrobun görülmәyәn formasından mikroskopda görünәn, turşuya davamlı formasının әmәlә gәlmәsini müşahidә etmişdir. Әvvәlki dәniz donuzunun limfa düyünlәri şişir, sonra passaj olunan donuzlarda vәrәmin kliniki әlamәtlәri inkişaf edir. Sonralar isә bir çox tәdqiqatçılar tәrәfindәn vәrәmli xәstәlәrin qanında, südündә, sidiyindә, törәdicinin süzülәn formasının olması tәsdiq edilmişdir. Bәzi alimlәr mikobakteriyalarda süzülәn formaya, Mux dәnәlәrinә vә mikrobun çöp formasına, onun inkişafında çoxalma mәrhәlәsi kimi baxırlar.

1945-ci ildә Alexander Jackson vәrәm çöpünün L-formasını tәsvir etmişdir. Bu forma müxtәlif formada olub, xırda dәnәciklәrә malikdir. Bu formanı laboratoriya şәraitindә müәyyәn amillәrin tәsiri ilә dә almaq mümkündür. Peyvәnd edilmiş uşaqlarda immunitetin müddәtinin uzanmasında L-formanın müәyyәn rol oynaması qeyd edilir. L-forma bәrpa olunmaq xüsusiyyәtinә malikdir.

Kimyәvi tәrkibi. Mikobakteriyaların hüceyrәsindә 85,9% su, 2,55% kül vә 11,55% üzvi maddәlәr vardır. Turu maddәnin 57-84%-i zülal, 50,18%-i isә karbohidratdır. Bunların tәrkibindә lipid birlәşmәlәri çoxdur. Fosfatid, yağ, mum, lipid fraksiyalarının tәrkibindә isә kordfaktor vardır. Bu da ancaq patogen mikobakteriyalarda müşahidә edilir. Lipid fraksiyalarından әn fәalı fosfatiddir. Monositlәrin yerli proliferasiyasına sәbәb olan bu birlәşmә sonra epiteloid vә nәhәng hüceyrәlәrә çevrilir. Lipid birlәşmәlәri immunogenlik xüsusiyyәtinә malikdir ki, bunun da immunitetdә әhәmiyyәti vardır.

Vәrәm çöplәrinin virulentli ştammlarında, avirulentli ştammlardan fәrqli olaraq, çoxlu miqdarda lipo-polisaxarid komplekslәrә tәsadüf edilir.

Mikobakteriyaların tәrkibindә lipid maddәlәri çox olduğu üçün onlar spirtә, qәlәviyә vә turşuya davamlıdır. Anilin boyaları ilә adi şәraitdә çәtinliklә boyanır, boya ilә birlikdә qızdırıldıqda isә onu möhkәm qәbul edir. Tsilin- Nilenil karbol fuksini ilә birlikdә qızdırılmış yaxmada mikroblar qırmızı boyanır vә onlara spirt, turşu vә s. ilә tәsir etdikdә belә rәnglәrini itirmir. Vәrәm çöplәrinin bu xüsusiyyәtini nәzәrә alaraq xüsusi boyama üsulları (Tsil-Nilen vә başqaları) tәklif edilir. Son vaxtlar lüminessent mikroskopiya üsulundan istifadә edilir. Bunun üçün yaxma Lolyakovanın üsulu ilә boyanır.

Polyakova üsulu fiksasiyaedilmiş yaxmaya auramin vә rodaminin qarışığı ilә (flüroxrom boyaqları) 15 dәq. tәsir edilir. Sonra duz turşulu spirtlә 15 san. şәffaflaşdırılır vә su ilә yuyulur. Axırıncı dәfә turş fuksinlә 2 dәq. müddәtindә tәsir edilir, su ilә yuyulub qurudulub, lüminessent koloniyalar alınır.

Tәrkibindә yumurta olan elektiv qidalı mühitlәrdә nisbәtәn tez (6-8 günә) bitir vә sıx boy alınır.

Mikrobun hәyat fәaliyyәtinә vitaminlәr (biotin, nikotin turşusu, riboflavin vә s.) müәyyәn miqdarda yaxşı tәsir göstәrir.

Vәrәm mikobakteriyalarını becәrmәk üçün sintetik azotsuz vә yarımsintetik mühitlәrdәn geniş istifadә edilir.

Biokimyәvi xassәlәri vә toksigenliyi. Vәrәm çöplәri qәlәvi vә turş mühitlәrdә zülalları parçalayan proteolitik fermentlәr ifraz edirlәr. Onlar alkoqolu, qliserini, bir sıra şəkərlәri, lesitini, fosfatları, sidik cövhәrini, zeytun vә gәnəgərçәk yağını parçalayırlar.

Ekzotoksin ifraz etmir, lakin hüceyrә parçalandıqda ondan yüksәk toksiki xassәsinә malik olan maddәlәr xaric olunur. Bundan vәrәmin diaqnostikasında allergen kimi istifadә edilir. Bu maddә tәrkibi zülaldan-albumin vә nukle-proteiddәn ibarәtdir. Ümumiyyәtlә, virulentli vәrәm çöpündәn alınan fosfotidlәr ada dovşanlarda xarakterik patoloji proseslәr әmәlә gәtirir. Bunların içәrisindә fition turşusu daha yüksәk fәallığa malikdir. M.tuberculosis-i vazelin yağı ilә birlikdә qaynatdıqda yüksәk toksiklikli maddә alınır. Onun 0,001 mq-ı dәniz donuzunu öldürür.

Antigen xassәlәri. AR vә KBR vasitәsilә M.tuberculosis -in müxtәlif tiplәri müәyyәn edilmişdir. Onlardan mәmәlilәrә (insana, qaramala, gәmiricilәrә), quşlara, soyuqqanlılara aid tiplәri vә saprofitlәri göstәrmәk olar. İnsan, qaramal vә gәmiricilәrә aid olan tiplәr seroloji xüsusiyyәtlәrinә görə bir-birinә yaxındır.

Vәrәmin törәdicisinin tәsirindәn orqanizmdә müxtәlif növ anticisimlәr aşağı titrdә (aqlütinin, opsonin, komplementlә birlәşәn anticisim, presipitin) әmәlә gəlir. Anticisimlәrin titrinin aşağı vә yüksәk olması, xәsәliyin ağır, yaxud yüngül keçmәsindәn vә prosesin orqanizmdә yayılma miqdarından asılı deyildir.

Törәdicinin parçalanması nәticәsindә alınan maddәyә (endotoksin) qarşı hәssaslıq yoluxmuş heyvanlarda yüksәk olur (allergiya). Odur ki, bunun (tuberkulinin) allergen kimi insan vә heyvan vәrәminin diaqnostikası zamanı, әhәmiyyәti olduqca böyükdür. Tuberkulin qaptendәn ibarәtdir, tәrkib hissәsi dәqiq öyrәnilmәmişdir. Bir çox tәdqiqatçıların mәlumatına әsasәn vәrәm çöplәrindә antigenlik xassәsinә malik olan protein, lipid, lipid-polisaxarid komplekslәrә tәsadüf edilir. Tәcrübәdә lipid-polisaxarid, protein kompleksinә qarşı alınan anticisimlәr orqanizmi vәrәm çöplәrindәn müdafiә edir. Demәli, vәrәm çöpü poliantigen tәrkibә malikdir.

Kultural xassәlәri. Mikrob obliqat aerobdur. 24-40°C temperaturda cücәrir. Optimal temperatur isә 37-38°C-dir. Mühitin pH 6,8-7,2 arasında olduqda yaxşı inkişaf edir. Qidalı mühitlәrә tәlәbkardır, odur ki, müәyyәn qidalı mühitdә inkişaf edir. Bunlardan tәrkibinә qliserin әlavә edilmiş aqarı, bulyonu, kartofu, taxtalanmış serumu vә yumurtalı mühitlәri (Petranyani, Petrov, Dorsen, Levenşteyn vә b. mühitlәri) göstәrmәk olar. Ümumiyyәtlә, vәrәm çöplәrinin qliserinli qidalı mühitlәrindә vә elektiv mühitlәrdә (zülallı vә zülalsız sintetik) inkişaf edir. Qliserinli qidalı mühitlәrin tәrkibindә 4-5% qliserindәn, ӘPB, ӘPA vә kartofdan ibarәtdir. Elektiv qidalı mühitlәrdәn; sintetik zülalsız qidalı mühitlәrdәn isә Soton, Modelya vә s. mühitlәri göstәrmәk olar. M.tuberculosis –də maddәlәr mübadilәsi yavaş-yavaş getdiyi üçün onlar tәdricәn inkişaf edir. Buna görə dә M.tuberculosis -i becәrmәk üçün uzun müddәt tәlәb olunur.

Tәrkibindә 4-5% qliserin әlavә edilmiş bulyonda 10-15 gündən sonra nazik, incә pәrdә әmәlә gәtirir. Kultura köhnәldikcә pәrdә nisbәtәn qalınlaşır, mühit isә şәffaf qalır, 2-3% qliserinli ӘPA-da isә 8-10 gündən sonra çәtinliklә seçilәn xırda koloniyalar, 2-3 hәftәdәn sonra sarımtıl pәrdә şәklini alır.

Qliserinli kartofda (kartof kәskinlәri 5%-li qliserin mәhlulu ilә tәmasda olur) iki hәftәdәn sonra hamar olmayan koloniyalar alınır.

Patogenliyi. Vәrәm xәstәliyi bir sıra heyvanlar vә quşlar arasında geniş yayılan xәstәliklәrdәndir. Ev heyvanlarından әn hәssas olanı qaramal, nisbәtәn az donuzlar vә keçilәrdir. Atlar vә qoyunlar nadir hallarda xәstәlәnir. Quşlar içәrisindә әn çox toyuqlar, sonra hind toyuğu, ördәk vә qazlar hәssasdır. Әtyeyәn heyvanlardan it vә pişiklәr xәstәlәnir. Burada qeyd edilәnlәrdәn başqa, meymunlar, pәlәng, şir, ayı, fil, antilop, bәbir vә s. heyvanlar da xәstәlәnir. Müxtәlif növ heyvanlardan alınan ştammlar virulentlik dәrәcәsinә görə bir-birindәn fәrqlәnir.

İnsanda vәrәm әmәlә gәtirәn çöplәrin tәsirinә qaramal vә davar davamlıdır. İnsanlar әksәrәn insana mәxsus vәrәm tipinә tutulur. Laboratoriya tәcrübә heyvanlarından, dәniz donuzu vәrәm çöplәrinә yüksәk dәrәcәdә hәssasdır.

Bu xәstәlik insanlara, әsasәn, tәnәffüs yolları, bәzәn hәzm sistemi (yoluxmuş mәhsul qәbul edildikdә), dәri vә selikli qişalar vasitәsilә dә keçә bilir. İlk proses, aerogen yolla yoluxduqda ağciyәrdә, hәzm aparatı vasitәsilә yoluxduqda isә müsariqә, limfa vәzilәrindә başlayır. Ümumiyyәtlә, vәrәmin klinik әlamәtlәri müxtәlifdir. Vәrәm prosesi sidik-cinsiyyәt orqanlarına, sümüyә, oynaqlara, beyinә, dәriyә, gözә yayıla bilәr.

Qaramal tipi südәmәr ev heyvanları (inәk, camış, qoyun, keçi, donuz at, pişik, it) vә vәhşi heyvanlar arasında yayılmışdır, eyni zamanda insanlar üçün dә patogendir (10%).

Laboratoriya tәcrübә heyvanlarindan dәniz donuzu vә ada dovşanları hәssasdır. Yoluxdurulmuş heyvanlarda xәstәlik kәskin keçir vә ölümlә nәticәlәnir.

Quşlardan tәbii şәraitdә: toyuqlar, hindtoyuğu, firәng toyuğu, tovuz quşu, qırqovul, göyәrçin vә suda üzәn quşlar yoluxurlar. Müәyyәn dәrәcәdә hәmin tiplә ev heyvanları da (at, donuz, keçi, nadir hallarda qaramal), hәtta bәzәn insanlar da xәstәlәnә bilir.

Laboratoriya təcrubә heyvanlarından ada dovşanı, yüksәk hәssalığa malikdir. Dәniz donuzu bu tipә nisbәtәn az hәssasdır.

Siçanlara mәxsus olan tip çöl siçanları üçün patogendir. Eksperimental şәraitdә dәniz donuzunu vә ada dovşanını yoluxdurduqda, vәrәmin xronik forması әmәlә gəlir.

Tiplәrin diferensiasiyası. Vәrәm çöplәrinin müxtәlif tiplәri morfoloji, kultural vә patogenlik xüsusiyyәtlәrinin bәzi cәhәtlәrinә görә bir-birindәn fәrqlәnir.

Morfoloji xüsusiyyәtә görə: M.tuberculosis-insanı xәstәlәndirәn (tip), başqa tiplәrә nisbәtәn nazik vә uzundur, hәm dә nisbәtәn әyilmiş olur (vergülü, qövsu xatırladır).

M.bovis-(qaramalı xәstәlәndirәn tip) nisbәtәn qısa vә yoğun olur, nadir hallarda 1,5-2 mkm-dan uzun ola bilәr;

M.ovium-(quşları xәstәlәndirәn tip) daha çox polimorfluğa malikdir.

Kultural xüsusiyyәtlәrinә görә insanı xәstәlәndirәn tipi qaramalı xәstәlәndirәn tipә nisbәtәn süni qidalı mühitlәrdә daha tez (15-20 günә) bitir.

Qaramalı xәstәlәndirәn tip isә tәdricәn (25- 30 günә) inkişaf edir vә nisbәtәn az yığın toplanır; quş tipi isә tez bitir (10-20 gündə). İnsan tipi qliserinli bulyonda qalın, qırışıqlı pәrdә әmәlә gәtirir. Bulyon şәffaf olur, әvvәlcә boz rәngdә olan pәrdә, qalınlaşdıqca sarımtıl rәng alır, sınaq şüşәsinin divarı ilә yuxarı qalxır. Qaramal tipinin inkişafını qliserin nәzәrә çarpacaq dәrәcәdә sürәtlәndirmir. O nisbәtәn nazik pәrdә әmәlә gәtirir, çox hallarda mühitin üst sәthini tamam örtmür, pәrdә tora bәnzәyir.

Quş tipi, o biri iki tipә nisbәtәn daha tez inkişaf edәrәk qalın, quru, qaba qırışıqlı pәrdә әmәlә gәtirir.

Tiplәr öd әlavә edilmiş mühitlәrdә dә bir-birindәn fәrqli olaraq inkişaf edir. Belә ki, 5%-li insan ödü әlavә edilmiş mühitdә insan, qaramal ödü әlavә edilmiş mühitdә qaramal, quş ödü әlavә etdikdә isә quş tipi bitir.

Cәdvәl

Müxtәlif tiplәrin tәsirinә heyvanların hәssaslığı

Sıra №-si

Vərəm çöplərinin tipləri

Patoloji prosesin xarakteri

Ada dovşanında

Dəniz donuzunda

1

2

3

M.tuberculosis

M.bovis

M.avium

Yerli

Ümumi

Ümumi

Ümumi

Ümumi

Yerli


Patogenliyә görə mikobakteriya növlәrini müәyyәnlәşdirmәk üçün çox vaxt bioloji sınaq qoyurlar. Bunun üçün laboratoriya tәcrübә heyvanlarından-dәniz donuzu vә ada dovşanından istifadә edilir. Bu heyvanların müxtәlif tiplәrә hәssaslıqları müxtәlifdir.

Cәdvәldәn göründüyü kimi dәniz donuzu hәm insan vә hәm dә qaramal tipinә yüksәk dәrәcәdә hәssasdır. Bu tiplәrlә yoluxdurulmuş heyvanlar vәrәmin yayılmış formaları ilә xәstәlәnir; quş tipi ilә yoluxdurulduqda isә proses yerli olaraq inkişaf edir.

Ada dovşanlarının qaramal vә quş tiplәrinә hәssaslığı daha yüksәkdir, bu tiplәrlә yoluxdurduqda vәrәmin yayılmış forması inkişaf edir. İnsan tipinә isә onların hәssaslığı zәifdir, yoluxdurulduqda heyvanlarda proses yerli gedir.

M.M.İvanov vә L.V.Kirillov quş tipini müәyyәnlәşdirmәk üçün toyuqlardan istifadә etmәyi mәslәhәt görür. Bunun üçün iki toyuğun saqqalına 0,1 ml kultura yeridilir. Kultura M.ovium olduqda, inyeksiya yeri әvvәlcә şişir, 25-30 gündәn sonra isә orada yara әmәlә gəlir, bәzәn inyeksiya yeri deşilir.

Atipik mikobakteriyalar. Әsil vәrәm bakteriyalarından fәrqli olan, әvvәllәr atipik mikobakteriyalar adlanan mikroorqanizmlәrә indi ayrıca növ kimi baxılır. Bunlar bәzәn xәstә, bәzәn dә tamamilә sağlam insan, heyvan vә quş orqanizmlәrindәn alınır. Bu mikroorqanizmlәrin xarakterik xüsusiyyәtlәrindәn biri piqment әmәlәgәtirmә qabiliyyәtlәrinin olmasıdır.

Atipik mikobakteriyalar qaramalda allergiya әmәlә gәtirir. Bu da xәstәliyin tuberkulinlә diaqnostikasını çәtinlәşdirir. Onların nümayәndәlәri sәrbәst xәstәlik dә törәdir. Mәsәlәn, insanların mikobakteriozu.

Atipik mikobakteriyaları, bәzi alimlәr әsil vәrәm çöplәrinin dәyişilmiş forması hesab edirlәr, başqaları isə onlara sәrbәst növ kimi baxırlar vә göstәrirlәr ki, onlar orqanizmdә, vәrәmәoxşar xәstәliklәr әmәlә gәtirir. Mәsәlәn, insanlarda mikobakterioz, dәridә yaralar vә s.

Dәyişkәnliyi. Vәrәm çöplәrinin müxtәlif tiplәri bu mikrobların uzun illәrdәn bәri tәkamül prosesindә müәyyәn növ orqanizmә uyğunlaşma nәticәsindә әmәlә gәlmişdir. Onlar xarici amillәrin tәsirindәn öz xüsusiyyәtlәrini dәyişdirə bilir. heyvanlardan passaj etdikdә virulentliyi hәm azalır vә hәm dә arta bilir.

Qliserinli kartof mühitindә bunları uzun müddәt (13 il) becәrmәklә vaksin ştammlı (B. C. G.) alınmışdır. Süni qidalı mühitlәrdә bitdikdә onlar dissosiasiya edәrәk R vә L formalı koloniyalar әmәlә gәtirir.

Davamlılığı. Vәrәm çöplәri spor әmәlә gәtirmәyәn başqa növ bakteriyalara nisbәtәn bir sıra fiziki vә kimyәvi amillәrin tәsirinә qarşı davamlıdır. Qidalı mühitlәrdә 2-3 il hәyat fәaliyyәtini saxlayır. Axar suda 1 ilә qәdәr sağ qalır. Tәbii şәraitdә-günәşin, yağışın, külәyin, şaxtanın tәsirinә mәruz qalan inәk nәcisindә bir ildәn sonra ayrılan vәrәm çöplәri bütün xüsusiyyәtlәrini saxlamış, yalnız müәyyәn dәrәcәdә virulentliyini zәiflәtmişdir. Günәş şüalarının tәsirinә hәssasdır. Bәlğәmdә olan vәrәm çöplәri düz düşәn günәş şüalarının tәsirindәn 1,5-2 saata mәhv olur. Sәpilmiş şüaların tәsirindәn 10-40 gündәn sonra ölür. Yüksәk temperatur mikroba mәnfi tәsir göstәrir. Bu da mikrobun qılafının tәrkibindәki lipoidli maddәlәrlә әlaqәdardır. Temperatur artdıqca onun mikroba tәsiri qüvvәtlәnir. Vәrәm çöplәri 55°C-dә temperaturda 4-6 saata, 60°C-dә 1 saata, 70°C-dә 10 dәqiqәyә, 90°C-dә 2 dәqiqәyә vә 100°C-dә dәrhal mәhv olur.

Temperaturdan istifadә edәrәk, müәyyәn mәhsulları zәrәrsizlәşdirirlәr. Mәsәlәn, südü 70°C-dә 30 dәqiqә müddәtindә pasterizә edirlәr.

Quruluq mikroba o qәdәr dә kәskin tәsir etmir. Belә ki, qurumuş bәlğәmdә mikrob 6-8 ay öz aktivliyini itirmir.

Vәrәm çöplәri kimyәvi maddәlәrin tәsirinә başqa bakteriyalara nisbәtәn davamlıdır. Xәstә heyvanın bәlğәmini, iki dәfә ondan çox 0,5% süleymani mәhlulu ilә qarışdırdıqda törәdici 6 saatdan sonra mәhv olur. 5%-li fenol vә 10%-li lizol mәhlulu törәdicini 24 saatdan, 4%-li formalin isә 12 saatdan sonra öldürür.

Vәrәm әleyhinә dezinfeksiyaedici maddәlәrdәn xloramin daha әlverişlidir. Dezinfeksiya zamanı formaldehidli qәlәvi mәhluldan (3%-li formaldehid vә 3%-li qәlәvi mәhlulu qarışığı) istifadә edilir. Divarları xlorlu әhәnglә, yaxud da tәzә söndürülmüş әhәnglә ağardırlar. Peyini biotermik üsulla zәrәrsizlәşdirirlәr. Peyin şirәlәri quru xlorlu әhәnglә qarışdırılır (hәr 20 l peyin şirәsinә 0,5 kq xlorlu әhәng götürülür).

Diaqnoz. Klinikası, patanatomiyası nәzәrә alınmaqla, diaqnoz bakterioloji müayinә (bakterioskopiya, tәmiz kulturanın alınması vә bioloji sınaq) vә allergiya sınağına әsasәn dәqiq diaqnoz qoyulur.

Heyvan diri ikәn laboratoriyaya burun axıntısı, bәlğәm, süd, nәcis, bәzi hallarda sidik, öldükdәn sonra isә toxumanın zәdәlәnmiş hissәsi vә limfa düyünlәri göndәrilir.

İnsan vәrәminin diaqnostikasında bәlğәmin müayinәsindәn geniş istifadә edilir. Heyvanlardan isә bәlğәm almaq bir qәdәr çәtinlik törәdir. Bunun üçün ucunda ipәk tampon olan uzun mәftil sterillәşdirildikdәn sonra tәnәffüs yoluna salınır, traxeyanın bifurasiya olunan yerinә çatdıqda әmәlә gәlәn qıcıqla әlaqәdar olaraq qüvvәtli öskürәk baş verir vә bәlğәm tampona hopur. Sonra hәmin tampon laboratoriyaya göndәrilir.

Bakterioloji müayinә. Bu zaman yaxma bәlğәmdәn, orqanın patoloji prosesә uğramış nahiyәsindәn, süddәn, sidikdәn, nәcisdәn hazırlana bilәr. Vәrәm çöplәri turşuya davamlı olduğu üçün Tsil-Nilson üsulu ilә boyadıqda, qırmızı rәng alır, başqa mikroblar vә fon göy rәngә boyanır.

Bәlğәmdәn yaxma hazırladıqda, içәrisindә mikroblar çox olan iri topalar seçilmәlidir. Bunun üçün bәlğәmi Petri kasasına nazik tәbәqә şәklindә tökurlәr, sonra hәmin kasanı olan iri topalar seçilmәlidir. Bunun üçün irinli hissәsindәn götürüb yaxma hazırlayırlar. Bәzәn müayinә edilәn materialda mikrob az olur, ona görə dә mikrobları müşahidә etmәk üçün hәmin preparatın 200-500 görünüş sahәsini yoxlamaq lazımdır.

Müayinә olunan materialda mikrobların miqdarı az olduqda zәnginlәşdirmә üsullarından-homogenizasiya vә flotasiyadan da istifadә edilir.

Homogenizasiya. 12-15 ml bәlğәm hәmin hәcmdә 1%-li NaOH mәhlulu ilә ağzı möhkәm bağlanan şüşә qabda 10-15 dәqiqә çalxalanıb, sentrifuqadan keçirilir, çöküntüsü 1-2 damcı 10%-li xlorid turşusu mәhlulu ilә neytrallaşdırılır vә yaxma hazırlanır.

Flotasiya. Mikobakteriyaların karbohidratlara (ksilol, benzin, liqroin) adsorbsiya olunub, mayenin sәthinә toplanmasına әsaslanmışdır. Bu zaman homogenizasiya olunmuş bәlğәm rezin tıxaclı kolbada 55°C-dә 30 dәqiqә qızdırılır. Sonra kolbanı distilә olunmuş su ilә doldurub üzәrinә 1-2 ml ksilol, benzin vә ya liqroin әlavә edib, 10 dәqiqә çalxalanır, 30 dәqiqә sakit halda saxlanıldıqdan sonra üzә yığılmış qaymağaoxşar tәbәqәdәn paster pipeti vasitәsilә götürülüb, yaxma hazırlayırlar.

Südü müayinә etdikdәn sonra sentrifuqadan keçirilir. Yaxma çöküntü vә xama hissәsindәn hazırlanır, 30-60 dәqiqә efirdә yağsızlaşdırıldıqdan sonra Tsil-Nilson üsulu ilә boyanır.

Xamadan istifadә edildikdә flüoroxrom boyaları ilә boyanılır.

Südün mikroskopiyasında çox zaman mәnfi nәticә alınır; yalnız çoxlu miqdarda vәrәm çöplәri sirayәt etdiyi zaman müsbәt nәticә alınır. Odur ki, flotasiya üsulundan istifadә edilir. 30 ml süd boğazı dar olan 100 ml-lik steril şüşә butulkaya tökülür. Üzәrinә hәmin qәdәr 5%-li NaOH mәhlulu әlavә edilir. Qarışıq 2-3 dәq. möhkәm qarışdırılır, 1 saat 50-60°C temperaturda saxlanılır. Sonra üzәrinә 1 ml ksilol, benzin, yaxud da liqroin әlavә edilib, 15 dәq. Şutel aparatında qarışdırılır. Sonra butulkanın boğazına kimi distilә su әlavә edilir. 1-2 saat gözlәnilir, üstә sәthdә әmәlә gәlәn qaymağabәnzәr tәbәqәdәn 3-4 damcı götürülüb yaxma hazırlanır.

Yağı müayinә etmәk üçün 2-4 q yağı sınaq şüşәsinә qoyub, üzorinә şüşәnin 3/4 hissәsinә qәdәr steril su әlavә edilir; ağzı rezin tıxacla möhkәm bağlanıb, 50°C temperaturda yağ әriyәnә qәdәr qızdırılır; möhkәm çalxalanıb, ağzı aşağı soyuq suya salınır. Yağ donduqdan sonra mәhlulun maye hissәsi ayrılıb sentrifuqdan keçirilir vә çökünlü hissәsindәn yaxma hazırlanır. Südü vә yağı müayinә etdikdә turşuya davamlı saprofit mikrobları nәzәrә almaq lazımdır. Dәqiq nәticәni tәcrübә heyvanını (dәniz donuzunu) yoluxdurmaqla almaq olar.

Tәmiz kulturanın alınması. Tәdqiq edilәn material homogenizasiya olunduqdan sonra xlorid turşusu ilә neytrallaşdırılır: tәrkibinә malaxit yaşılı, yaxud kensian violet әlavә edilmiş (başqa mikrobların inkişafını dayandırmaq üçün) xüsusi qidalı mühitlәr- Dorse vә s. әkilir.

Mikrokultura almaq üçün Prays üsulundan istifadә edilir. Müayinә edilәn materialdan qalın yaxma hazırlanır, qurudulur vә ona sulfat turşusu әlavә edirlәr. Sonra preparat steril fizioloji mәhlul ilә yuyularaq sitratlı qanda 2-3 gün (maksimum isә 10 gün) termostatda saxlanılır. Kulturanı 2 gündən sonra yoxlamaq olar, hazırlanmış yaxmada virulentli vәrәm çöplәri burulmuş hörük şәklindә görünür. Avirulent çöplәr isә amorf formasında yığım әmәlә gәtirir.

Törәdicinin kulturasını almaq üçün Şkolnikovanın tәklif etdiyi sürәtlәndirilmiş üsul daha әlverişlidir. Bunun üçün steril distilә su ilә 1:4 nisbәtindә durulaşdırılmış (yәni hemoliz olunmuş) sitratlı qoyun qanından (5 ml qana 5%-li natrium-sitrat mәhlulundan 1 ml әlavә olunur) istifadә edilir. Әvvәlcә sulfat turşusunun 6%-li mәhlulu ilә homogenizasiya olunmuş bәlğәm sentrifuqadan keçirilir, alınan çöküntü steril fizioloji mәhlul ilә yuyulur vә qeyd edilәn hemolizli qana әlavә edilir. Termostatda 37°C temperaturda 8-10 gün saxlanılır. Sentrifuqadan keçirilәrәk çöküntüsündәn yaxma hazırlanır vә Tsil-Nilsen üsulu ilә rәnglәnir. Vәrәm çöplәri inkişaf etdikdә mikroskopiya zamanı hörüyә oxşayan yığınlara tәsadüf edilir.

Bioloji sınaq. Bu әkilmәyә hazırlanan materialla aparılır, lakin ondakı turşu natrium-hidrokarbonatın 10%-li steril mәhlulu ilә neytrallaşdırılır. Orqanizmin fәrdi reaktivliyindәn asılı olaraq, yoluxdurulmuş heyvanlarda müxtәlif nәticә alına bilәr. Odur ki, eyni zamanda üç dәniz donuzu vә üç ada dovşanı yoxuldurulur, lazım gәldikdә üç toyuq da yoluxdurulur. Bu heyvanlarda material yeridilәn nahiyәdә toxumanın bәrkimәsinә, bәzәn sağalmayan yaranın әmәlә gәlmәsinә dә tәsadüf edilir, qasıq limfa vәzilәri böyüyür vә kazeinlәşir, yoluxmuş heyvan 2-3 hәftәdәn sonra ölә bilir. Ümumiyyәtlә, klinik, әlamәtlәr nәzәrә çarpdıqda heyvan öldürülür vә bakterioskopik müayinә aparılır. Adәtәn limfa vәzilәrindә vәrәm çöplәrinә tәsadüf edilir. Əgər heyvanda nәzәrә çarpan klinik әlamәtlәr olmazsa, o uzun müddәt nәzarәt altında saxlanılır. Belә olduqda dәniz donuzlarının biri 6-8 hәftәdәn, ikincisi isә 8-10 aydan sonra öldürülür vә diqqәtlә yoxlanır. Heyvan vәrәmә tutulmuşsa, demәk olar ki, onun bütün limfa vәzilәri kazeinlәşir, hәtta proses dalağa, bәzәn qaraciyәr vә ağciyәrdә yayılmış olur. Yoluxmuş heyvanlarda tuberkulinә hәssaslıq artır.

Seroloji müayinә. Bu xәstәliyә seroloji üsulla diaqnoz qoymaq üçün PR, AR, KBR, hemaqlütinasiya vә hemoliz reaksiyalarından istifadә edilir. Südәmәr heyvanlarda presipitasiya vә aqlütinasiya reaksiyaları yaxşı nәticә vermәdiklәri üçün istifadә edilmir.

KBR-sı vasitәsilә, әlavә diaqnostika üsulu kimi, allergiya sınağı müsbәt nәticә verәn heyvanların qanı yoxlanır.

Midlbruk vә Dyubo hemaqlütinasiya reaksiyası tәklif etmişlәr. Reaksiyanın mahiyyәti antigenin (mikobakteriya ekstraktı) eritrositlәrin sәthinә adsorbsiya olunub, vәrәmli heyvanın qanı ilә aqlütinasiya olunmasından ibarәtdir. Bunun әsasında da hemoliz reaksiyası tәklif edilmişdir. Bu da ondan ibarәtdir ki, hemaqlütinasiyanın nәticәsi yoxlandıqdan sonra, hәr sınaq şüşәsinә komplement әlavә edilir. Vәrәmli heyvanın serumu olan sınaq şüşәsindә hemoliz gedir.

Allergiya sınağı. Vәrәmlә yoluxmuş heyvanlarda 2-3 hәftәdәn sonra, vәrәm çöplәrinә qarşı hәssaslıq yüksәlir ki, bu da allergiya adlanır.

Vәrәmin diaqnostikasında bu sınaq spesifikliyi ilә fәrqlәndiyi üçün hәm tәbabәtdә, hәm dә baytarlıqda böyük әhәmiyyәtә malikdir. Allergen olaraq tuberkulindən istifadә edilir. Bu R.Kox tәrәfindәn 1890-cı ildә müalicәvi preparat kimi hazırlanmışdır. Lakin ondan xәstәlәrә vurduqda, onlarda sağalma әvәzinә ağırlaşma, fәsadlaşma müşahidә edilmişdir. Sağlam heyvanlar üçün isә bu, zәrәrli deyildir. Odur ki, hәmin preparatlardan diaqnoz qoymaq mәqsәdilә istifadә olunması tәklif edilmişdir. Birtipә qarşı hazırlanan tuberkulin başqa tiplәr tәrәfindәn törәdilәn vәrәm zamanı müsbәt nәticә vermәdiyi üçün hәr tipin özünәmәxsus tuberkulin hazırlanır. Hazırda Koxun tәklif etdiyi alt tuberkulinlә yanaşı, südәmәr heyvanların vә toyuqların vәrәminin diaqnostikasında quru tәmizlәnmiş (P. P.D.-protein, purified, derivat) tuberkulindәn dә istifadә edilir.

Alt tuberkulin vәrәm çöplәrinin 6-8 hәftәlik qliserinli bulyon kulturasından alınır. Yetişdirilmiş kultura 120°C-dә 30 dәqiqә sterillәşdirildikdәn sonra xüsusi vakuum buxarlandırıcıda 50-60°C temperaturda 1/10 hissәsi qalana qәdәr buxarlandırılır. Sonra kultural mayeni asbest filtrindәn süzmәklә mikrob kütlәsindәn ayırıb ampullara doldurur vә yenidәn avtoklavda sterilizasiya edirlәr. Toksikliyinә, fәallığına vә spesifikliyinә görə yoxlanılır. Toksikliyi 6 dәniz donuzunda yoxlanılır. 30-40 gün әvvәl vәrәmlә yoluxdurulmuş dörd dәniz donuzunun ikisinin dәrisi altına 0,2 ml sınanılan tuberkulindәn yeridilir; qalan ikisinә isә hәmin qayda ilә standart tuberkulin yeridilir. Bunlarla yanaşı iki sağlam dәniz donuzuna (kontrol) sınanılan tuberkulindәn 0,5 ml inyeksiya edilir. Yoluxmuş dәniz donuzlarının hәr ikisi, yaxud da hәrәsindәn biri ölәrsә vә ya yoluxdurulmamış dәniz donuzları salamat qalarsa, sınanılan preparat (tuberkulin) lazımi qәdәr toksikliyә malik olur.

Fәallığı vә spesifikliyi 30 baş sağlam vә 30 baş xәstә qaramalda yoxlanır. Bu zaman heyvanda eyni zamanda hәm göz, hәm dә dәridaxili sınaq aparılıb, nәticә standart tuberkulinlә müqayisә edilir. Bunun üçün kontrol olaraq heyvanların bir tәrәfindәn gözünә 3-4 damcı, dәri daxilinә 0,2 ml tәdqiq edilәn tuberkulin, digər tәrәfinә isә hәmin qayda ilә standart tuberkulin yeridilir. Göz sınağının nәticәsi 3-6-9-12 saatdan bir, dәridaxili sınaq isә 48-72 saatdan sonra yoxlanılır. Xәstә heyvanlarda gözdә hiperemiya, şiddәtli yaş axıntısı, konyuktivanın şişmәsi vә irini xatırladan möhtәviyyatın axması tәsadüf edilir; dәridaxili yeridilәn yerdә isә ağrılı vә yumşaq şiş әmәlә gəlir. Yerli temperatur qalxır. Nәticә şübhәli, yaxud mәnfi alınarsa 24-72 saatdan sonra tәkrar olaraq tuberkulinizasiya aparılır vә 24-48 saatdan sonra axırıncı dәfә yoxlanır.

Quru tәmizlәnmiş tuberkulin (PPD) hazırladıqda vәrәm çöplәri sintetik mühitlәrdә becәrilir. Sәkkiz hәftәlik kulturaya üçxlorlu sirkә turşusu ilә tәsir edib, proteini çökdürülür. Çöküntü turşu qalığından tәmizlәnir vә qurudulur. Açıq qәhvәyimtraq amorf kütlә alınır.

Biofabrika PPD üçün xüsusi әridici hazırlayır. Tәdqiq edilәn tuberkulininin әmәlә gәtirdiyi reaksiyanın intensivliyi standart tuberkulinlә eyni olmalıdır.

Tuberkulinin tәtbiqi. Allergiya sınağını aparmaq üçün tuberkulin heyvanın gözünә, dәridaxilinә vә dәrialtına yeridilә bilәr, lakin uzun illәrdәn bәri aparılan tәcrübәlәr göstәrir ki, dәridaxili sınaq daha çox hәssaslığa malikdir. Odur ki, bu üsuldan hәm baytarlıqda (Kox reaksiyası), hәm dә tibbdә (Mantu reaksiyası) istifadә edilir.

Dәridaxili sınaq. Tuberkulin qaramalın boyun nahiyәsindәn, yaxud quyruqaltı büküşdәn, yaşdan asılı olaraq 0,1-0,2 ml; donuzlarda xarici tәrәfdәn qulaq dibinә 0,2 ml; toyuqların isә saqqalına 0,1 ml yeridilir.

Vәrәmli heyvanlarda tuberkulin yeridildikdәn 16-20 saat sonra spesifik reaksiya nәzәrә çarpır. İsti, ağrılı, yayılmış şişkinlik әmәlә gəlir, dәri qalınlaşır.

Reaksiyanın nәticәsi yoxlandıqda, tuberkulin vurulan yer palpasiya edilir, dәyişiklik hiss olunduqda, kutimetrlә dәri qırışığının qalınlığı ölçülür.

Qaramalda, zebu, dәvә vә marallarda dәrinin 3 mm vә daha çox qalınlaşması; davar, donuz, at, meymun, xәzdәrili vәhşi heyvanlarda vә toyuqlarda isә şişin әmәlә gәlmәsi heyvanın xәstә olmasını göstәrir.

Dәrialtı sınağın nәticәsi qaramalda, zebu, dәvә vә marallarda 72 saatdan; davar, donuz, it, meymun vә xәz dәrili heyvanlarda 48 saatdan sonra yoxlanır.

Göz sınağı atlarda, bәzәn isә qaramalda aparılır. Bununla eyni vaxtda dәridaxili sınaq da qoyulur. Tuberkulinizasiya 5-6 gün fasilә ilә iki dәfә aparılır.

Tuberkulinizasiya aparıldıqda gözün alt qapağının konyuktivasına 3-4 damcı tuberkulin tökülüb, nәticәsi birinci dәfә 6-9-12-24 saatdan, ikinci dәfә isә 3-6-9-12 saatdan sonra yoxlanır. Göz qapaqlarının selikli qişasının hiperemiyası vә şişmәsi, gözdә irinli, yaxud selikli-irinli axıntının olması, güclü yaşarma heyvanın xәstә olmasını göstәrir. Konyunktival kisәyә cüzi axıntının toplanması, selikli qişanın az miqdarda hiperemiyası reaksiyanın şübhәli olmasını göstәrir. Qeyd edilәn nişanәlәrin tamam görünmәmәsi, heyvanın bu xәstәliyә görə sağlamlığını göstәrir.

Heyvan göz sınağı ilә yoxlanıldıqda gözdә patoloji dәyişiklik olmamalıdır.

Müalicә. Tibbdә vәrәmlә xәstәlәnmiş insanlarda müalicәni antibakterial tәsirә malik maddәlәrdәn streptomisin, past, ftivazid, tibon, salyuzid vә başqaları ilә aparırlar.

Baytarlıqda vәrәmin müalicәsindә spesifik vә kimyəvi maddәlәrdәn istifadә edilmir. Çünki müalicәnin aparılması iqtisadi cәhәtdәn faydalı deyildir; bundan başqa Həmin dövrdә xәstә heyvan infeksiyanı uzun müddәt әrzində ətrafa yayır.

İmmunitet. İmmunitetin mexanizmi hәlә bu günә qədər tam aydınlaşdırılmamışdır. Ümumiyyәtlә, insanlardm təbii olaraq vәrәm infeksiyasına qarşı rezistentlik vardır. Müәyyәn dәrәcәdә yoluxmuş orqanizmdә vәrәm xәstәliyinә Hәr zaman tәsadüf edilmir.

Spesifik profilaktika. Vәrәmin törәdicisi öyrәnildikdәn sonra, fәal peyvәnd vasitәsi hazırlamaq üçün bir çox tәdqitat işlәrinin aparılmasına baxmayaraq, bu mәqsәd üçün baytarlıq sahәsindә әlverişli preparat hәlә dә әldә edilmәmişdir.

Tuberkulinogen xüsusiyyәtә malik olan Bacillus Colmette Guerin (BCG-BSJ) adlanan bu ştamm hәm tәbabәtdә, hәm dә baytarlıqda (ilk növbәdә qaramalda) bir çox ölkәlәrdә peyvәnd materialı kimi tәtbiq olunur.

Bәzi xarici ölkәlәrdә BCG vaksinlә buzovlar peyvәnd edilir. Çexoslovakiyada siçanlardan alınmış mikobakteriyadan vaksin kimi istifadә edilir. Bir çox heyvanlarda zәrәrsiz olan bu ştamm immunogenlik xassәsinә malikdir. İnsanların vә qaramalın vәrәminә qarşı immunitet yaradır. Peyvәnddәn 3-4 hәftә sonra әmәlә gәlәn immunitet 1 -1,5 ilә qәdәr qalır. Son illәrdә Q.P.Çerkass, S.Q.Kandıba vә İ.L.Dikiy tәrәfindәn avirulent BK-Xarkov ştammından vaksin hazırlamışlar. Bu tәsәrrüfat şәraitindә sınanılır.

  1   2   3

Добавить документ в свой блог или на сайт

Похожие:

Fənn: Baytarlıq mikrobiologiyası “Baytarlıq” ixtisası Mövzu iconFənn: Baytarlıq mikrobiologiyası “Baytarlıq” ixtisası Mövzu

Fənn: Baytarlıq mikrobiologiyası “Baytarlıq” ixtisası Mövzu iconMövzu : Qan damarlarının, limfa və immun sistemin fiziologiyası

Fənn: Baytarlıq mikrobiologiyası “Baytarlıq” ixtisası Mövzu iconMövzu 23. Atom nüvəsi və elementar zərrəciklər fizikası. Atom nüvəsi

Fənn: Baytarlıq mikrobiologiyası “Baytarlıq” ixtisası Mövzu iconAli və orta tibb ixtisas təhsili müəssisələrinin
«İnyeksion narkotik istifadəçilərində İİV infeksiyası və koinfeksiyalar» mövzusu üzrə tədris proqrammı ali və orta tibb ixtisası...
Разместите кнопку на своём сайте:
Библиотека


База данных защищена авторским правом ©kk.docdat.com 2013
обратиться к администрации
Библиотека
Главная страница